“Surət Hüseynov QRU-nun adamı, Qraçovun agenti idi” - Rəsul Quliyev

Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynovun Meydan.TV-yə verdiyi son müsahibəsi ətrafında yaranan qalmaqal səngimək bilmir. AXC iqtidarının rəhbərliyi barəsində sensasion ittihamlar irəli sürən S.Hüseynov Amerikada yaşayan sabiq spiker Rəsul Quliyevi də “unutmayıb”.
Müsahibədə 1994-cü ildə parlamentdə R.Quliyevin sədrliyi ilə keçirilən iclasda Milli Qəhrəman adının alınması barədə deyilənlərlə razılaşmayan sabiq baş nazir bütün bunların sabiq spikerin oyunları olduğunu söyləyib: “Məndən heç kəs milli qəhrəmanlığımı almayıb. Milli Məclis başından yekə səhv edir. Bu, Rəsul Quliyevin oyunları, tamaşası idi. Onların bunu etmək üçün heç bir ixtiyarları yox idi. Konstitusiyada Milli Məclisə elə bir səlahiyyət verilməyib. Milli Qəhrəman adı o zaman götürülür ki, prezident məhkəməyə müraciət edir və məhkəmə də qərar qəbul edib, adı səndən alır. Bu hal isə məndə olmayıb”.
S.Hüseynovun dedikləri ilə bağlı “Yeni Müsavat”a danışan R.Quliyev ona ağır cavab verdi: “Surət Hüseynova nə qəhrəman adının verilməsindən, nə də polkovnik rütbəsi almasından xəbərim olub. Milli Qəhrəman adının Milli Məclisin iclasında alınması iddiası yadıma, ümumiyyətlə, gəlmir. Çünki məlum iclasda onun məsələsi heç bir əhəmiyyət kəsb etmirdi. Ümumiyyətlə, nə sovet vaxtı, nə də müstəqil Azərbaycanda orden, medal məni heç vaxt maraqlandırmayıb. Ona görə də heç bir orden, medalım yoxdur. Surət Hüseynovun Meydan.TV-yə verdiyi məlum müsahibə onun boş başının məhsuludur. Onun özü birbaşa Rusiya Federasiyasının, lap dəqiq desək, müdafiə naziri Qraçovun agenti idi. Surət Hüseynovu Moskvadan Baş Kəşfiyyat İdarəsi (QRU) idarə edirdi. Bunu rəhmətlik Əbülfəz Elçibəy hökuməti bilirdi və onu öz aləmlərində şirnikləndirmək üçün ona polkovnik rütbəsi verdilər, daha sonradan isə Milli Qəhrəman adına layiq gördülər. Bütün bunlara baxmayaraq, Surət Hüseynov şirniklənmədi, əksinə, 4 iyunda ağalarının əmrini yerinə yetirdi. Əmr isə belə idi: Elçibəy rejimini yıxmaq və Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirmək. Sözsüz, plan və proqramı birbaşa QRU hazırlamışdı. Ancaq onlar bu hökumətin bu səviyyədə zəif olduğuna, xalqın dəstəyini itirməsinə inanmırdılar. Bir sözlə, Rusiya Mütəllibova Gəncəyə getmək və çevrilişə rəhbərlik edib prezidentliyini bərpa etmək təklifini etdi. Hətta təyyarə belə hazır dayanmışdı. Ancaq təbiətcə qorxaq olan Mütəllibov ”Hüseynov Bakıya gedib onları qovsun, sonra məni çağırsın" dedi. Bir sözlə, Surət Hüseynov gəldi, baş nazir oldu. Ruslar Mütəllibova qorxaqlığını bağışlamadılar və prezident Heydər Əliyevlə hesablaşmağa məcbur qaldılar. Əsas məsələ neft kontraktları idi. Rusiya bu kontraktlardan böyük pay götürmək istəyirdi. Bu kontraktlarda Rusiyanın rolu nədən ibarət olmalıdır mövzusunda mərhum prezident Heydər Əliyevlə mənim düşüncələrim üst-üstə düşürdü. Qısası, neft kontraktlarında Rusiya pay ala bilmədi. Bu səbəbdən də Rusiya Surət Hüseynova yenidən iğtişaş salıb, çevriliş etmək tapşırığını verdi. Bu prosesə Cavadovlar da qoşuldu. Xüsusilə Heydər Əliyevin Bakıda olmamasından da istifadə edib bir neçə tanınmış şəxsləri qətlə yetirməklə iğtişaş salmaq istədilər. Prezident ölkədə olmadığından parlament sədri (ölkənin ikinci şəxsi) və ölkəyə cavabdeh qalmış səlahiyyətli kimi mən çox operativ tədbirlər gördüm. Televiziyaların, hökumət idarələrinin hamısını silahlı qüvvələrlə nəzarətə götürdüm. Bir sözlə, Surət Hüseynovun vəzifədən çıxarılması məsələsi aktuallaşdı. Atılmış bütün qanunazidd əməlləri ifşa edildi".
R.Quliyev Milli Məclisin tarixi iclasından da danışdı: “Surət Hüseynov Milli Məclisə gəldi. Ona axıra qədər sözünü deməsinə şərait yaradılmasını tələb etdi. Televiziyada birbaşa canlı yayım istədi. Hər iki tələbin yerinə yetiriləcəyi barədə ona söz verdim. Yeganə olaraq televiziyada iclas qurtarandan sonra olduğu kimi veriləcəyini dedim. Bir sözlə, iclas başladı. Surət Hüseynov primitiv ağlının məhsulu olan çıxışını etdi. Belə bir ağıl sahibinin 1 il baş nazir olması və Rusiya kimi bir dövlətin bu ağıl sahibinə ”stavka" etməsi məndə çox böyük təəccüb doğururdu. Hüseynov çıxışını bitirdikdən sonra deputatlara söz verdim. Çox təəssüf edirəm ki, heç kim danışmaq istəmirdi. Çox ehtimal hamı ehtiyat edirdi. Mən çıxış etdim. Onun bir ildə buraxdığı səhvləri, törətdiyi qanunsuz əməlləri bir-bir söylədim, səsə qoydum və vəzifədən azad edildi. Heç bir Milli Qəhrəman mövzusu ortaya çıxmadı və çıxa da bilməzdi. Milli Məclisin növbədənkənar toplantısından sonra onun qolundan tutub kabinetimə qaldırdım. O yazıq-yazıq mənə “indi mən nə edim?” deyə sual etdi. Mən də “get prezidentin qəbuluna, xahiş et, səni bağışlayıb, bir iş versin” dedim və Heydər Əliyevə zəng edib onu qəbul etməsini xahiş etdim. Bütün bunlar bir tarixdir. Vətəninə, millətinə və dövlətinə Rusiyanın və birbaşa QRU-nun tapşırıqları ilə xəyanət etmiş birisi abırına bükülüb sussa, daha yaxşı olar, təbii ki, abrı varsa... Bəlkə də köhnə sahiblərindən yeni aldığı sifarişlər mövcuddur. Hər halda, bir xalq olaraq ayıq-sayıq olmaq zamanıdır".
“Yeni Müsavat”
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 2025 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 2025 13:11
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 2025 10:16
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 2025 22:09
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 2025 09:47
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 2025 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56