” Surəti xalq dəstəkləyir...” - Dr. Şamdan bəy
Dünya11 iyun 2020 09:20
"Ətrafındakı təcrübəli şəxslər ona nə demək lazım olduğunu pıçıldayırdılar..."
"Koridorda bir-biri ilə söhbətləşənlərin səslərindən Nemət Pənahov və Rəhim Qazıyev olduğu bilinirdi..."
Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi arayarkən gözümə yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın siqnal nüsxəsi sataşdı. Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı 2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında keçirilib. 1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən 0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...

Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki, Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün maraqlı olar.
(Əvvəli burada: https://www.moderator.az/news/329317.html)
“Biz 104/709-cu kazarmalar ətrafındakı döyüş meydanlarına baxmaqdan ötrü icazə istədik. Bu, filmlərdə göstərilən dəhşətli mənzərəni xatırladırdı: baş qərargahın özünün toxunulmaz qalmasına baxmayaraq yanğın binanın yataqlar olan arxa hissəsini tamamilə məhv etmişdi. Belə bir təəssürat yaranırdı ki, kimsə tamaşa üçün kazarmaları yandırıb...
Hər yerdə dustaqların olduğu tam həqiqət idi. Surət Hüseynovun qərargah rəisi polkovnik Eldar Əliyev bizim qarşımızda qorxuya düşmüş cavan dustaqların bir neçəsinin üstünə cumdu. “Sizin əlləriniz qardaşlarınıza qarşı necə qalxdı?! - soruşan polkovnik Əliyev gözyaşları yanaqlarından üzüaşağı axa-axa qorxudan başlarını itirmiş gənc əsgərləri otağın bir küncündən o biri küncünədək şapalaqlayaraq qışqırırdı. Orduya yeni çağırılmış bu əsgərlər bizim kameralara baxaraq Elmiranın mikrofonuna and içirdilər ki, onları aldadıblar... Əsgərlərin komandirləri deyibmiş ki, onlar 709-cu alayın qəhrəmanlarına atəş açmağa yox, Murovdağın başına- erməni yaraqlılarıyla döyüşməyə gedirlər...
Mən xahiş etdim ki, nəqliyyat vasitələrini. saxlanıldığı yeri göstərsinlər. Ora mübaliğəsiz ağır texnika ilə dolu idi - onlarla tank, “Qrad” tiipli raket sistemləri...
“Bunların hamısı döyüşməyə iqtidarı olmayan hökumət qüvvələrindən müsadirə edilib”- Surətin mətbuat katibi Aypara Əliyev belə dedi. Lakin maşınlara cəld nəzər saldıqda aşkar oldu ki, onların yalnız bir qismində hökumət nişanları var. Üstəlik, onların çoxunun Azərbaycanı bir-iki həftə öncə tərk etdikləri güman edilən rusların 104-cü hava desantı alayına məxsus olduğu bilindi...
Bəli, hadisələrin “Surət” versiyası ilə düz gəlməyən və ziddiyyəti çox elementlər vardı. Lakin onların hamısı emosional bir ittihamın içərisində öz əhəmiyyətini itirirdi - hökumət qardaş qırğını üçün məsuliyyət daşıyırdı. Bu lənətlənmə müxtəlif formalarda yenindən və yenidən hey təkrar edilirdi: “Hökumət qardaş qırğınında günahkardır, hökumət Azərbaycanın 70 ən vətənpərvər övladının ölümü üçün məsuliyyət daşıyır...”
Bu mantra Aypara tərəfindən yenidən və yenidən təkrar olundu. 70 şəhid! Yaxşı, bəs cəsədlər hanı? Biz xəstəxanaları və meyitxanaları gəzdik; heç bir yerdə cəsəd deyilən şey yox idi. Gəncənin əsas məscidinin axundu etiraf etdi ki, o, yalnız 4 cəsəd görüb – onlar da iyunun 4-də həlak olmuş hərbçilər imişlər...
Onlardan biri kapitan Mehman Ələkbərov idi. Bizə belə məlumat verdilər ki, o, Surətin dəstəsində “şəxsən 100-dən çox erməni öldürmüş” məşhur komandir imiş... Həmin səhər o, ağ bayraq apararkən hökumət silahlıları tərəfindən güllə ilə vurulub və şəhərin kənardındakı Şəhidlər Xiyabanında hərbi şərəflə torpağa tapşırılmaqdadır. Biz ora tələsdik və emosional bir dəfn mərasiminin şahidi olduq. Mərasimin ən təsirli anı Mehmanın bölməsinin dizi üstdə çöküb “onun qanını yerdə qoymayacaqları”na and içdikləri zaman oldu...
Yaxşı, bəs digərlərinin cəsədi, yaxud qəbri hanı? Mehmanın son istirahət yerinə yaxın heç bir yeni qəbir yox idi. Artıq nə isə iy verməyə başlayırdı və bu, çürüməyə başlamış cəsədlərin iyi deyildi – bu, onların, ümumiyyətlə, olmaması idi...
...İyunun 6-da Bakıdan ilk “sülh nümayəndəliyi” Surətin baş qərargahında peyda oldu. Onun başında duran Şeyxülislam Allahşükür Paşazadə qara “ZİL” limuzində bir neçə köməkçisi ilə birgə gəlmişdi. Sonra Şadman Hüseynov gəldi – Etibar Məmmədovun birinci köməkçisi(əslində müavini)... Daha sonra Baş nazirin köməkçisi(əslində müavini-S.L.) Rəsul Quliyev və onun ardınca Mütəllibov erasından salamat çıxmış, Elçibəy erasının icraçısı Abbas Abbasov və yaltaq neo-kommunistlərin bariz nümunəsi, uzun, arıq Rəhim İsazadə(Amerikalı jurnalistin bu ad-soyadı bilərəkdən, yaxud unutqanlıqdan səhv yazdığını demək çətindir. Amma Azərbaycan siyasətində belə bir şəxsin olmamasından arif oxucuya söhbətin əslində kimdən getdiyini anlamaq çətin olmaz- S.L.)...

Koridorda bir-biri ilə söhbətləşənlərin səslərindən Nemət Pənahov və Rəhim Qazıyev olduğu bilinirdi...
Düzdür, başqaları da vardı. Lakin onların hamısını ümumi bir şey birləşdirirdi: çıxış yolu tapmaqdan çox özlərini elə aparırdılar ki, sanki təmsil etdikləri hökumətin ordusunu acından qıran hərbi diktatoru uğurlu əməliyyatına görə təbrik etməyə gəlmişdilər...
“Surət nə dedi? O, nə dedi?”- hər dəfə 709-cu qərargahdan “sülhməramlı” nümayəndə heyətinin üzvləri çıxanda bayırda dayanıb gözləyən və getdikcə çoxalan jurnalistlər bu sualı verirdilər...
“Vəziyyət yaxşı deyil - cavab gəlirdi, – Surət qəzəblənib. O, İsa Qəmbərlə Pənah Hüseynovun istefasını istəyir...”
“İşlər heç də yaxşı deyil – beş dəqiqə sonra içəri otaqdan çıxan dedi, – Surət tələb edir ki, bütün hökumət istefa versin və Elçibəy xain çıxdığına görə həbs edilsin!..”
.
..Surət ittiham edirdi, Surət tələb edirdi, Surət əmr edirdi... Lakin bunların hamısı ikinci şəxs vasitəsilə verilən məlumat idi – çünki bu adamın özünün izi də görünmürdü...
Mən, ümumiyyətlə, Surətin xarici görkəmini yadıma sala bilmirdim. Onu keçmiş rejimlə assosiasiya olunan şişman neo-kommunist timsahlardan biri kimi təsəvvür edirdim...
(Materialın bundan sonra sonadək olan hissəsi ötən il saytımızda təqdim edilib. Lakin siz -dəyərli oxucularımız üçün xronoloji ardıcıllığın itməməsindən ötrü Amerika jurnalistinin Surət Hüseynov haqqında özünəməxsus fikirlərini əsk etdirən həmin epizodu yenidən nəzərinizə çatdırırıq)
“Azərbaycanda var-dövlət korrupsiya ilə, korrupsiya köklüklə səciyyələnir. Və Surət Hüseynov milyonlara kommunist dövründə sahib olduğuna görə, mən belə düşünürdüm ki, o da şişman olmalıdır...
Bu putççunu(qiyamçını-S.L.) görəndə mən heyrətə gəldim. Bu, üçüncü günün axşamı idi...
Xahişə gəlmiş nümayəndələrin bir qismi belə qərara gəldi ki, mətbuatla görüş Surət üçün yaxşı olar. O zaman Surətin qərargahı Bakıdan və haradansa gəlmiş jurnalistlərlə qaynayırdı...
Bir neçə dəfə təxirə salınandan sonra, nəhayət, bizi kazarmaların içərisində yerləşən otağa saldılar. Böyük masanın arxasında siyahıda olanlar idi: Şeyx Paşazadə(QMİ sədri A.Paşazadə-S.L.), fəhlələrin lideri Pənahov(Nemət Pənahlı), Abbas Abbasov, Rəsul Quliyev və səhv etmirəmsə, Dr. Şadman(AMİP sədrinin 1-ci müavini Şadman Hüseynov-S.L.).
Masanın başında əyninə iki sıra düyməli, tünd rəngli kostyum, yaxşı ütülənmiş ağ köynək və konservativ qalstuk taxmış eleqant bir cavan oturmuşdu. Onun fenlə qurudulmuş saçları donmuş kimi tərpənməz görünürdü, üzündə utancaq və səfeh təbəssüm ifadəsi vardı...

Bu idi Surət Hüseynov?..
Bəli, Surət mətbuat üçün özünü nümayiş etdirə bilərdi. Lakin bu o qədər də mətbuat konfransına oxşamırdı. Surət o qədər anlaşılmaz surətdə danışırdı ki, dedikləri bir-biri ilə rabitəsi olmayan ifadələrdən ibarət idi. Ətrafında olan yaşlı və təcrübəli şəxslər ona nə demək lazım olduğunu pıçıldayırdılar...
“Sizə kim dəstək verir?”-hadisə ilə əlaqədar Bakı televiziyasından gətirilmiş yaşlı yaltaq jurnalist soruşdu.
“Nə?”- Surət nərildədi.
“Dəstəyiniz, başa düşürsüz, sizə dəstək verən insanlar”- jurnalist gənc fatehin ağzından cavabı qoparmağa çalışdı.
“Xalqdan-xalq...”- Dr. Şadman masanın o biri üzündən pıçıldadı.
“Xalq”- Surət mexaniki olaraq replikaya cavab verdi, - məni xalq dəstəkləyir...”
Onun ortalığa çıxara bildiyi ən uzun cümlə müharibəyə dair suallara verdiyi cavab oldu.
“Milli şərəfimiz yolunda hər döyüşdə qazandığımız qələbə bizimdir. Məğlubiyyətlərimiz isə Bakıdakı satqınlarındır”,- Surət bəyan etdi. “Ordu bunu bilir, xalq bunu bilir, düşmənimiz də bilir...”
“Bəs Qarabağ?- iti cavab axtarışında olan bir başqa müxbir soruşdu, - sizin Qarabağa dair mövqeyiniz nədir?”.
Masanın arxasında oturmuş daha kimsə Surətə tərəf əyildi və onun qulağına nə isə pıçıldadı. Nəhayət, o başa düşürmüş kimi gülümsədi.
“Karabax bıl naşim, i budet!”-rusca guruldadı. “Qarabağ bizim olub, həmişə də bizim olacaq”.
Göy gurultusuna bənzər alqış sədaları ucaldı və bununla da mətbuat konfransı başa çatdı...”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
