Tarixçi alimdən millət vəkilinə tarix dərsi: "Səfəviləri nə əsasla İran dövləti adlandırırsınız?"
Mədəniyyət23 iyul 2020 14:03
"Şah İsmayıl və Sultan Səlim məsələsini gündəmə gətirənlər türk dünyasının əleyhinə işləyənlərdir. Əslində onların əsas məqsədi sünni-şiə məsələsini gündəmə gətirmək, qabartmaqdır, iki dövlət arasındakı münasibətləri pozmaq, gərgin vəziyyətdə saxlamaq, ictimai rəyi bu münasibətlər üzərində qurmağa xidmət edir".
Qaynarinfo xəbər verir ki, bunu tarixçi alim Dilavər Əzimli millət vəkili Fazil Mustafanın açıqlamalarına münasibət bildirərkən deyib və deputatın fikirlərini kəskin tənqid edib:
"Bu adamlara bir daha bəyan edirəm ki, dünya tarixşünaslığı birmənalı şəkildə Səfəvi dövlətinin türk dövləti olduğunu ortaya qoyub. Dünya tarixşünaslığı onu yaradanların türk sərkərdələri, bu dövlətin isə türk dövləti olduğunu təsdiq edir. Dövlətin başında duranlar isə sülalələrdir. Əfşar sülaləsi, Səfəvilər sülaləsi və sair”.
Tarixçi alim İran dövlətinin belə farslara aid olmadığını iddia edərək, F. Mustafanın fikirlərini əsassız adlandırıb:
"Osmanlı bir dövlət idi, Səfəvi də ayrı bir dövlət idi. Hər ikisinin öz ərazisi var idi, hər ikisinin dövlətçiliyi möhkəm idi. Səfəviləri nə əsasla İran dövləti adlandırırsınız? İran məgər fars dövləti olub? İran adlanan kəlmənin heç farsa aidiyyəti yoxdur. O sonradan ortaya çıxmış bir dövlət adıdır. Əvvəllər ərazi adı ilə adlandırırdılar. Fars hara, İran hara? O yerin adını Persiya kimi yazırdılar. İngilislər oraya ”Persiya" yazmaqla bütün bu ərazilərin farslara məxsus olduğunu bildirmək istəyirdilər. İndi ingilis tarixşünaslığı özü geri çəkilib. İndi deyirlər ki, bu dövlətlər türk dövlətləri olub. Əgər sizin əsaslı bir iddialarınız yoxdursa, niyə Osmanlı-Səfəvi münasibətlərindən yapışırsınız? Bir az irəli gedin, Əmir Teymurla İldırım Bəyazidin münasibətlərindən danışın, Ağqoyunlu hökmdarları ilə Osmanlı sultanlarının münasibətlərindən danışın".
Dilavər Əzimlinin sözlərinə görə, Səfəvilər həmin dövrdə Osmanlının qarşısında dura bilən, Sultan Süleymana diz çökməyən yeganə dövlət olub:
"Səfəvilər qüdrətli bir dövlət idi, o qədər qüdrətli idi ki, dünyanı fəth edən Sultan Süleyman burada dəfələrlə məğlub oldu. Bu, elə-belə nailiyyət deyildi. Səfəvilərin güclü türk ordusu var idi. Çaldıran döyüşündən sonra bu ərazilərdə nələr baş verdi? Şah Abbas həmin əraziləri geri qaytardı. Ondan sonra hakimiyyətə gələn Nadir Şah Əfşar də həmin dövlətə rəhbərlik edirdi, dövlət eyni idi, sadəcə, sülalə dəyişdi. Nə üçün Nadir Şah Əfşardan danışmırsan? Niyə demirsən ki, o, dünyanı fəth elədi, ancaq Osmanlı ilə münasibətləri qorudu. Hətta təklif edirdi ki, eyni təriqəti, cəfəri təriqətini qəbul edək. Mən yüzlərlə tarixçi sadalayaram ki, Səfəvilər dövlətinin türk dövləti olduğunu yazırlar. Siz niyə bunun əksini deyirsiniz, bu qədər bəsitlik olarmı?
Bunu deyənlər hansı ideyaya xidmət edir, o bizə bəllidir".
Qeyd edək ki, deputat Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında mübahisə doğuracaq fikirlər səsləndirib. Deputat qeyd edib ki, Səfəvi milli dövlət deyil və onu nümunə götürmək mənasızdır: "Azərbaycanda yanlış təfəkkür var ki, guya bu dəyərlər bizə imperiya yaradıb, böyük dövlət qurub. Bunlar hamısı boş, əsassız fikirlərdir. Xətainin qoyub getdiyi dəyər, tutduğu ərazilər İranın işinə yarayan bir bazadır. Səfəvi ideologiyası həm İslamın parçalanmasına, həm də Azərbaycanda irançı düşüncələrin formalaşmasına səbəb olub. Xətainin düşüncəsi ilə hərəkət etsək, Türkiyə başda olmaqla, çevrəmizdəki türk arealı ilə düşmən olmalıyıq. Səfəvi milli dövlət deyil. Bu baxımdan, bunu ideallaşdırmağın mənası yoxdur”.
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Dünya ordularının reytinq sıralaması
22 mart 2024 23:02
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya