- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
- Ərdoğan Azərbaycana GƏLİR
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək

Pandemiya səbəbindən martın 3-dən ölkəmizdə təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Artıq dərs ilinin başa çatmasına bir neçə gün qalıb. Bu müddət ərzində tələbələri maraqlandıran əsas bir məsələ var idi: İmtahan sessiyası hansı formada keçiriləcək?
“Qafqazinfo” xəbər verir ki, tələbələri sevindirən ilk qərar Baş nazir Əli Əsədovdan gəldi. Belə ki, qərara əsasən bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Həmçinin, qərarla bağlı müəyyən metodiki göstərişlərlə yanaşı, universitetlərə cari semestrlə bağlı imtahanlarda müəyyən güzəştlərin edilməsinə imkan yaradıldı.
Təhsil Nazirliyinin imtahan sessiyasının mövcud vəziyyət nəzərə alınmaqla, tələbələrin xeyrinə başa çatdırılması ilə bağlı çağırış və tövsiyələri əsasında universitetlərin bəziləri sualların sayını azaltmaq, bəziləri sadələşdirmək, hətta bəziləri cari semestr üçün imtahanların keçirilməsini ləğv etməklə bağlı qərarlar qəbul edib.
Belə olan halda ümumi mənzərəyə baxaraq, hansı universitetlərin tələbələri imtahan sessiyası ilə bağlı təklif etdiyi qərarla sevindirdiyinə, hansıların narazılıqlara səbəb olduğuna diqqət yetirək.
Pandemiya dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbələrin xeyrinə qərarlar qəbul edən universitetlərin sayı az olmadı.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu il üçün qabiliyyət imtahanları ləğv edilib.
Azərbaycan Texniki Universitetində onlayn dərslərdə yüksək fəallıq göstərən, semestrlər üzrə göstəriciləri yüksək (ÜOMG) olan tələbələri həvəsləndirmək məqsədilə imtahandan azad etmək və ya yüksək bal yazmaq üçün imtahan qəbul edən müəllimlərə səlahiyyət verilib. Bundan başqa, cari qiymətləndirmə zamanı onlayn dərslərdə iştirak edib-etməməsindən asılı olmayaraq, əvvəlki semestrdəki ÜOMG nəzərə alınmaqla bütün tələbələrin hamısına minimum 34 bal, dərslərdə aktivlik göstərən tələbələrə isə daha yüksək balların yazılması təmin edilib.
İmtahan sessiyası onlayn videogörüntülü olmaqla, şifahi formada keçiriləcək. Hər bir fənn üzrə 25-30 imtahan sualları hazırlanaraq, sessiyanın başlanmasına ən azı 15 gün qalmış tələbələrə veriləcək.
Magistrlik dissertasiyasının müdafiəsi üçün isə hər hansı elmi jurnallarda məqalənin və konfrans materialının dərc olunması tələb edilməyəcək. Magistrlik dissertasiyasının həcminə, dissertasiyaya elmi rəhbərin rəy verməsi barədə hər hansı tələb qoyulmayacaq. Dissertasiyanın qısa məzmunu barədə referat tələb edilməyəcək və dissertasiya hər hansı əlavə rəyə göndərilməyəcək.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də tələbələrin xeyrinə qərarlar verən universitetlərdəndir. Belə ki, bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrə yaz imtahan sessiyasında iştirak etmək üçün aşağıdakı 3 variantdan birini seçmək imkanı verilir:
1. Bütün imtahanlar distant formada keçirilir;
2. Təhsil alanlara onların fərdi müraciətləri əsasında cari ilin avqust – sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir. İmtahandan öncə istəklərinə uyğun olaraq, tələbələrə 3-4 həftə ərzində Bakı şəhərində ənənəvi üsulla ödənişsiz icmal mühazirələr təşkil edilir.
3. Növbəti tədris ilində ödənişsiz qaydada fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və ənənəvi qaydada imtahan vermək imkanı yaradılır.
Son iki seçimlə bağlı tələbələrin müraciətləri 5 iyun tarixinə qədər qəbul edilir.
Bundan başqa, tələbələrə əvvəlki semestrlərdən yaranmış akademik borclar üzrə, imtahan sessiyasında iştirak edə bilməyən və ya qeyri müvəffəq qiymət almış tələbələr avqust - sentyabr aylarında təkrar distant imtahan vermək şansı yaradılıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurası yaz imtahan sessiyası ilə bağlı qəbul olunan hər bir qərarda tələbələrin mövcud vəziyyətdə tədrisdəki çətinliklərinin nəzərə alınacağını bildirib.
Şifahi – onlayn formada keçirilən imtahanlarda karantin dövrünün çətinlikləri nəzərə alınmaqla bütün lazımi güzəştlər ediləcək. Qeyd olunub ki, AzMİU Elmi Şurasının imtahan sessiyasının keçirilməsi ilə bağlı korrektə edilmiş və razılaşdırılmış qərarı tələbələrin nəzərinə çatdırılacaq.
Naxçıvan Dövlət Universitetindən də verilən açıqlamada imtahan sessiyası ilə bağlı təkliflərin Təhsil Nazirliyinə göndərildiyi qeyd olunub. Universitetdən bildirilib ki, təkliflər təsdiqləndiyi təqdirdə tələbələr kifayət qədər güzəştlər qazanacaq.
Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri imtahan sessiyasından azad edib. Belə ki, bakalavr səviyyəsində təhsil alan I kurs tələbələrinin imtahan qiymətləndirilməsi ötən semestrin II və III kurs tələbələrinin qiymətləndirilməsi isə son iki semestrin nəticələri əsasında aparılacaq. Orta balı kəsr çıxan tələbələrə isə avqust ayına qədər qiymətlərini düzəltmək üçün möhlət veriləcək.
Bütün tələbələrə praktikadan məqbul qiymət verilərək aralarında fərq qoyulmur. IV kurs tələbələrinin 7 semestr ərzində topladıqları ballar (imtahana qədər və imtahan balları) toplanır və tələbələrə orta müvəffəqiyyət qiyməti çıxarılmaqla yekun atestasiya balı müəyyən olunur.
Magistratura səviyyəsində isə 130 nəfər son kurs magistrın dissertasiya müdafiələri üçün imtahan komissiya təşkil olunacaq. 170 nəfər I kurs magistrlar da imtahan vermədən orta bal ilə qiymət alacaqlar (ötən semestr nəticələrinə əsasən).
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının qərarına əsasən bütün tələbələr üçün onlayn dərslərə qoşulub- qoşula bilməmələrindən aslı olmayaraq, fənnin qiymətləndirilməsi (100 ballıq şkala üzrə) bakalavrlar üçün fənnə dair ən azı 5, magistrantlar üçün isə ən azı 10 səhifədən ibarət, tələbələrin elektron formada təqdim etdikləri “imtahan tapşırığı” əsasında müvafiq kafedra və ya struktur bölməsi tərəfindən həyata keçirilməsi təmin edilməlidir.
Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələrin yekun attestasiyaya buraxılması təmin ediləcək. Nəzərdə tutulmuş magistrlik dissertasiyasını məlum səbəblərdən hazır edə bilməyən magistrantların Yekun Buraxılış Attestasiyasının baş tutmamış hesab olunaraq növbəti haqlarından yeni dərs ili başladıqdan sonra qüvvədə olan mövcud əsasnamənin tələblərinə uyğun müəyyən edilən vaxtda istifadə edilməsi təmin ediləcək.
Bakı Slavyan Universitetində 1 və ya 2 akademik borcu olan IV kurs tələbələrinin akademik borcları ləğv ediləcək. Buraxılış tədris ili tələbələri ÜOMG əsasında təcrübə üzrə qiymətləndirmədən keçiriləcəklər.
Tələbələrin biliyinin cari qiymətləndirilməsi zamanı onların 17 fevral-3 mart tarixlərində dərsə davamiyyəti və karantin müddətində onlayn dərslərdə iştirakı nəzərə alınacaq.
Qiymətləndirmə üçün ÜOMG 51-70 bal aralığında olan tələbələrə 17, 71-80 bal aralığında olan tələbələrə 20, 81-90 bal aralığında olan tələbələrə 25, 91-100 bal aralığında tələbələrə isə 30 bal veriləcək.
Distant təhsilə tam şəkildə qoşulan tələbələr aralıq imtahanlarından azad olunur və onların imtahan balları cari qiymətləndirilmə ballarına bərabər tutulur. Son olaraq, imtahan suallarının sayı 30 %-dən az olmayaraq, azaldılır və sadələşdirilir.
Azərbaycan Tibb Universitetinin Elmi Şurasının imtahanlarla bağlı qərarlarına əsasən, bütün kurslar üzrə yalnız 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına məxsus olmaqla açıq formalı testlər imtahandan çıxarılıb.
İmtahanda istifadə olunan bank sualları bütün fənlər üzrə tədris proqramının məzmunu gözlənilməklə 30% azaldılıb.
İstehsalat təcrübəsi üzrə qiymətləndirmə əvvəlki kurslar üzrə istehsalat təcrübələrinin ÜOMG-ləri, ilk istehsalat təcrübəsinin qiymətləndirilməsində isə cari qiymətləndirilməsi aparılmış təcrübəyə aid fənnin ÜOMG-i əsas götürüləcək.
Buraxılış kursları istisna olmaqla, digər kursların tələbələrinin 2019/2020-ci tədris ilinin yaz semestrinin təhsil haqqı ödəməsində 15.09.2020-ci il tarixinə, 2020/2021-ci tədris ilinin payız semestrinin təhsil haqqı ödəməsində 01.12.2020-ci il tarixinə kimi möhlət veriləcək. Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların onlayn iclaslarında həyata keçiriləcək.
Sumqayıt Dövlət Universitetində 2019/2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə bir sıra dəyişikliklər edilib.
Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyasının təşkili, tələbələrin biliyinin cari qiymətləndirmə aparılmadan imtahanda topladığı bal 2-yə vurulmaqla hesablanacaq. Keçid bal minimum 26 bal qəbul olunub.
Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycanda ilk dəfə buraxılış işlərinin onlayn müdafiəsinə start verən və onlayn imtahan sessiyasını yekunlaşdıran universitet oldu. Hazırda universitet tələbələri onlayn məzun gününə hazırlaşır.
Bakı Dövlət Universitetində təhsil alan bütün tələbələr maksimal 50 balla imtahana girəcək. Hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək müvafiq qaydada azaldılıb və sadələşdirilib.
Bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar üçün yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada təşkil ediləcək.
Azərbaycan Dillər Universitetinin imtahanlarla bağlı yekun qərarına əsasən, yaz imtahan sessiyası onlayn şəkildə şifahi və yazılı formada keçiriləcək. Onlayn dərslərdə iştirak edən və etməyən bütün tələbələr imtahanlarda iştirak edə biləcək.
İmtahan suallarının sayı azaldılaraq, məzmunu sadələşdiriləcək. Bundan başqa, mövcud vəziyyəti nəzərə alaraq, yaz imtahan sessiyasının təşkili zamanı tələbələrə maksimum güzəştlər tətbiq olunacaq. Onlayn dərslərdə iştirak etməyib imtahana buraxılmaq istəyən tələbə 34 balla təmin olunacaq.
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov ucqar kəndlərdə yaşayan tələbələrə onlayn imtahanlara qoşulmaları üçün inernet paketləri hədiyyə edəcəyini bildirib.
Universitetin Elmi Şurasının yekun qərarına əsasən bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirmənin (aparıldığı halda) nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid ediləcək.
Onu da qeyd edək ki, hazırda imtahan sessiyasının təşkili ilə bağlı Azərbaycan Universitetləri səhifəsinə və redaksiyamıza ən çox şikayət Lənkəran Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Memarlıq və İnşaat Universitetindən daxil olur.
Mingəçevir Dövlət Universitetində imtahanda təqdim olunan 90-120 sualın sayı 50-ə endirilib və sual çox sadə tərtib olunub. Bundan başqa, hamı imtahana buraxılır, sərbəst iş tələb olunmur. Bu, o deməkdir ki, hər bir tələbə üçün 20 bal nəzərdə tutulub.
Tələbə minimum 15, maksimum 30 dəqiqə danışa bilər.
Tələbə imtahana özü üçün uyğun olan istənilən metodla qoşula biləcək. İnterneti olmayan tələbəyə müvafiq dəstək veriləcək.
Lənkəran Dövlət Universitetindən tələbələrin şikayətlərinə cavab olaraq bildirilib ki, Təhsil Nazirliyinin əmrinə əsasən yaz semestrinin imtahan sessiyasının keçirilməsi qaydaları haqqında qanunauyğun şəkildə qərar qəbul edəcək. Bu barədə iyun ayının ilk günündə universitetin rəsmi internet saytı və facebook səhifəsi vasitəsilə məlumat veriləcək:
“Kim, hansı universitet nə qərar verirsə, onun bizim universitetə heç bir aidiyyatı yoxdur. Elanda aydın yazılıb ki, qanunvericiliyə uyğun olaraq, hər il sessiyanın təşkili ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmri olmalıdır. Universitetlər də həmin əmri rəhbər tutaraq, sessiyanın keçirilməsi ilə bağlı qərar qəbul edirlər. Onu da nəzərinizə çatdıraq ki, Elmi Şuranın tətil günlərində iclas keçirib qərar qəbul etməsi özü də qanuna ziddir. Bu səbəbdən Elmi Şuranın növbəti iclasının keçirilməsi tətil bitdikdən sonrakı ilk günə planlaşdırılıb”.
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 2025 15:30
- Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLAR
29 iyun 2025 11:19
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
27 iyun 2025 15:15
- Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?
21 iyun 2025 10:52
- Bakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO)
17 iyun 2025 21:23
- AZƏRBAYCANDA İŞIQ PULU BELƏ HESABLANACAQ - Yeni tarif tətbiq ediləcək
12 iyun 2025 00:29
- Prezidentdən Akademik Mustafa Topçubaşovla bağlı SƏRƏNCAM
10 iyun 2025 13:38
- Gürcüstanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir
10 iyun 2025 09:34
- Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb
6 iyun 2025 14:21
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
- Cümşüd Cümşüdlünün ölümünə səbəb olan kanal bu qurumun balansındadır, cinayət işi başlandı
30 iyun 15:48
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 15:30
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 12:28
- Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər – daha bir hərbi çağırış məntəqəsində yanğın...
30 iyun 11:20
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 11:13
- Azərbaycanda BAYRAM- Qeyri-iş günü bir də 4 aydan sonra olacaq
30 iyun 10:46
- Qarabağdakı məğlubiyyətiniz bu həqiqətin dərs çıxarmalı olduğunuz parlaq bir təzahürüdür
30 iyun 09:31
- Kəngərliyə növbəti köç karvanı yola salındı (FOTO)
30 iyun 09:17
- Nazir vurma cədvəlini bilmədi
30 iyun 08:55
- Rusiya ordusu Zelenskinin bunkerini məhv etdi
30 iyun 01:42
- 15 yaşa qədər qız uşaqları peyvəndlənsin – Həkimlərdan ÇAĞIRIŞ
30 iyun 01:33
- Guya polisi görəndə qardaşlarımın ürəyi dayanıb - VİDEO
30 iyun 01:04
- İran rəhbərliyindən yaralı erməniyə xüsusi dəqqət
30 iyun 00:40
- Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
29 iyun 23:53
- Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb
29 iyun 23:20
- Qadın əsgərlər: hansı ölkələrdə xidmət məcburidir, hansı ölkələrdə könüllü?
29 iyun 22:08
- Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?
29 iyun 21:57
- Samuxda 86 yaşlı qadının üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkarlanıb
29 iyun 20:17
- Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq – dövlət səviyyəsində cinayətin yeni mərhələsi
29 iyun 19:26
- Rusiya ilə bağlı qərar -Dream Fest-ə də təsir etdi – Siyahı dəyişəcək
29 iyun 19:15