Hərb yolunun alternativi yoxdur !
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
İşqal edilmiş ərazilərimizin azad ediləməsinin
hərb yolunun alternativi yoxdur!
Ermənistan rəhbərliyinin, xüsusilə baş nazir N.Paşinyanın, sərgilədiyi davranışlar göstərir ki, mənfur qonşularımız nəinki özlərinin işğalçılıq siyasətindən əl çəkmək, Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına, BMT-nın məlum qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etmək istəmirlər, əksinə, bütün mümkün olan və olmayan vasitələr və qarayaxmalarla Azərbaycana böhtan atmaq və beləliklə də, özlərinin işğalçılıq siyasətinə haqq qazandırmaq istəyirlər.
Növbəti dəfə belə cəhd iyunun 18-də Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin videokonfrans formatında keçirilən sammitində Nikol Paşinyan tərəfindən edildi. Mövzudan kənarlaşan Paşinyan azərbaycanlı zabit Ramil Səfərovun erməni zabitini öldürməsi məsələsini növbəti dəfə qaldırdı və Azərbaycanı irqçilikdə günühlandırmağa cəhd etdi. Ancaq Paşinyanın ara qarışdırmaq planı yenə alınmadı. Azərbaycan prezidenti Paşinyana ölkəsinin yaxın keçmişini xatırladaraq Ermənistanın terrorçuluğu dövlət səviyyəsində himayə etdiyini faktlarla bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı və ona irqçilik haqqında danışmağı məsləhət görmədi. Azərbaycan Prezidenti sammitdəki çıxışı və Paşinyanın böhtan cəhdinə layiqli cavabı ilə Azərbaycanın işğalla heç vaxt barışmayacağını, ölkəmizin mənfur qonşularımız üzərində psixoloji üstünlüyünü bir daha nümayiş etdirdi və reallıqda Ermənistanın işğalçılıq siyasətinə dəstək verənlərin nəzərinə çatdırdı.
Ancaq Ermənistanın və qondarma “DQR”-in Qarabağda və işğal edilmiş digər Azərbaycan topraqlarında geniş vüsət alan məskunlaşdırma, tikinti-quraşdırma işlərindən göründüyü kimi, xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan heç vaxt Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə getməyəcək. Ermənistanda nəinki Dağlıq Qarabağı, heç işğal edilmiş digər rayonlarımızı azad etmək istəmirlər. Xristian üçlüyünün, reallıqda Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən dövlətlərin, təmsil olunduğu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sonu görünməyən və əhəmiyyətsiz sülh danışıqları isə Ermənistanın işğal edilmiş ərazilərdə daha da möhkəmlənməsindən başqa bir şeyə yaramır. Hər şeydən göründüyü kimi, danışıqlar masası üzərində olan heç bir palan, o cümlədən mərhələli həll planı, münaqişənin Azərbaycanı qənaət edəcək həllinə imkan verməyəcəkdir. Məlumdur ki, mərhələli həll planı əsasən aşağıdakıları nəzərdə tutur: 1.Dağlıq Qrabağ ətrafında işğal edilmiş ərazilərin uzun müddət ərzində mərhələlərlə azad edilməsini (müxtəlif variantlarda).2. Dağlıq Qarabağın özünü idarə etməyəyə imkan verən yekun statusunun Azərbaycanın razılığı ilə, öz iradəsini ifadə etmə əsasında, başqa sözlə referendum yolu ilə, müəyən edilməsini. Bu isə təmamilə Azərbaycan Konstitusiyasına ziddir. 3. Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin yaradılmsını. Bu təklifin mahiyyəti ondan ibarətdir ki, həmin dəhliz Azərbaycanın nəzarətində olmamalıdır və maraqlı tərəflərin əzəli Azərbaycan ərazisinə nəzarətsiz girişi təmin olunmalıdır! 4. Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun tanınmasını. Fikir verin, qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun tanınmasından söhbət gedir, qayıtmalarından yox! 5.Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatlarının verilməsini. Bu təklifin mahiyyəti ondan ibarətdir ki, onun qəbul edilməsi gələcəkdə Azərbaycanın Dağlıq Qarabağ üzərində süveren hüququqlarının hərb yolu ilə bərpa ediləcəyini istisna edir, başqa sözlə, Dağlıq Qarabağın əbədi itirilməsinə təminat verilir. Göründüyü kimi, mərhələli həll planı böyük anlamda Azərbaycanın Dağlıq Qarabağ üzərində qanuni hüquqlarının pərpasına təminat vermir. Ona görə də, Dağlıq Qarabağ da daxil olmaqla işqal edilmiş ərazilərimizin azad ediləməsinin hərb yolunun alternativi yoxdur! Təbiidir ki, ərazilərin hərb yolu ilə azad edilməsi ciddi hazırlıq tələb edir. Fikrimizcə, ilk növbədə XİN-dən başlamaq lazımdır. Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatına Azərbaycan XİN-nin cavab bəyanatı bir daha göstərdi ki, Xarici İşlər Nazirliyi çərçivəsində kadr islahatlarının aparılmasına, nazirliyin Azərbaycanın tarixinə dərindən bələd olan, azərbaycan dilini sərbəst, mükəmməl bilən vətənpərvər kadrlarla təminatına ehtiyac vardır. XİN-nin Azərbaycan tarixinə bələd olmayan əməkdaşları heç olmasa Cənab Prezidentin çıxışlarını dərindən öyrənsinlər. Bununla yanaşı, hakimiyyət strukturları dövlətin daxili və xarici, xüsusilə hərbi, siyasətinə təsir gücünə malik olan erməni və rus pərəst məmurlardan, 5-ci kalon təmsilçilərindən təmizlənməlidir.
Azərbaycan nazirliklərindən xalqla ən çox təmasda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Ancaq KİV-də yayılan məlumatlara görə bu nazirliyin fəaliyyəti vətəndaşların sosial müdafiəsinin təmin edilməsindən daha çox onların dövətlətdən narazılığının artmasına zəmin yaradır. Bu xüsusilə pandemiya dövründə özünü biruzə verməkdədir. Pensiyaların təyin edilməsi, əlillərə, az təminatlı ailələrə təqaüdlərin müəyyən edilməsi, özünüməşğulluq proqramı çərçivəsində dövlət tərəfindən vətəndaşlara edilən yardımların verilməsi, işsizlərin məşğulluq xidmətlərində qeydə alınması sahəsində çoxsaylı qanun pozuntuları haqqında məlumatlar yayılmaqdadır. KİV-də yayılan məlumatlara görə hətta Gədəbəy rayonunda gözdən anadangəlmə əlil olan vətəndaşın təqüdünü kəsməkdən belə çəkinməyiblər. KİV-də yayılan bu tipli məlumatlar ciddi araşdırılmalı, vətəndaşla dövlət arasında narazılıq yarada biləcək bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır.
Torpaqlarımızı işğadan azad etmək üçün Azərbaycanın kifayət qədər güclü hərbi qüvvəsi vardır. Ancaq, Ermənistan üzərində qısa müddətdə qəti qələbənin qazanılması hərbi cəhətdən bir neçə dəfə üstünlük şərti ilə təmin edilə bilər. Ona görə də, ölkəmizin hərbi qüdrətinin daha da artırılması istiqamətində işlər daha sürətlə davam etdirilməli, bu sahədə dost ölkələrlə əməkdaşlıq genişləndirilməlidir. Fikrimizcə, maraqlı dost dövlətlərlə əsgəri mübadiləni nəzərdə tutan ikitərəfli hərbi müqavilələrin bağlanması da məqsədəuyğun olardı. Bu, Azərbaycanın Qoşulmayan ölkələr qrupunda təmsilçiliyinə zidd deyildir.
İqtidar-vətəndaş birliyinin təmin olunması və qorunması müharibə şəraitində qələbəni təmin edən əsas amillərdən biri və birincisidir. Bu sahədə ölkəmizdə mövcud şəraiti qənaətbəxş hesab etmək olar. Ancaq nəzərə almaq lazımdır ki, korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı, vətəndaçların hüququqlarının pozulması vətəndaşı dövlətdən narazı salır, qanunu kimin pozmasından asılı olmayaraq vətədaş təqsiri dövlətdə görür. Ona görə də, korrupsiya və rüvətxorluğa, qanun pozuntularına, məmur özbaşınalığına qarşı son dövrdə aparılan tədbirlər davamlı və şəffaf olmalı, kimliyindən asılı olmayaraq təqsirkarlar layiqli cəzalarını almalıdırlar.
Azərbaycan torpaqlarımızı hərb yolu ilə işğaldan azad etmək qərarına gəldikdə (biz buna qəti olaraq inanırıq!) şimaldan və cənubdan kimlərlə həmsərhəd olduğumuzu da nəzərdən qaçırmamalıdır. Bu o qədər də asan məsələ olmasa da, mümkünsüz də deyildir. Xalqına güvənən dövlətimizin bunun öhdəsindən bacarıqla gələ biləcəyinə əminik.
İnanırıq ki, tezliklə işğala son qoyulacaq, Qarabağ bizimdir, bizim olacaq!
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Təbrizə də zərbələr endirildi
28 fevral 2026 16:11
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
