Prezidentin bəyanatının hədəfində kim var?
Siyasət8 iyun 2020 09:22
"Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluqla bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır”.
Bunu prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: "Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə ilk növbədə ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.
Dövlət başçısının məmurlara yönəlik bu fikirləri məmurlara mesaj kimi qəbul olunur. Növbəti məmur həbslərinin əslində anonsunun verildiyi qeyd edilir. Eyni zamanda, bununla prezidentin öz xalqını məmurların qanunsuz əməllərindən, rəftarlarından bir daha qoruduğu vurğulanır.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli proseslərin davamlı olacağını düşünür: "Prezident öz nitqində korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulması üçün ilk növbədə ədalət və ictimai nəzarətin təmin edilməsinin vacibliyini vurğuladı. Düşünürəm ki, hər iki prinsipin əsasında ciddi islahatların anonsu dayanır. Nə üçün ədalət? Çünki bütün korrupsiya halları ilə bağlı problemlərin həlli yolları məhkəmə-hüquq sistemində aparılan islahatlardan keçir. Məhkəmə-hüquq sistemində aparılan islahatların təməl fəlsəfəsi dövlətin ədalətinin bərqərar olunmasını, vətəndaşın məhkəmə-hüquq sisteminə olan inamın və etimadını təmin etməkdir. Bu halda istənilən vicdanlı Azərbaycan vətəndaşı korrupsiya, rüşvət, məmur özbaşınalığı ilə bağlı faktları məhkəmə müstəvisinə çıxarmaqdan çəkinməyəcək, hüquqlarının qanunvericilik səviyyəsində qorunacağına şübhə etməyəcək. Bu məqsədlə müvafiq addımlar atılır, amma islahatların daha da dərinləşəcəyi qənaətindəyəm. Bu geniş, uzunmüddətli bir prosesdir. Kimliyindən asılı olmayaraq, Azərbaycanda hər kəsi qanunlarla yaşamaq vərdişinə alışdırmaq lazımdır. Yəni məhkəmə-hüquq sistemində aparılan islahatlar təkcə qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklərlə, eləcə də bu əlavə və dəyişikliklərin icrası ilə məhdudlaşmamalı, bu istiqamətdə geniş marifləndirmə işi həyata keşirilməlidir.
Korrupsiya və rüşvət faktları nəticədir. Nəticənin aradan qaldırılması vacibdir, amma korrupsiyaya və rüşvətə zəmin yaradan səbəblərin aradan qaldırılması bundan daha vacibdir. Məhz bu səbəbdən, ələbaxımlılığa imkan yaradan əməkhaqqı siyasətindən başlamış bütün məqamlar diqqətlə incələnməli və korrupsiyaya zəmin yaradan halların aradan qaldırılması üçün çevik mexanizmlər tətbiq olunmalıdır. Bu məsələdə ictimai nəzarət xüsusi yerə malikdir. Nə üçün ictimai nəzarət? Çünki ictimai nəzarəti təmin etmədən şəffaflığa nail olmaq mümkün deyil. Şəffaf olmayan istənilən işdə isə korrupsiya halları olacaq. Bununla yanaşı ictimai nəzarətin özü də şəffaf bir prosesə çevrilməlidir. "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa yenidən baxılmalı, formalizmə imkan yaradan bütün hallar aradan qaldırılmalı, dövlət qurumları üzərində tam şəffaf ictimai nəzarət təmin edilməlidir. Düşünürəm ki, bu məsələdə Kütləvi İnformasiya Vasitələrinin, vətəndaş cəmiyyəti institutlarının fəal iştirakının təmin edilməsində böyük ehtiyac var. Prezidentin məmur özbaşınalığı ilə bağlı siqnallar araşdırdığı barədə fikirlərinə gəldikdə isə, bu prosesin davamlı olacağı qətiyyən şübhə doğurmur. Dövlət başçısı bununla həm də cəmiyyətə mesaj verir, vətəndaşları islahat prosesində fəal və obyektiv olmağa çağırır. Bununla yanaşı, məmur özbaşınalığına zəmin yaradan halların aradan qaldırılması istiqamətində də ciddi addımların atıldığının, məmur-vətəndaş təmaslarının minumuma endirildiyinin şahidi oluruq. Yəni Azərbaycan islahatları konseptual və praktiki həll mexanizmləri ilə həyata keçirir. Bu təhtəlşüur bir proses deyil. Ardıcıl xarakter daşıyan, şəffaflığın təmin edilməsi üçün konkret və işlək mexanizmlərin tətbiq olunduğu bir prosesdir. Bu arada Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerə yüksəlməsi faktını da xüsusi qeyd etmək istəyirəm. Bu kifayət qədər ciddi bir göstəricidir və ölkəmizdə həyata keçirilən islahatların effektivliyini bir daha təsdiqləyir”.
REAL-ın icraçı katibi Natiq Cəfərli: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə hələ ki, nəticələrlə mübarizədən keçir. Bu da lazımdır. Korrupsiyaya bulaşmış istənilən məmurun cəzalandırılması, həbs olunması, işdən çıxarılması bir cəza mühitinin formalaşmasına səbəb olur. Bu da pozitiv bir məsələdir. Amma hələ ki, nəticənin yox, səbəblərin aradan qaldırılması üçün ciddi addımların atılmasına böyük ehtiyac var. Azərbaycanda korrupsiya sahəsində ən böyük problemlərdən biri büdcə korrupsiyasıdır. Büdcədən ayrılan vəsaitlərin normal xərclənməməsi var. Qeyri-şəffaflıq hökm sürür. Bu da orta və yüksək səviyyəli məmurların büdcə vəsaitlərinin xərclənməsində korrupsiya sxemlərindən istifadə etmələrinə imkanlar, fürsətlər yaradır. Bu istiqamətdə qanunvericilik səviyyəsində dəyişikliklərə böyük ehtiyac var.
Burada hətta bir çox ölkələrin təcrübəsindən də istifadə etmək olar. Məsələn, Türkiyədə tenderlər canlı yayımda həyata keçirilir. Nəticədə insanlar şəffaf şəkildə mübarizə aparırlar. Əslində bu bir çox ölkələrin praktikasında var. Sadəcə, bizim insanlar türk telekanallarına daha çox baxırlar. Bizdə qanunvericilik səviyyəsində məsələlər həll olunmasa, korrupsiyanın özü ilə mübarizə aparmaq o qədər də effektli və məntiqli deyil. Söhbət ondan gedir ki, korrupsiyanı yaradan səbəblərin aradan qaldırılması üçün ciddi işlər görülməlidir - həm qanunvericilik, həm də insanların məlumatlandırılması səviyyəsində. Dünyada korrupsiyaya qarşı mübarizədə ən effektli alətlərdən biri vətəndaş cəmiyyəti və mediadır. Azərbaycan hökuməti və dövləti media, vətəndaş cəmiyyəti əməkdaşlıq edərək bu prosesdə onların da dəstəyinə arxalanaraq bu işdə ciddi nəticələr əldə edə bilər”. /Musavat.com
Oxşar xəbərlər
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Prezident Sankt-Peterburqun qubernatorunu qəbul etdi - Yenilənib - Fotolar
3 aprel 2024 13:36
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya