Yeni nazirin qaynı XİN-də qaydanı pozdu - FOTO
Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən XİN kollektivinə təqdim edildiyi görüşdə Ceyhun Bayramovun qohumu karantin rejiminin qaydalarını pozub.
BAXAR.AZ xəbər verir ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Görüşdə Ceyhun Bayramovun qaynı, Azərbaycan Xarici İşlər Naziirliyinin (XİN) Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İskəndərov tibbi maskadan istifadə etmir.
Ölkə başçısı İlham Əliyev bir neçə dəfə qapalı məkanlarda tibbi maskadan istifadənin vacibliyini desə də, Elşad İskəndərov nəinki özünün, ətrafında olan vəzifəli şəxslərin də həyatını riskə ataraq tibbi maskadan istifadə etmədiyi görünür.
Görüntülər Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində yayımlanıb:
Elşad İskəndərov Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədridir. 2014-cü il may ayının 3-də musavat.com jurnalist Eynulla Fətullayevin yazısını dərc edib. Yazıda qeyd olunur:
“Eynulla Fətullayev rəhbəri olduğu saytlarda geniş yazılar dərc etmişdi.
“Ərdoğanın məxfi siyahısındakı ikinci adam - Elşad İsgəndərov”başlıqlı yazıda iddia edilirdi ki, E. İsgəndərov nurçulara 2000-ci ildə - Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyəndən qoşulub. Atasının Ayaz Mütəllibov dövründə DTK-nın təsərrüfat idarəsinin rəisi (polkovnik Hüseyn İsgəndərov) işlədiyini yada salan müəllif Dini Komitənin sabiq sədrinin də hələ gənc yaşlarından Azərbaycan KQB-sində işlədiyini qeyd etmişdi. Yazıda o da bildirilirdi ki, E.İsgəndərovun atası Hacı Hüseyn Ayaz Mütəllibovun vaxtında formalaşan şamaxılılar klanının rəhbərlərindən biri olub. “
Elşad İskəndərov komitənin sədri vəzifəsindən çıxarılandan sonra azadlıq.info-ya “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verir:
“Elxan Şahinoğlu: «Yeni vəzifədən çıxarılmaların, istefaların şahidi olacağıq»
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Isgəndərov tutduğu vəzifədən azad olunub. Xatırladaq ki, Elşad Isgəndərovun adı Nurçularla əlaqədə hallanırdı. Hətta belə iddialar var idi ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Ilham Əliyevə təqdim etdiyi siyahıda Isgəndərovun adı ikinci olub. Bu baxımdan onun işdən çıxarılması məhz “Nurçu məsələsi”lə əlaqələndirilir.”
Avropa.info 2019-cu ilin 20 fevralında yazır ki, “Türk mətbuatı : Səfir Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu”:
“Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub. Avropa.info xəbər verir ki, bu barədə məlumatı Türkyə mətbuatı yayıb. Məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bu ilin yanvarın 15-də keçirilən toplantısında Türkiyə ilə Azərbaycan arasındakı dostluğa "kölgə düşürməyə" çalışan azərbaycanlı səfirin Türkiyəyə səyahət etməsi qadağan olunub. Toplantı zamanı Körfəz ölkələrindən birinin səfiri söz alaraq, "Azərbaycan Xarici İşlər Nazirliyindən bir rəsmi şəxsin Bakıdakı səfirliklərinə gələrək, Türkiyənin onlara tələ qurduğunu" söyləyərək, izahat istəyib. Səfirin bu sözlərindən sonra Azərbaycanın İƏT-dəki səfiri Şahin Abdullayev açıqlama verərək, duruma aydınlıq gətirib. Açıqlamadan sonra araşdırma aparan Azərbaycan tərəfi "bu məsələyə Xarici İşlər Nazirliyinin verdiyi yanlış məlumatlar səbəbindən gəldiyini və bu çıxışın geri qaytarıldığını" bildirib. Aparılan araşdırmalardan sonra Azərbaycanın adından xarici ölkə səfirliyinə yanlış məlumat verən şəxsin səfir Elşad İskəndərov olduğunun ortaya çıxmasının ardından onun Türkiyəyə daxil olmasına qadağa qoyulub. Elşad İsgəndərov Azərbaycanın Dini məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir vəzifəsinə keçirilib. Elşad İsgəndərovun adı Fətullah Gülənin şəbəkəsi ilə bağlı dəfələrlə hallanıb və onun Dini qurumlar üzrə Dövlət Komitəsinin rəhbərliyindən də bu səbəblə uzaqlaşdırıldığı bildirilib. Qeyd edək ki, Türkiyədə FETÖ terror təşkilatı olaraq tanınır. “
Dərc olunan məqalədə adı keçən bütün tərəflərində mövqeyini işıqlanırmağa hazırıq.
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10