Səfər Mehdiyevin gizli qazanc yeri : Azterminalkompleks...
Vergi işçiləri buralara girə bilməz...
"Dövlət Gömük Komitəsində sahibkarlarla videokonfrans keçirilib və sonda broker şirkətlərinə tövsiyyə olunub ki xərcləri aşağı salsınlar. Biz isə Komitənin rəhbərliyinə üzümüzü tutub deyirik ki, xərcləri aşağı salmaq üçün ən birinci addımı elə siz atmalısınız. Necə? Bunu anladacğıq..."
Bu sözlər Dia.az-a üvnanlanan bir sahibkar müraciətindəndir.
Daha sonra Dövlət Gömrük Komitəsinin rəhbərliyinə xitab edilən materialda deyilir: "1...Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilən bütün yüklər üçün (hansı ki ölkə üzrə 70-80 faiz rəsmiləşdirilmə bu idarədə olur) gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği 2 qat artırılmasın.
Belə ki bu idarədə iş yerindən və iş vaxtından asılı olmayaraq bu yığım bir qayda olaraq 2 qat alınır. Halbuki bunun Hava Nəqliyyatında Baş Gömrük İdarəsi təcrübəsi var və hətta səhvən 2 qat vurulan işi qaytarıb tək qat ödəniş alırlar. (26 aprel 2016-cı il 168 nömrəli qərar)
2...Minimal qiymətlər adı ilə qiymətlər necə gəldi qaldırılmasın.Ondansa ictimaiyyətə açıq olsun bu minimal qiymətlər. Və hamı da bilsin ki hansı malın minimum gömrük dəyəri hansı məbləğdə qəbul ediləcək. Əvvəlcədən işini bilsin. Gəlib günlərlə vaxt itirməsin.
3... Mallara gömrük nəzarəti zonaları artırılmalıdır. Yoxsa ki, əksər mallar "İpək yolu" və "Meyvəli" terminallarına yönəldilir və onlar da isdədikləri qiyməti bir tərəfli qaydada "oxuyurlar". Bu da olsa dərd yarı üstəlik də əksər halda qeyri-rəsmi qaydada ödənişlər tələb edilir.
Gömrük isə deyir ora özəl qurumdur özümüz razılaşın. "İpək yolu" terminalı "Ramal-Trans" MMM-ə məxsusdur. Adamlarla xidmət müqaviləsi bağlamaq üçün aylarla qapılarında yatmaq lazımdır. Allahın bir POSterminalı da yoxdur ki kartla ödəniş edəsən. Ancaq nağd ödəniş etməlisən. İndi özünüz təsəvvür edin. Bir tam maşın anbarda boşaldıqda təxminən 700 manata qədər xərc yaranır. Nə hikmətdirsə Vergilər Nazirliyi də indiyə qədər buraya "girməyib".
4..Ən əsas məsələlərdən biri. Nə hikmətdirsə elə bəyannaməçi şirkətlərin ən böyüyü elə DGK-nin tabeliyindəki "Azterminalkompleks" Birliyidir. Bu şirkət də bizim kimi özəl fəaliyyətlə məşğul olur. İllərdir ki bu şirkət bəyanetmə sahəsində monopoliyanı əlində tutmuşdu və bazarı istədiyi kimi diqtə edirdi. (bir iki yan firmalar istisna). Lisenziyalar ləğv edildikdən və yeni özəl broker şirkətləri yarandıqdan sonra bu şirkətin mövcudluğu hələ də başa düşülən deyil.
Görünən odur ki, illərin "dadı" damaqlarından çəkilməyib. Təsəvvür edirsiniz DGK mal bəyan edir, biz də indi gəl burda rəqabət apar da. Üstəlik yuxarıda adı çəkilən qərarı da alət edərək (tam qanunsuz) istisnasız bütün yazılmış bəyannamələrdən bu şirkət üçün DGK yığım alır.
Təsəvvür edirsiniz Nazirlər kabinetinin qərarına əsasən hansısa özləri üçün yaratdıqları təsərrüfathesablı müəssisəyə haqq toplayırlar. Üstəlik mühasib olanlar da bilir ki bu yığımların ƏDV-ni heç kim əvəzləşdirə bilmir. İşi görən biz, xidməti göstərən biz, haqqı alan "Azterminalkompleks".Əgər xərci azaltmaq istəyirzinizsə bu işi buraxın sərbəst brokerlərə. Bazar özü hər şeyi tənzimləyəcək.
Sonda əgər sahibkarlara kömək etmək onların xərclərini azaltmaq istəyirsinizsə sadalananları və daha da artıq işləri görmək lazımdır. Daha özəl brokerin 20-30 manatına göz dikmək yox. Onsuzda vəziyyətləri ürəkaçan deyil.
Qeyd. DGK nəzdində yaradılan təsərrüfat hesablı Azterminalkompleks birliyi bir “qara yaradı” keçib iş adamlarının boğazına. Mən evimdən elektron hökümət portalından asan imzaynan idxal etdiyim yükü DGK-nə bəyan edirəm. Mənim işimə, idxal etdiyim yükə hec bir aidiyyatı olmayan Azterminalkompleks Birliyinə mütləq pul “ödəməliyəm” Özüdə iki dəfə:
1. qısa idxalda
2. sərbəst dövriyyə buraxılanda.
Xidmət haqqı DGK-ya ödənilir. Azterminalkompleks Birliyinə ödənən “haqq” nə haqqıdır bilmirik...
Bir vaxtlar adi vərəqləri 190-210 manata satan, 2016-cı ilin may ayından hec bir xidmət göstərmədən iş adamlarından pul yığan bu təsərrüfat hesablı Azterminalkompleks birliyi doğrudan da bir “qara yaradı” keçib iş adamlarının boğazına. Görəsən bunun sonu olacaqmı və həmin pullar hara xərclənir?"
Bütün iddia olunanlarla bağlı maraqlı tərəfləri dinləməyə hazırıq... /dia.az/
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
