"Həmin uşaq bağçası Ramiz Mehdiyevin qızından alınmalıdir..."
İqtisadiyyat6 iyul 2020 12:32
”Bu yaxınlarda, adını çəkmək istəmirəm, hörmətli bir insanla söhbət edəndə belə bir fikir söylədi ki, Xaçmazda olan qanuni torpaqlarını Mehdiyevin kürəkəni, Xaçmazın keçmiş deputatı zorla onun əlindən alıb, özününküləşdirib, özəlləşdirib…”
Maksim Musayevi çox yaxşı tanıyıram. O, kifayət qədər ciddi, obyektiv, sözün düzünü deyən bir insandır. Uzun illər boyu-həm sovet dönəmində, həm də sonrakı illərdə Azərbaycan dövlətinin ayrı-ayrı qollarında rəhbər vəzifələrdə çalışıb, millət vəkili olub və onun söyləmiş olduğu fikirlərin hər biri özündə həqiqəti ifadə edir. Dedikləri, şübhəsiz ki, doğrudur.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı sabiq deputat Maksim Musayevin mətbuata son açıqlamasında Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev haqqında fikirlərinə, onun Xızıda uşaq baxçasını mənimsəməsinə münasibətini bildirərkən deyib.
“İndi siz təsəvvür edin ki, tamahın miqyası nə qədər genişdir. Dörd hektar bir sahədə böyük bir villa…Özü də özü tikməyib, onu heç şübhəsiz ki, icra başçısının yığmış olduğu rüşvətin və dövlətdən oğurladığı pulların hesabına tikdirdib, ancaq görünür, həmin villanın dörd hektarlıq sahəsi də buna kifayət etməyib. Gör nə qədər mənəvi cəhətdən aşağı olasan ki, uşaqların təhsil, tərbiyə aldığı bir müqəddəs yeri, mən belə deyərdim ki, ocağı öz ailə üzvlərinin birinə təqdim edəsən, onun mülkiyyətinə çevirəsən…Ona görə də mənə elə gəlir ki, Respublika Prokurorluğu bununla bağlı ciddi araşdırma aparmalıdır” - deyən millət vəkilinin sözlərinə görə, bu, birmənalıdır.
F. Ağamalı qeyd edib ki, bu qanunsuz əməli edənlər, bu cinayətə yol verənlər məsuliyyətə cəlb olunmalı və həmin uşaq bağçası da Mehdiyevin ailəsindən, qızından alınmalı və yenidən uşaqların ixtiyarına təqdim olunmalıdır.
“Bax bu olardı ədalətli bir yanaşma. Bax gör hələ bir fakt elə bu formada üzə çıxdı. Hər kəsə bəllidir ki, Ramiz Mehdiyevin təkcə Abşeronda min hektarlarla torpaq sahəsi var. Hətta bu yaxınlarda, adını çəkmək istəmirəm, hörmətli bir insanla söhbət edəndə belə bir fikir söylədi ki, Xaçmazda olan qanuni torpaqlarını Mehdiyevin kürəkəni, Xaçmazın keçmiş deputatı zorla onun əlindən alıb, özününküləşdirib, özəlləşdirib… Həmçinin, bu adamın Bankı var…Zülfüqarov qardaşları deyirdilər, ölkədə armatur istehsalı ilə məşğul olurdular, onların başına nə oyunlar gətirildi.
Onların hamısı müflisləşdirildi, həbsxanaya qədər onlar salındı, haqlarında ədalətsiz qərarlar qəbul edildi… Nə üçün? Çünki onlar alın tərləri ilə, əziyyətlə qazandıqları o sahəni kiməsə vermək istəmirdilər… İndi həmin müəssisə başqa müəssisələrlə birləşdirilib, Azərbaycanda artıq armatur və digər bu tip avadanlıqlar istehsal edən böyük bir zavoda cevrilib. Onlarla, yüzlərlə belə müəssisələr var ki, çox sahələrdə o monopoliya, imreriya yaratmışdı. İndi bilmirəm bu monopoliya, imperiya qalıb-qalmayıb, amma təsəvvür edin, bu adam həm də uşaq bağçasına göz tikibsə, baxın, görün ki, hansı mənəviyyatın daşıyıcısıdır…Mən heç nə demirəm, siz özünüz qiymət verin”-deyə, o, sözlərinə əlavə edib.
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Oxşar xəbərlər
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 2026 14:54
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
