Rəşid Behbudovun sirli ölümü
Bu gün dünya şöhrətli müğənninin anım günüdür.
Modern.az-ın məlumatına görə, 1915-ci il dekabrın 14-də məşhur şuşalı xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmiş Rəşid Behbudov 1989-cu il iyunun 9-da müəmmalı şəkildə dünyasını dəyişib.
O zamandan bəri müğənninin ölümü ilə bağlı bir neçə versiya dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır. Belə ki, o zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.
1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bunu Rəşid Behbudovun həyat yoldaşı da təsdiq edib. Rəşid Behbudov xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.
Qeyd edək ki, müğənninin ölümü ilə bağlı teleməkanda ilk dəfə "Ölümdən 24 saat əvvəl" verilişində geniş araşdırma aparılıb.
Modern.az saytı Hindistan səfəri zamanı Rəşid Behbudovun yanında olmuş tanınmış müğənni, xalq artisti Bilal Əliyevlə bu mövzuda söhbət edib. Bilal Əliyev bizə açıqlamada kasetlə bağlı maraqlı detaldan danışıb:
“1988-ci il idi. O zaman Rəşid müəllimlə birlikdə rəhbərlik etdiyi Mahnı Teatrının üzvləri bir ay Hindistanda səfərdə olduq. Bizə Ravi adlı hindistanlı tərcüməçi də vermişdilər. Rus-ingilis dilləri arasında tərcümanlıq edirdi. Dəqiq yadımda deyil, ya Mədrəsə, ya da Kəlküttə şəhərinə gedən zaman bir kəndin yanından ötəndə Ravi dedi ki, “burada siz tərəfdən bir nəfər dəfn edilib. Adı Stepan Şaumyandır, uzun müddət burada yaşayıb və 10 il bundan qabaq rəhmətə gedib”.
Rəşid müəllim o zaman istəmədi ki, qastrol heyətinin əhvalı korlansın, bununla bağlı söz-söhbət yaransın. Ona görə də bu söhbəti ikilikdə etmək istədi. Çünki o, həm də Ali Sovetin deputatı idi. Rəşid müəllim həmişə elə bilib ki, mən rus dilini bilmirəm. Çünki başa düşsəm də, yaxşı danışa bilmədiyim üçün Rəşid müəllimin yanında rusca bir kəlmə də kəsmirdim. Ona görə də uşaqların hamısı durub gedəndə məni ayağa qalxmağa qoymadı. Dedi, “Bilalçik sən otur”. Sonra tərcüməçiyə tərəf dönüb dedi ki, “bu oğlan rusca heç nə bilmir, sən məni başa sal ki, bu nə məsələdir? Nə Şaumyan, nə dəfn, nə məzar?!”. Ravi dedi ki, “bəli, Şaumyan burada yaşayıb və burada da dəfn olunub. Mən hətta onun dəfnində də iştirak etmişəm”.
Onda Rəşid müəllim soruşdu ki, “həmin dəfnlə bağlı kaseti görə bilərəm?”. Ravi dedi ki, “bəli, Bombeyə qayıdım, lazımı adamlarla danışım, sonra sizə kaseti verərəm”. Mənim yanımda olan söhbət bu qədər olub”.
Bilal Əliyevin yanında söhbətin yalnız bir hissəsi olub. Amma həmin şəxs vasitəsilə Rəşid Behbudova kaset verilib. Xüsusi nüfuz sahibi olan müğənni o zaman Moskvaya gedərək, həmin kaseti Qorbaçova fakt kimi təqdim edib. Çünki bu kaset rus-erməni işbirliyinin və Şaumyanın güllələnməməsinin bir sübutu idi. Hər şey də bundan sonra başlayıb:
Bilal Əliyev: “Sonradan Bakıya qayıdanda maraqlı bir söhbətin şahidi oldum. Yəni o vaxt insanların danışdıqlarını indi sizə açıqlayıram. O zaman deyirdilər ki, Rəşid Behbudov Hindistandan bir kaset gətirib və Qorbaçovla görüşəndə ona təqdim edib. Ondan sonra mübahisə düşüb və Rəşid Behbudovu SSRİ Ali Sovetindən uzaqlaşdırıblar. Onda mən barmağımı dişlədim ki, aha, sən demə, söhbət həmin kasetdən gedirmiş”.
Bu kasetə əslində sonun başlanğıcı da demək olar. Ondan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Bilal Əliyev bu barədə ətraflı danışıb:
“Rəşid Behbudov haqqında nə istəsəniz məndən soruşun. Çünki mən ona övladı qədər yaxın idim. Biz bilirdik ki, onun səhhətində, xüsusən də böyrəklərində problemlər var. Hətta özü ikilikdə mənə demişdi ki, onun sidik kisəsində də hansısa problem var. Amma son hadisələr, Ali Sovetdən uzaqlaşdırılması, başqa deputatların yanında aşağılanması ona pis təsir etdi. Ondan sonra xəstə yatdı. Həyat yoldaşı Ceyran xanım, bir də teatrın o zamankı direktor müavini Eduard gəlib onun səhhəti barəsində danışırdılar. Onların danışığından eşitdik ki, Rəşid müəllimi o zaman Moskvada xüsusi tibbi komissiyaya da qoymayıblar. Hərçənd ki, Rəşid müəllim həmişə ora gedirdi. Ceyran xanımın bəzi müraciətlərindən sonra bu qadağa aradan qaldırıldı. Sonra çağırdılar. Bəlkə də bu çağırışda xüsusi planları olub, onu mən deyə bilmərəm”.
Elə bu çağırış Rəşid Behbudovun Moskvaya, ümumiyyətlə, bu dünyadakı hansısa bir şəhərə sonuncu səfəri olub: “Ceyran xanım və Eduard bu haqda danışırdılar. Mən də onlardan eşitmişəm. Deyirdilər ki, “biz Rəşid müəllimin olduğu palatanın qapısının azında gözləyirdik. Qəfildən, gözləmədiyimiz halda tibb bacısı çölə çıxıb dedi ki, “Rəşid Behbudov dünyasını dəyişib”. Biz şok olduq. Tez içəri girdik. Gördük ki, sistem-filan, nə varsa hamısını çıxarıblar. Səs-küy salıb dedik nə ixtiyarınız var ki, sistemi çıxarasınız”. Onlara da yalandan deyiblər ki, guya, Rəşid müəllim yerində çapalayanda sistem çıxıb”.
Söhbətin bu yerində müğənniyə “Bilal müəllim, belə söhbət də var ki, Rəşid Behbudovun özü xanımına deyibmiş ki, o kasetdən və Qorbaçovla mübahisədən sonra onu aradan götürəcəklər. Bu haqda nə bilirsiniz” sualını verdik.
Xalq artistinin cavabı belə oldu:
“Mən o zaman başqa yerdə olmuşam. Rəşid Behbudov dünyasını dəyişəndə Naxçıvanda toyda idim. O zaman Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Fəttah Heydərovun müavini Sveta xanım mənə yaxınlaşaraq dedi ki, “bir xəbər deyəcəyəm, amma toxtaq ol, Rəşid müəllim rəhmətə getdi”. Diz üstə çökərək ağladım. Toy da yarımçıq qaldı. Məni Bakıya yola saldılar. O zaman vəziyyət başqa cür idi. Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik edirdi. Amma onu deyim ki, dəfn pis təşkil olunmadı. Vəzirovun özü də ora gəlmişdi.
Rəşid müəllimin çox arzusu ürəyində qaldı. Məsələn, mənə deyirdi, “bunlara, yəni rəhbərliyə çox deyirəm ki, yoldaşım məndən cavandır, qoy məndən sonra Mahnı Teatrına o rəhbərlik etsin. Çünki dünyada ilk Mahnı Teatrını mən yaratmışam və xanımın bu zaman yanımda olub. Teatrın bütün işlərini bilir”. Amma ona imkan vermədilər. Çox söz-söhbətlər oldu. Bunları mənə Rəşid müəllim danışıb. Mən də danışım ki, el-oba, xalq bunlardan xəbərdar olsun”.
Dünya şöhrətli müğənninin ölümü bu gün də müxtəlif səbəblərlə izah edilir. Amma əsas səbəb kimi yuxarıda danışılan detal göstərilir. Bir neçə il bundan qabaq AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da çıxışında müğənninin ölümünü Şaumyanla bağlı olan məsələlərin izini silməklə əlaqələndirmişdi:
Onun dediyinə görə, bu faktla bağlı əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmadığını deyiblər. Guya, onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya, bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.
Yaqub Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da var.
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
5 noyabr 2025 22:19
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 2025 09:47
- Naxçıvanı və Qarabağı düşmənə verməyən – Həkim səhvi ilə dünyasını dəyişən Nazim Hacıyev
27 sentyabr 2025 14:43
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- Rus rublundan qurtuluş - Azərbaycan manatının DOĞUM GÜNÜ - 33 İL
15 avqust 2025 10:28
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 2025 09:06
- Vanqadan avqust ayı üçün dəhşətli proqnoz
6 avqust 2025 11:30
- Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
3 avqust 2025 12:56
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
