Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?
Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, nazirin “yanmasında” İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da çox önəmli rolu varmış.
Ovqat.com-un Mədəniyyət Nazirliyindəki mənbələrdən aldığı məlumata görə, 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satıb. Onun yerinə isə saxta xalça alıb hədiyyə edib.
Maraqlıdır ki, Xanım xanım orjinal xalçanı heç Bakıdan çıxarmaq zəhmətinə də qatlanmaq istəməyib. Elə Bakıdaca xırd etdiyi xalçanın qiymətinə çox bahalı bir villa alıb. Törətdiyi həngaməni gizlətmək üçün villanı belə, özünün yox, yaxın qohumunun adına keçirib.
Bəli səhv oxumadınız; bir xalçanın puluna çox bahalı bir villa. Məsələ burasındadır ki, həmin xalçanın qiyməti 500 min avrodan yuxarı imiş. Sırf əl işi olan ipək xalçanın elə Bakıdaca başına gətirilən oyun Azərbaycan rəhbərliyinin İsveçrədən gözlədiyi təşəkkürün gəlməməsi səbəbindən aşkarlanıb. İsveçrənin diqqətsizliyindən duyuq düşən rəhbərlik həmkarlarıyla söhbətində xalçanı bəyənib-bəyənmədiyini xəbər alıb. Alınan cavabdan isə şoka düşüblər: “Adi bir xalça idi”
Araşdırmalar zamanı məlum olub ki, İsveçrə rəhbərliyinə ipək yox, sintetik xalça hədiyyə edilib. İpək xalçanının Bakıdan Bernə uçarkən birdən-birə necə “sintetikləşdiyini” araşdıran müvafiq qurumlar əsl gerəçyi öyrənə biliblər. Məlum olub ki, xalça Mədəniyyət nazirinin antikvar satışıyla məşğul olan dostları vasitəsilə “sintetikləşdirilib”.
Daha aydın ifadə ilə desək, orijinal xalçanı satıb əvəzinə sintetik bənzərini tapıblar. Səfir Xanım İbrahimova da əsl xalçanın puluna villa alıb, saxta xalçanı isə qoltuğuna vurub Bernə aparıb.
Araşdırma zamanı o da aydınlaşdırılıb ki, Xanım İbrahimova Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsidir. Əbülfəs Qarayevin bu işə bulaşmasında xanım həmrəyliyi öz sözünü deyib.
Qeyd edək ki, cəmi 41 yaşı olan Xanım İbrahimovanın diplomatik korpusda yüksəlişi xeyli sürətli olub. O, 19 yaşından diplomat kimi fəaliyyət göstərir. İsveçrəyə səfir təyin olunmamışdan əvvəl Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Uğurlu diplomatik fəaliyyəti sayəsində Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Bir sözlə, yaşının az olmasına baxmayaraq, həmişə Xarici İşlər Nazirliyinin ən pullu missiyasında yer alıb. Odur ki, onun İsveçrə rəhbərliyinə göndərilən xalçaya tamah salması xeyli təəccüblü görünür və keçmiş fəaliyyəti barədə də əsaslı şühbələr yaradır. Bildirilir ki, hazırda müvafiq qurumlar da səfirin keçmiş fəaliyyətini və onun ölkə rəhbərliyindəki bəzi şəxslərlə əlaqələrini araşdırırlar.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
