“Elçibəy mənə dedi ki, günahkarlar cəzasını alacaq”
Azərbaycanın sabiq Baş naziri Sürət Hüseynov dokumentalist-rejissor Laçın Məmişova verdiyi müsahibədə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin 9 fevral 1993-cü ildə onunla bağlı verdiyi məşhur bəyanatından danışıb.
Azpost.info bildirir ki, müsahibədə o dövrdə Qarabağ cəbhəsində apardığı hərbi əməliyyatlar barədə danışan S.Hüseynov AXC hakimiyyəti ilə münasibətlərinin pozulmasına səbəb olan həmin bəyanatla bağlı sərt ittihamlar səsləndirib.
S.Hüseynovun sözlərinə görə, 1993-cü il fevralın 5-də Azərbaycan ordusunun qış hucum əməliyyatının dayandırmasından istifadə edən erməni silahlı birləşmələri Ağdərənin 3 kəndinə hucum edib tutmuşdular: “Nəcməddin Sadıqov səhər tezdən həyəcanla mənə zəng vurdu ki, “Sürət müəllim, ermənilər əks hucuma keçiblər, 3 kəndə giriblər. Mən dedim, necə yəni giriblər? Necə olub bu? Hay küy salmağa, panikaya ehtiyac yoxdur. Ermənilər qələt edib”.
S.Hüseynovun sözlərinə görə, bu problemlə bağlı fevralın 5-də Bakıya gəlib: “Prezident Elçibəyə zəng vurdum ki, Bakıdayam. Sizin ətrafınızda və yüksək vəzifə tutanlar arasında xainlər var. Araşdırma üçün komissiya yaradılmasını, müharibə dövrünə uyğun olaraq səhra qanunlarının tətbiq olunmasını tələb edirəm. Əbülfəz Elçibəy dedi ki, “bəy, nə danışırsınız? Mən Komissiya yaradıb araşdıracağam. Kimin günahı var, cəzasını alacaq”.
S.Hüseynov bildirib ki, komissiya tərəfindən yoxlamadan sonra məlum oldu ki, Nəcməddin Sadıqov həmin ərazidəki piyada və texnika keçidlərinin minalanmasını əmr edib, amma “sapyor” batalyonun komandiri Piriyev sərxoşluğa başı qarışıb, keçidləri minalamayıb: “Fevralın 5-də ermənilər 3 kəndə giriblər. Ayın 8- saat 4-də qərargah rəisim İlham Aslanovu göndərmişəm ki, “gedin o kəndləri geri alın”. Fevralın 8-də İlham Aslanov zəng vurub dedi ki, Vaqauzda qərargah qurub, kəndləri geri alıblar. Fevralın 9-da Fərəc Quliyev bəyanat verib məni xain çıxardır. Cəbhə məni xəyanətdə ittiham edir. Kəndlərin nə üçün getdiyini araşdırmadan belə bəyanat verdilər. Bu onların təcrübəsizliyi, savadsızlığından irəli gəlirdi”.
S.Hüseynov bununla bağlı qəribə bir hadisəni danışıb. O bildirib ki, fevralın 8-də saat 4-də kəndlər geri alındıqdan bir saat sonra Qərargah rəisi İlham Aslanovun komanda qərargah maşını atəşə tutulub: “Bizim nəzarətimizdə olan Ağdərə tərəfdən BMP-2 gəlib onları atəşə tutmuşdu. Bu “Boz Qurd” batalyonuna məxsus BMP-2 maşını olub”.
Bu barədə daxili işlər naziri İsgəndər Həmidova məlumat versə də nazir bunu rədd edib və BMP-nin “Boz qurd” batalyonuna aid olmadığını bildirib:
“Bəs kim idilər onlar? Atəş açdıqdan sonra dönüb tez sürüb gediblər. İlham Aslanovun boğazından dəyimişdi güllə…İlhamı göndərdik Kəlbəcərə…Oradan sağ olsun İsgəndər Həmidovun həkim olan bacısı yola saldı Gəncəyə…İndi oturub Bakıda hərə bir söz danışırlar”.
S.Hüseynovun sözlərinə görə, AXC İcraiyyə Komitəsinin həmin bəyanatını özünə qarşı olan münasibət kimi qiymət verir: “Onların bu bəyanatı kimə xidmət edirdi? Erməni üç kəndə minalanmamış yerlərdən keçmişdi, burunlarını ovub qaytardıq geri…Sən durub ayın 9-da mənə qarşı bəyanat verirsən? Xeyir ola? Fərəc Quliyev, səninlə söhbətimiz olacaq. Kimin tapşırığını yerinə yetirirdin?”
S.Hüseynovun sözlərinə görə, fevralın 8-də prezident Elçibəy Gəncəyə gəlmişdi: “Ayın 9-da məni çağırdılar Gəncədəki “Qonaq Evi”nə. Onlar Gəncəyə məni həbs etməyə gəlmişdilər. Prezidentin mühafizə xidmətinin rəhbəri Vaqif Axundov gəlib Prezidentin qulağına pıçıldadı ki, bəy, biz mühasirədəyik. Bunu etmək olmaz. Bütün bunlar barədə ətraflı danışacağam”.
Qeyd edək ki, 27 il əvvəl -1993-cü ilin fevralında verilmiş bir bəyanat Azərbaycan ictimai-siyasi mühitində ildırım kimi çaxdı.
Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin imzaladığı bəyanat daxili diskussiyalara rəvac verdi.
Hakimiyyətdə olan AXC-nin İcraiyyə Komitəsi ölkədə hərbi məğlubiyyətlərə qarşı etiraz edərək səbəbkarları cəzalandırmağı tələb edirdi.
Bu bəyanat korpus komandiri olan Sürət Hüseynovun adını Azərbaycan tarixinin üst qatına çıxartdı. AXC S.Hüseynovu vətənə xəyanətdə ittiham edərək onu Ağdərəni müdafiəsiz qoymaqda günahlandırdı.
Bəyanatda deyilirdi: “Xüsusilə Ağdərə hadisələri bizi ciddi narahat edib. Azərbaycan prezidentinin Ağdərədə müdafiə xəttinin möhkəmləndirmək əmrinə baxmayaraq korpus komandiri Sürət Hüseynov başçılıq etdiyi korpusu və hərbi texnikanı döyüş mövqeyindən çıxararaq Gəncəyə aparmış və indi işğal olunmuş Ağdərə kəndlərini müdafiəsiz qoymuşdur.
Baş vermiş hadisələr bir daha subut edir ki, planlı şəkildə aparılmış bu təxribatın arxasında geniş miqyasda dövlət çevrilişini hazırlamaq niyyətində olan qüvvələr durub. Sürət Hüseynovun ali baş komandanın əmrini yerinə yetirməməsi hərbi cinayət hesab edilməli, Ağdərə hadisələrində təqsiri olanlar cinayət məsuliayyətinə cəlb olunmalıdlr.
AXC İcraiyyə Komitəsi belə hesab edir ki, ən qısa müddət ərzində Müdafiə Nazirliyinin strukturnda ciddi dəyişikliklər edilməlidir”.
Fərəc Quliyevin imzaladığı bu bəyanat Sürət Hüseynovun etirazına səbəb olmuşdu. AXC höküməti yaranmış siyasi böhranı birtəhər yoluna qoya bilsə də AXC-nin bu bəyanatı siyasi proseslərin taleyini həll edəcək bir amilə çevrildi.
3 aydan sonra – 1993-cü ilin iyununda polkovnik Sürət Hüseynov AXC hakimiyyətinə qarşı hərbi qiyam qaldırarkən istinad etdiyi bir detal da bu bəyanat olmuşdu.

- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
