“Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS
“Bunu hazırlayanlar vəzifədə olan, olmayan, erməniləri dəstəkləyən iki dövlətlə bağlı adamlardır...” Azərbaycanda son 20-30 ildə baş verənləri və bu günkü gerçəkliyi, korrupsiyanın, məmur özbaşınalığının baş alıb getməsini, iqtisadiyyatın, elmin, təhsilin, səhiyyənin və s. əsl durumunu, üstəlik, Qarabağın - hüquqi-tarixi torpaqlarımızın 20 faizinin 3 onillik ərzində işğal altında qalmasını və s. ortalığa qoyanda ölkədə gedən proseslərdə dəqiq ssenari əsasında işləyən nəhəng bir düşmən “maşası”nın olması nəticəsinə gəlinir...
Mövzu ilə bağlı söhbət etdiyimiz politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında Azərbaycana qarşı 2020-ci ilin sonunda artıq reallaşa biləcək dəhşətli bir ssenari hazırlandığını iddia edib. “Son olaylar bir daha göstərməkdədir ki, ölkənin şəbəkələşmiş korrupsiya sisteminə xidmət edənlər üçün artıq müqəddəs heç nə qalmayıb. Azərbaycana qarşı çox dəhşətli bir ssenari, provakasiya hazırlanır... Həmin ssenari Azərbaycan dövlətinin mövcudluğu belə, artıq sual altına qoyur. Bunu hazırlayan və həyata keçirməli olanlar hazırda vəzifədə olan və sabiq kürsü sahibləri arasında bilavasitə Ermənistan və onu dəstəkləyən iki dövlətlə bağlı olan adamlardır. Həmin ssenari başlanandan sonra onun altından çıxa bilməyəcəyik.... Hazırda bununla bağlı yalnız bir neçə ümumi detalı açıqlaya bilərəm. Çünki hələ araşdırmalarım sona yetməyib....Yaxın 10-15 gündə, inşallah, hər şeyi açıqlaya biləcəm. Bu ssenari Azərbaycan dövlətinin bütün strukturlarını təhlükə altında qoyur. Bu adamlar Azərbaycan türklərinə qarşı o qədər nifrət bəsləyirlər ki... Heç mən belə bilməzdim... Həmin ssenariyə əsasən bunlar ilk növbədə tariximizi saxtalaşdırıblar. Heydər Əliyev tarixdən silinməlidir, Əbülfəz Elçibəy silinir... Bunları mən tam məsuliyyətimlə deyirəm... Aydın olur ki, YAP-ın Heydər Əliyev sevgisi tamamilə saxtadır... Çünki bunlar tamamilə başqa işlərlə məşğuldurlar... Heydər Əliyevin bütün fəaliyyətinin üzərindən bir qara xətt çəkilir... Həmin təxribatçı məmurları və keçmiş vəzifə adamlarını araşdırdım, onların arasında bir nəfər də olsun, türk yoxdur. Hamısı Haykanuşun uşaqlarıdır, onların kürəkənləridir. Bunlar on illər boyu elə dəqiq proqram işləyiblər ki... Digər orta və yuxarı çinli məmurlarımızın başı da o dərəcədə rüşvətə, korrupsiyaya qarışıb ki, öz oturduqları budaqları başlayıblar kəsməyə - xəbərləri yoxdur... Hətta hakim partiya olan YAP-ın özünü də pis günə qoyublar...Hər halda bundan Prezidentin xəbəri yoxdur...”- deyə politoloq bildirib. Həmsöhbətimiz bu günkü təxribatların ermənilərin hələ sovet dövründə Azərbaycandan apardıqları çoxsaylı məxfi və açıq sənədlər əsasında qurulduğunu söyləyib: “Bu ssenarinin mahiyyətini bir balaca açıqlamaq üçün bir tarixi paralel aparmaq istəyirəm. 1965-ci ildə SSRİ Ali Sovetinin sədri olan Anastas Mikoyan Bakıya gəlir. Həmin vaxt Azərbaycanın 1-c katibi işləyən Vəli Axundov isə İrəvanda mikrobiologiya üzrə doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşırdı. Elmi Şura İrəvanda yerləşirdi, yəni ermənilərdən asılı idi. Odur ki, V.Axundov göstəriş verir ki, Mikoyan Bakıda hansı tarixi sənədləri istəyirsə, hamısı ona verilsin. Guya ki, bunlar Güney Qafqaz respublikalarında sovet hakimiyyətinin qurulmasının 45 illiyi ilə bağlı nəsə geniş tədbir hazırlayırlar. Bu minvalla bizimkilərin çoxu Mikoyanın dəstəsinin Azərbaycanda hansı fitnəkarlıqla məşğul olması ilə maraqlanmır. Buna diqqət edən, duyuq düşən bir neçə nəfəri isə aradan götürürlər. Beləliklə, ermənilər Bakıdan Xalq Cümhuriyyəti ilə, ermənilərin Şamaxıda, Qarabağda, Zəngəzurda, İrəvanda törətdiyi qırğınlarla bağlı ən vacib sənədlərin əsillərini çıxarırlar. Bundan əlavə, XX əsrin əvvəlində nəinki Azərbaycanda, Türkiyədəki Çanaqqala, Sarıkamış və xarici düşmənlərə və ermənilərin özlərinə qarşı digər məşhur döyüşlərə qatılmış azərbaycanlıların siyahısını və sənədlərini çıxarılar ki, tədricən onların nəsillərini məhv etsinlər. Bizimkilər çox gec ayıldılar... Və hazırda Xalq Cümhuriyyəti ilə bağlı olan ən vacib sənədlər əlimizdə yoxdur.... Məsələn, İrəvanın verilməsi, bilirsiz ki, qeyri-qanuni olub. Yəni orada 28 yox, 16 nəfər olduğundan kvorum alınmayıb. Buna rəğmən İrəvan verilib. Həmin protokolların hamısını Mikoyan aparıb. Ümumiyyətlə, 1965-ci ildə ermənilər Azərbaycandan 4 çemodan məxfi və vacib sənəd aparıblar. Və ondan sonra arxayın başlayıblar gələcək üçün - Qarabağın işğalı və bu gün üçün proqramlar qurmağa. İndi də Mikoyanın mənəvi-ideoloji davamçıları Bakıda rahatca əyləşib zərgər dəqiqliyi ilə o planları həyata keçirməyə hazırlaşırlar...” “Hazırda da kim Qarabağda erməniyə güllə atıb, kim ermənilərlə bağlı elmi tədqiqat işi aparıb, kim onların əleyhinə fikirlər söyləyib, kimin qanında türkçülük, millilik var, hamısının dəqiq sıyahısını çıxarıb düşmənlərimiz. Və həmin siyahıya uyğun olaraq o adamlar 25 ildir vəzifə-filan görümürlər, görməyəcəklər də... Mən özüm də bunları bilmirdim, tamamilə təsadüfən bu ssenarinin izinə düşdüm. Tamam kənardan –Rusiyadan bu haqda mənə məlumat göndərdilər. Bundan sonra o qədər dəhşətə gəlmişəm ki... Yəni biz bu qədər koruq?!. Bizə elə bir oyun qurulub ki, bilmirəm, biz millət, xalq olaraq onun altından necə çıxacağıq. Biz birləşməsək, bizi bitirəcəklər... Dediyim kimi, bizim bir dövlət olmağımız artıq sual altındadır. Bəhs etdiyim ssenari, proqram gerçəkləşsə, Azərbaycanı 3 dövlət arasında böləcəklər. Bunu mən tam məsuliyyətimlə deyirəm... Kürün sağ sahili boyu şimala tərəfki ərazilərimizin hamısı Rusiyaya birləşir, Kürlə Arazın arası İrana, qalan ərazilər də Qarabağ da daxil olmaqla Ermənistana qatılır. Bizim başımız pul yığmağa, eyş-işrətə və var-dövlət, vəzifə üstdə bir-birimizi didməyə qarışdığı son 20-25 ildə bu 3 dövlət Vətənimizə qarşı çox dəhşətli ssenari hazırlayıb. İndi də pandemiya bir tərəfdən düşmənlərin işlərini rahat görməsinə şərait yaradır. Və belə davam etsə, ilin axırında bu “yatmağımız”ın, “şirin yuxularımız”ın acı bəhrələrini yaşayacağıq. Amma inşallah, avqustda həmin ssenarinin detalları və iştirakçılarının adlarını cəmi 1 saatlıq efirdə sənədlərlə ortalığa qoya bilsək, dövlətimizin müvafiq qurumlarının tədbirləri sayəsində onların planları alt-üst olacaq...” -deyə Cümşüd Nuriyev gələcəyə ümidini ifadə edib. Sultan Laçın
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Hörmüz tamamilə bağlandı
27 mart 2026 20:31
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
