Ayaz Mütəllibov müraciət yaydı
Müsahibə17 iyul 2020 11:15
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov son günlər Ermənistan hərbi birləşmələrinin dövlət sərhəddimizdə növbəti genişmiqyaslı hücum cəhdindən sonra yaranmış gərgin situasiya ilə bağlı xalqa, siyasi qüvvələrə müraciət edib.
Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:
"Vətənimiz, xalqımız növbəti dəfə ağır bir sınaq, imtahan qarşısındadır. Bir tərəfdən pandemiya - xəstəlik elan olunmamış "müharibə”ni davam etdırir və bunun törətdiyi fəsadlar olduqca ağırdır: istər insan təlafatı, istərsə də iqtisadi zərərləri göz qabagındadır. Digər tərəfdən isə ermənilərin son xain hucumları əsgər balalarımızın, hətta general, polkovnik və mayorlarımızın şəhid olmasına, gərginliyin daha da artmasına gətirib çıxardıb.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman general, zabit və əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlıği verir, "Allah rəhmət eləsin!”, "Vətən sağ olsun!” deyirəm.
Xalqın səbr kasası haqlı olaraq daşıb... Axı nə qədər gözləmək olar? Nə qədər bu təcavüzkar Ermənistanın nazı ilə oynamaq olar?..
Axıdılan qanlara, nahaq qurbanlara görə bütün məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür. Erməni siyasətbazları bu vəziyyətdə belə, yenə də öz riyakarlıqlarından əl çəkmirlər. Bütün dünya Azərbaycanın haqq tərəf olduğunu çox gözəl bilir və beynəlxalq hüquq, qanunlar bizim tərəfimizdədir. Amma 30 ilə yaxındı, biz zülm altındayıq, ərazilərimiz işğal olunub. Belə bir vəziyyətdə isə bir sıra təşkilat və dövlətlər bizdən güzəşt tələb edirlər - böyük haqqsızlıqdır. Təcavüzkar tərəf Ermənistandı və onlar dərhal torpaqlarını azad edib öz ərazilərinə çəkilməli və soydaşlarımız öz dədə-baba yurdlarına sahib çıxmalıdır. Çünki xalqımız bu işğalla heç zaman barışmayıb və barışmayacaq da...
Söylədiyim bu fikirləri ölkə rəhbəri olduğum zaman bütün beynəlxalq görüşlərdə vurğulamışdım. Bütün ölkə rəhbərlərini, super dövlətləri Azərbaycan xalqının öz torpaqlarını heç zaman heç kimə güzəşt etməyəcəyi barədə xəbərdar etmişdim. Bu qün qeyrətli gənclərimiz öz əməlləri ilə xalqımızın bu əzmini sübut edirlər...
Son hadisələrə gəldikdə isə onu deyə bilərəm ki, bir nəfər kimi hamı siyasi baxışından, əqidəsindən asılı olmayaraq dövlətin ətrafında sıx birləşməlidir. Düşmən tərəf ilk növbədə bizim milli birliyimizi pozmağa çalışaraq aramıza təxribat, düşmənçilik toxumu səpməyə cəhd edir...
1991-1992-ci illərin hadisələrini yada salsaq, kifayət edər... O zaman da Prezident kimi mən nə qədər çalışsam da, müxalif qüvvələri dəfələrlə müstəqilliyimiz, ərazi bütövlüyümüz naminə dialoqa dəvət etsəm də və bu istiqamətdə konkret addımlar atsam da, faydası olmadı. Hakimiyyətə müxalifyönlü bəzi şəxslər və qruplar xarici mərkəzlərin sifarişi ilə bütün nifrəti erməni təcavüzkarlarının üzərinə yox, Prezidentin hakimiyyətinə doğru yönəltdilər. Halbuki, dövlətin, xalqın, ərazimizin müdafiəsində birbaşa məsuliyyət mənim üzərimdə idi . Qəsbkar qonşularımıza qarşı birgə mübarizə əvəzinə, hakimiyyətlə, Prezidentlə mübarizəni üstün tutub dövləti iflic vəziyyətinə saldılar. Nəticədə xalqla rəhbərlik arasında dərin uçurum yarandı, düşmənə qarşı müqavimətimiz zəiflədi ki, bu da torpaqlarımızın işğalına yol açdı. Bu faktı yanız indi o vaxtkı siyasətçilərin böyük əksəriyyəti qəbul edir. Uzun illər biz o illərin "demokrat” adlanan müxalif qüvvələrinin xain əməllərinin əziyyətini çəkdik və hələ çəkməkdə davam edirik...
Amma bu gün vəziyyət tamam fərqlidir. Məndə olan məlumata qörə, əksər siyasi qüvvələr bu çətin, həssas qünlərdə dövlətin və Prezidentin yanında olduqlarını dilə gətiriblər. Alqışlanmağa layiq bir haldı. Həqiqətən də övladlarımızı itirdiyimiz, şəhid verdiyimiz bir vaxtda öz ambisiyalarını güdmək, bu çətin şəraitdən istifadə etmək Xalqa, Dövlətə qarşı xəyanətdən başqa bir şey deyildir. Öncə dediyim kimi, zamanında mən bu xəyanətlə ağır bir formada üzləşdim. İmkan vermək lazımdı ki, dövlət bütün fikrini, gücünü və potensialını düşmənlə, təcavüzkarla mübarizəyə yönəltsin. Təxribatlar törətməklə, xalqın içində çaxnaşma, panika yaratmaqla düşmənin dəyirmanına su tökmək Vətənə xəyanət kimi qiymətləndirilməlidir!..
Bu gün bizim şox güclü, professional, hazırlıqlı ordumumuz var. Bütün lazımi texnika və silahlarla təhciz olunmuşuq, bir vaxlar biz yalnız bunu arzu edə bilərdik. Tam əminliklə demək olar ki, ordumuz torpaqlarımızı qeri qaytarmağa, bütün ərazimizdə suverenliyimizi bərpa etməyə qadirdir. Üstəgəl dövlət başçısı Prezident İlham Əliyev də bu istiqamətdə qətiyyət nümayiş etdirir. Onun son çıxışlarını izlədikdə bunun şahidi oluruq. Gəlin hamımız bir xalq olaraq dövlətimizin, ordumuzun yanında olaq . Və yalnız sözlə, şüarlarla kifayətlənməyək. Faktiki əməllərimizlə bunun belə olduğunu sübut edək.
Mən də bir eks-prezident, keçmiş dövlət başçısı kimi bir daha bütün xalqı həyati vacib məsələdə dövlətimizə, ordumuza dəstək verməyə, arxa olmağa çağırır, təxribatlara uymamağa, nizam-intizamlı olmağa, ən əsası, olduqca ayıq-sayıq olmağa çağırıram. Sevinirəm ki, bu qünlərdə minlərlə Azərbaycan gənci öz vətənini qorumaq əzmini nümayiş etdirərək könüllü olaraq vahid düşmənimizə qarşı döyüşlərə atılmaq üçün müraciətlər edirlər. Bu artıq bizim qələbəmizdir. Allah bu müqəddəs, haqq mübarizədə Vətənimizi, Dövlətimizi, ordumuzu qorusun və bizi tezliklə Qarabağda qələbəyə nail etsin!..”
Oxşar xəbərlər
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 2024 20:48
- Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
16 mart 2024 22:24
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- İlham Əliyev bu hərbçiləri təltif etdi - SİYAHI
11 mart 2024 13:08
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Son 100 ildə Azərbaycanın Baş Naziri olmuş şəxslər - SİYAHI
16 fevral 2024 14:53
- Araik 7 fevral prezident seçkilərində iştirak üçün müraciət edib- ŞOK
3 fevral 2024 17:08
- Milli Məclis Fransa ilə bağlı bəyanat yaydı
3 fevral 2024 17:00
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya