Elçibəyin Rusiya agenti olması barədə sensasion müsahibə — VİDEO
1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər 1993-cü ilin iyununda baş verən və Əbülfəz Elçibəyin hakimiyyətinə son qoyan hadisələrin bəzi təfərrüatlarını 27 ildən sonra açıqlayıb.
Demokrat.az xəbər verir ki, S.Əkbər o zamankı proseslərlə bağlı «Azadlıq radiosu»na geniş müsahibə verib.
O, müsahibəsində Əbülfəz Elçibəyin Rusiya xüsusi xidmət orqanlarının agenti olması barədə sensasion ittihamlar irəli sürüb. S.Əkbər iddia edir ki, Rusiya xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirilmişdi:
«Həmin vaxt mən təzəcə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunmuşdum. İlk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Amma cəbhə hakimiyyəti arxivlərin açılmasına imkan vermədi. Hətta bu arxivlər Sülhəddin Əkbərin özü üçün də bağlı oldu. Bunu mən ilk dəfə açıqlayıram, həmin arxivlər İnqilab Komitəsi tərəfindən möhürlənmişdi və bu, qanunsuz idi. Arxivlər açılsaydı, biz bununla çox şey edə bilərdik. Amma siyasi rəhbərlik bizə imkan vermədi. Arxivlərin açılmasına Elçibəy hakimiyyəti imkan vermədi. Mən həmin dövrdə araşdırdım və bəlli oldu ki, fəaliyyətdə olan agentura başqa bir formada saxlanılır. Məhz bunun əsasında araşdırmalara başladım. Bəlli oldu ki, bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında «KQB» ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var. Onlar qanunverici və digər ən yüksək vəzifədə olan şəxslər idi. Mən onlar haqqında məlumatlar topladım, öz əlimlə siyahı tərtib etdim və birbaşa prezidentə məruzə etdim. Bu, çox məxfi məsələ idi. Ancaq prezident mənə həmin dəqiqə cavab vermədi. Mən onu aylarla gözlədim. Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan idarə olunurdu və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu».
S.Əkbər qeyd edib ki, Əbülfəz Elçibəy hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə göz yumub:
«Mənə dedilər ki, Prezident səni çağırır. Qəbula getdim və gördüm ki, İmam Mustafayev də Prezidentin yanındadır. Əbülfəz bəy, İmam Mustafayevin yanında mənə dedi ki, ərəblər əsrlər əvvəl Qəbələnin Vəndam kəndində qızıl və zinyət əşyaları qoyub gediblər. Əbülfəz bəy mənə təklif etdi ki, gedim o qızılı tapım. Yəni, mən Bakıdan Qəbələyə qızıl axtarışı üçün ezam olundum. Təbii ki, orada heç nə yox idi və mən bunu bilirdim. Ora getdim, bir müddət orada qalmalı oldum. Həmin dövrdə mənə ən yaxın İsa Qəmbər idi. Baş verənləri İsa bəyə danışdım. Sonra isə mənim nazir kimi namizədliyim irəli sürüləndə, Əbülfəz Elçibəy bərk əsəbləşib və açıq şəkildə «siz görün kimi müdafiə edirsiniz» deyib. O, gəlin filankəslərin haqqında filan məlumatları verir, siz isə o adamın Milli Təhlükəsizlik naziri təyin olmasını istədi. Həmin şəxslərin bir neçəsi sonra gəlib mənimlə söhbət elədilər, bu gün də onlar da həyatdadılar».
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
