ABŞ kəşfiyyatı 1978-ci ildə SSRİ-nin rəhbəri Brejnevi Bakıda necə izləyib? – ABŞ məxfi SƏNƏDLƏRİ (FOTO)

SSRİ rəhbəri Leonid Brejnevin 1978-ci ilin sentyabrında Azərbaycana etdiyi səfər ABŞ tərəfindən ciddi şəkildə izlənilib.
Azpost.info-nun məlumatına görə, ABŞ Dövlət Departamentinin üzərindən məxfiliyi götürülmüş arxiv sənədləri bunu deməyə əsas verir.
Qeyd edək ki, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnev Azərbaycana 1978-ci ildə 22-24 sentyabr tarixlərində səfər edib. Həmin səfər zamanı o, sovet Azərbaycanına uğurlarına görə növbəti Lenin ordenini təqdim edib. Səfər bütün SSRİ-də böyük maraqla izlənib. Bakıda – Lenin sarayında çıxışı zamanı L.Brejnev ölkədaxili və xarici məsələləri ilə bağlı münasibət açıqlayıb.
Həmin görüşü dünyanın digər superdövləti olan ABŞ da izləyib. Bütün bu sənədlər ABŞ Dövlət Departamenti tərəfindən hazırlanaraq prezident Cimmi Karterə məruzə olunub. Kəşfiyyat məlumatları və rəsmi informasiyalar əsasında hazırlanan teleqramlarda SSRİ rəhbərinin Bakı səfəri barədə bir sıra maraqlı qeydlər hazırlanıb.
Dövlət Departamentinə göndərilmiş “1978MOSCOW22783_d” şifrəli məxfi teleqram 1978-ci ilin sentyabrın 22-nə aiddir. Sənəddə Bakıda olan L.Brejnevin fiziki görkəmi və sağlamlığı ilə bağlı məlumatlar yer alıb: “Sovet televiziyasında göstərilən kadrlar onu deməyə əsas verir ki, Bakıda Brejnevin bir az darıxdırıcı əhvalına baxmayaraq, xarici görkəmi yaxşı olub. Bu kadrlar onun Krımda dincəldikdən sonrakı ilk görüntüləridir”.
Daha sonra məxfi teleqramda L. Brejnevin sentyabrın 22-də sovet Azərbaycanına Lenin ordenini təqdim edərkən Bakıda etdiyi çıxış təhlil olunur: “Brejnev, əvvəl deyildiyindən fərqli olaraq, görkəmcə bir az pis təsir bağışlayır. Bir qədər sanki anlaqlı görünmür. Enerji və psixoloji halı minimumdur”.
Teleqramda göstərilir ki, L.Brejnev sentyabrın 22-də 55 dəqiqə çıxış edib.
Məlumatda bu çıxış xüsusi qeyd olunub. Qeyd olunub ki, Brejnev çıxışında beynəlxalq məsələlər barədə danışarkən nitqi daha aydın və yaxşı olub. “Teleekranda Brejnev yaxşı görünür, biz audio və videokadrlarda hər hansı redaktə müşahidə etmədik. O, ordeni bayrağa sancan zaman nəsə anlaşılmaz ifadələr işlətdi”.
Teleqramda 20 və 21 sentyabrda Brejnevin Bakıya səfəri barədə olan xəbərlər təhlil olunur, kinosujetlər incələnir: “Xarici görkəmi və hərəkəti normaldır. Hər hansı qüsur müşahidə etmədik. Kadrlarda Brejnevin gözü ətrafında olan şişkinlik var”.
Dövlət Departamentinə göndərilən sənəddə Brejnevi hər yerdə Azərbaycan SSRİ-nin birinci katibi Heydər Əliyev müşayiət etməsi vurğulanır. Digər kadrlarda isə Çernenko bütün yerlərdə onun yanında görünür.
22 sentyabrda göndərilən “1978STATE243631_d” saylı digər məxfi teleqramda L.Brejnevin Bakıda beynəlxalq məsələlər barədə dedikləri təhlil olunub. Burada deyilir ki, Brejnevin Əfqanıstanla bağlı çıxışı diqqətçəkən olub: “Bu çıxış Sovet İttifaqının Əfqanıstana qeyri-adi yüksək marağının göstəricidir və ola bilsin ki, bir çox müşahidəçilərin artan marağını qabaqlamaq üçün işlənib. Bu, çox güman ki, Əfqanıstandakı “aprel inqilabı”nda “Moskvanın əli olması” barədə Brejnev üçün xoş olmayan mövqeyi dəyişməyə yönəlib”.
Sənəddə maraqlı bir qeyd də var. Məxfi teleqramda deyilir ki, “”Müstəqil” və bloklara qoşulmayan Əfqanıstan ideyası onu düşünməyə əsas verir ki, Sovet rəhbərliyi Əfqanıstanda bu standartları güclə müdafiə etmək üçün əlverişli zaman yetişdiyini düşünür”.
“Brejnevin qeyd etdiyi “əfqan-sovet münasibətləri möhkəmdir və gələcəkdə daha da yaxşılacaq” sözləri onu göstərir ki, bu məsələdə üçüncü tərəfin maraqları əsəbi qarşılanır” – deyə məxfi sənəddə vurğulanır.
Xatırladaq ki, SSRİ Əfqanıstana yalnız bir ildən sonra – 1979-ci ilin dekabrında müdaxilə edib.
Daha sonra Brejnevin çıxışında ABŞ-SSRİ münasibətləri barədə detallar təhlil olunur. Teleqramda vurğulanır ki, ABŞ-la münasibətlər SSRİ üçün əsas diqqət mərkəzindədir.
Baş katib Leonid Brejnev SSRİ-yə rəhbərliyi dövründə bir neçə dəfə Azərbaycana səfərə gəlib.
X.SƏFƏROĞLU
Azpost.info
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 2025 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 2025 00:31
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 2025 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 2025 10:44
- Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü
12 sentyabr 2025 02:55
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 2025 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 2025 22:45
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 2025 11:37
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 2025 03:37
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 00:31
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 21:54
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 15:11
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 13:17
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 11:03
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 10:44
- Bədənin bu hissəsi qadının yaşını göstərir -QULAQ MƏMƏSİ
12 sentyabr 03:09
- Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü
12 sentyabr 02:55
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 03:37
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 01:46
- Sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan
11 sentyabr 01:40
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
10 sentyabr 18:43
- Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
10 sentyabr 18:30
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 09:54
- Hikmət Hacıyev ABŞ-da mühüm görüşlər keçirdi (FOTO)
10 sentyabr 09:45
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 00:34
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13