Mən erməni arvadımı üç rəngli bayraqla qorudum
Cəmiyyət27 iyun 2020 12:46
Tahir Tahiroviç
“Eyvandakı bayraq”
1988-ci il. Soyuq dekabr ayı. Şamil Mamedoviç yenicə raykom katibi təyin edilmişdi. Erməni məsələsi təzə başlamışdı. Otağındakı rəngli “Horizont” televizoru işə saldı. Mərkəzi televiziyanın efirində “İşdə məhəbbət macərası” filmi gedirdi. Biraz kövrəldi. Sevgi yadına düşməmişdi. Moskvada təhsil aldığı dönəmdə Eldar Ryazanov yalnız bir dəfə auditoriyada qonaqları olmuşdu. Dərindən ah çəkib pəncərəyə yaxınlaşdı. Ürəyində “Moskva.... Mincivan ” pıçıldadı. Fərqini anlayırdı. Amma və lakin məcbur idi.
Zəng gəldi. Telefonun o biri başında milis rəisi idi. Məlumat verdi ki, rayonda vəziyyət yaxşı deyil.
Şamil Mamedoviç dəstəyi yerinə qoydu. Xeyli bir nöqtəyə baxdı. Son zamanlar nədənsə Moskva tez-tez yadına düşürdü. Rudolf Qriqoryeviç Yanovskinin ona hədiyyə etdiyi büllur stəkanı əlinə alıb pəncərəyə doğru getdi. Həyətdə müxalifətçilər öz işlərində idi. Şüar yazırdılar: “İstefa!”
Şamil Mamedoviç yaxşı bilirdi ki, rayon əhalisi arasında həyat yoldaşı erməni olanlar çoxdur. Onları müdafiə etmək üçün bir şey fikirləşməli idi. Telefonu qaldırıb ikinci katib Pənah Rzayevi çağırdı. Rzayev təxmin etmişdi ki, katib həmin ailələrin siyahısını istəyəcək. Şamil müəllim siyahıya göz gəzdirdi. Çox tanınmış adamlar var idi.
Pənah Rzayev məlumat verdi ki, Hüseyn müəllimin də həyat yoldaşı ermənidir. Yazıq kişi Qafana gedib-gəlməkdən yorulub. Rayonda mitinq olan kimi arvadını maşına qoyub aparır qayınanasının yanına, mitinq bitən kimi də gətirir. Bu hesabla hər həftə ailəsini daşıyır ora-bura.
Şamil Mamedoviç gözü televizora sataşdı. Bu dəfə “Səhranın bəyaz günəşi” filmi efirdə idi. Suxovun taleyini özünə oxşatdı.
Çantasını götürüb nahar üçün evə getdi. Evə çatıb bir stəkan çay içib pəncərəyə yaxınlaşdı. Qarşıdakı binanın yuxarı mərtəbəsinin eyvanında üç rəngli Azərbaycan bayrağının dalğalandığını gördü. SSRİ vaxtı bunun yolverilməz olduğunu hiss edirdi. Yaxşı bilirdi ki, mərkəzdən tənqid gələcək. Milis rəisinə zəng vurmaq istədi. Bir anlığa dayandı. Bilirdi ki milis rəisi özünü göstərmək üçün həmin adamı həbs edəcək. Məsələnin sakit həlli üçün bayrağı asanın kim olduğunu bilməkdən ötrü özü şəxsən həyətə düşdü.
Yuxarı qalxdı. Qapının zəngini çalanda içəridən qorxu dolu ayaq səsləri gəldi. Sakit addımlar içəridən Elman müəllim açdı və Şamil müəllimi görüb duruxdu. Elman müəllim “Rayonun səsi” qəzetinin baş redaktoru idi. Şamil müəllim soruşdu:
- Ay Elman, o bayrağı niyə asmısan oradan? Bilmirsən ki, tuthatutdur?
- Şamil müəllim, xahiş edirəm o bayrağa dəyməyin. Mənim arvadım ermənidir, qorxuram. Mən bu bayraqla həyat yoldaşımı qoruyuram.
Şamil müəllim əlini cibinə qoyub raykoma kimi piyada getdi. Sevinirdi ki, Azərbaycan bayrağı kiminsə ailəsini qorumuşdu. Qəhər boğmuşdu onu. Otağına keçəndə gözləri yaşardı. Televizoru yandırdı. Bu dəfə isə onu yenidən kövrəldəcək ayrı bir film efirdə idi: “Moskva göz yaşlarına inanmır”.
Oxşar xəbərlər
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya