Mehriban Əliyeva xalqa müraciət etdi: "Bizə zəfər lazımdır"
Cəmiyyət21 iyul 2020 10:34
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.
Qaynarinfo müraciətin mətnini təqdim edir.
"Hörmətli həmvətənlər!
Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun.
Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi.
Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir.
Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram.
Əziz qardaşlar və bacılar!
Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.
Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən "feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili "cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.
Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək "müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.
Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır.
Fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür edirəm.
Amma başqa misallar da var. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək "darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan?
Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir.
Əziz dostlar!
Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.
Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!
Sevgilərlə,
Sizin MEHRİBAN”.
Oxşar xəbərlər
- Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı
1 noyabr 2025 20:30
- TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın rəyini nəzərə alacaqdır...
1 noyabr 2025 13:00
- SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
1 noyabr 2025 10:05
- Kəklikotunun möcüzəvi faydaları
1 noyabr 2025 09:44
- Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
31 oktyabr 2025 12:29
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
31 oktyabr 2025 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
31 oktyabr 2025 11:07
- Ramiz Mehdiyevin -barmağı- ilə azadlıq: 8 milyonluq dələduzluq -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu
31 oktyabr 2025 00:39
- NAR-ın Çoox Şanslı lotereyasının ilk avtomobil qalibi sükan arxasında
30 oktyabr 2025 11:26
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO)
29 oktyabr 2025 23:20
Xəbər lenti
- Nar şirəsi necə saxlanmalıdır?
03 noyabr 10:36
- Polkovnik işdən azad olundu
03 noyabr 10:22
- Peyk ötürücü taxılan türk ŞAHİNİ 103 min kilometr UÇUB və 28 ölkəni gəzib FOTO
03 noyabr 01:01
- HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video
02 noyabr 23:14
- ÖMÜRLÜK SİQARET QADAĞASI tətbiq olundu
02 noyabr 22:49
- Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI
02 noyabr 21:53
- Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər?
02 noyabr 14:44
- Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR
02 noyabr 12:15
- İçərişəhərdə Zeytun Festivalı davam edir (FOTO)
02 noyabr 12:10
- Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK KRALİÇASI
02 noyabr 11:49
- Daha bir icra hakimiyyətində əməliyyat - H Ə B S
02 noyabr 02:21
- Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
02 noyabr 02:08
- Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto
01 noyabr 21:10
- Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı
01 noyabr 20:30
- Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
01 noyabr 13:26
- TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın rəyini nəzərə alacaqdır...
01 noyabr 12:56
- İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib
01 noyabr 11:24
- Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT
01 noyabr 11:17
- SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
01 noyabr 10:05
- Kəklikotunun möcüzəvi faydaları
01 noyabr 09:44
- Ramiz Mehdiyevin gəlini Nigarın ATASI KİMDİR ?
01 noyabr 02:38
- Rüşvət alan MEŞƏBƏYİ həbs olundu
01 noyabr 02:24
- Azərbaycanda İLK - MEYİT-dən 19 yaşlı gəncə ÜRƏK KÖÇÜRÜLDÜ
31 oktyabr 23:51
- Xalq artisti xəstəxanaya yerləşdirildi
31 oktyabr 22:45
- Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
31 oktyabr 12:29
- Elm və Təhsil Nazirliyində yoxlamalar başladı
31 oktyabr 11:46
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
31 oktyabr 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
31 oktyabr 11:07
- Ramiz Mehdiyevin -barmağı- ilə azadlıq: 8 milyonluq dələduzluq -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu
31 oktyabr 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı
30 oktyabr 23:58
Video & Fotoqalereya
Video
Fotoqalereya
