Roma klubu: Yeni dünya nizamı və Vahid bəşəriyyət planı (FOTO)
Dünya30 may 2020 13:44
2017-ci ildə dünyanın intellektual və siyasi elitasının qabaqcıl baxışlarını ifadə edən nüfuzlu "Roma klubu”nda kapitalizmın və maliyyə maxinasiyalarının kəskin tənqidi, alternativ iqtisadiyyat, materializmdən və dünyanın sadələşdirilmiş qavranılmasından imtina, "yeni Aydınlanma” və ruhani-mənəvi dünyagörüşü, vahid planetar harmonik sivilizasiya quruculuğu yolları və s. müzakirə edilib. "Come On!” başlığı verilmiş illik məruzədə aşağıdakı zərurətlər diqqətə alınmışdı:
1) "boş dünya” mərhələsində yaranmış "milli dövlət fəlsəfəsi”nin bütün mənalarda yenidən işlənilməsi zərurəti;
2) "dolu dünya” mərhələsinə qədəm qoymuş bəşəriyyətin özünə bir çox sərhədlər qoyması zərurəti;
3) sivilizasiyanın inkişaf paradiqmasının köklü dəyişiminin qaçınılmazlığı;
4) dünyanın hal-hazırkı halının fəlsəfi kökləri, xilas kimi - insanların dünyagörüşünün fundamental dəyişməsi, ziddiyətlərin barışdırılması, müdrikliyin, balansın tapılması zərurəti.
Roma klubunun bu toplantısında Pol Raskinin "Gələcəyin taksonomiyası” futuroloji layihəsi - "Böyük keçid” (Great Transition), "Vahid bəşəriyyət” formalaşdırma layihəsi, "Ümumdünya yenidənqurma” variantlarının bir neçə ssenarisi də diqqətə alınmışdı.

Pol Raskin "Gələcəyin taksonomiyası” rəsmində bəşəriyyətin üç mümkün yolunu, üç trayektoriyasını çəkir (Courtesy Paul Raskin, www.tellus.org/integrated-scenarios/ taxonomy of the-future).
Birinci – adi yol – Şərti Dünyalar (Conventional Worlds) - bazar iqtisadiyyatı gücünə (Market Forces) və dövlət reformlarına (Policy Reform) ayrılır. Rəsmdə bu yol qara xəttlə verilir. XXI əsrin tələbatlarına, çağrışlarına XX əsrin əski ideyaları ilə reaksiya vermək, bazar iqtisadiyyatı mexanizmləri, ərazi şovinizmi, sonsuz istehlakçılıq və sonsuz inkişaf illüziyası yoludur.
İkinci yol – barbarlıq (Barbarization) yoludur. Qalaya çevrilmiş (Fortress World) və Sınmış, qəzaya uğramış dünyalar (Breakdown) əks yollara ayrılır. Rəsmdə qırmızı xəttlə verilmiş bu yol - bəşəriyyətin ən arzuolunmaz gələcəyidir. Əhalinin artımı, barbarcasına təbii sərvətlərin tükədilməsi, su, qida, enerji qıtlığı, kasıb və varlı arasında uçurumun dərinləşməsi, pluralizmin tuğyanı yoludur. Bu yolda kütləvi vəhşiləşmə, zombiləşmə (yəni insani mahiyyətdən, mənadan çıxma) təhlükəsi və fəlakəti gizlənir.
Ən arzulanan – üçüncü yol – mavi xətlədir, Böyük Keçid adlanır. Vahid dünya və bir çox sahələrdə "ölçülü pluralizm” deməkdir. Ekoloji rabitə (Eco-communication) və Yeni Paradiqma (New Paradiqma) yollarına ayrılır. Bu yolda istehsal-istehlak özbaşınalığı, əhalinin kor-təbii artmasının qarşı alınacaq, iqtisadi dövriyyələr stabilləçəcək, təhsil, mədəni, ruhaniyyət, sosial ədalət güclənəcək. Kosmopolitizm, qlobal vətəndaş hərəkatı, qlobal ədalət, pasifizm, qeyri-milli ümümdünyəvi, ortaq dəyərlər, sərhədlərin qaldırılması, bütün insanları vahid mənəvi müstəviyə gətirilməsi yoludur.
Bəşəriyyəti birləşdirə biləcək Yeni humanizm, universal inqilabi xasiyyətə malik yeni həyat fəlsəfəsi, cəmiyyəti qeyri-zorakı yolla keyfiyyətcə dəyişimə gətirməyi nəzərdə tutur. Milli-etnik özəlliklərin aradan qaldırılması bahasına başa gələ biləcək bu Böyük Keçid layihəsi dünyada birmənalı qəbul edilmir, ona qarşı antiqlobalizm hərəkatı dirəniş göstərməyə cəhd edir.
Hələ 1985-ci ildə Asif Ata "Olan və Olmayan” kitabında kosmopolitizm haqda bunları yazmışdı: "Xalqların yaranması həm Mənəviyyat, həm də yaradıcı İdrakın əvəzsiz qələbəsi idi. Xalqları təzədən sürüyə qaytarmaq – onların ləyaqətini tapdalamaqdır. Xalqlar arasında münaqişələr mövcuddur, bu münaqişələrdə insani naqislik bariz şəkildə aşkara çıxır, müharibə dəhşətində çox vaxt yırtıcılıq qələbə çalır. Fəqət bu fəlakətlərin heç biri bəşərin yenidən sürüləşməsi dəhşətindən artıq deyil. Sürüləşən, aradan çıxan, məhv olan xalqlar faciəsi – bir-biriylə döyüşən, bir-birini Yer üzündən silməyə çalışan ölkələr faciəsindən kiçik deyil!.. Hər ikisində insanın özü üzərində qələbəsinə İnam yoxdur. Xalqların bəşəriləşməsi – bəşərin ölməsi deməkdir. Çünki xalq – bəşəriyyətin yeganə mövcudluğudur”.
Hazırladı: İlahə İcaruh
Oxşar xəbərlər
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
