Ağciyər Xəstəlikləri İnstitutunun həkimi fəryad edir: - “Direktor xəstəxanada erməni siyasəti yürüdür”
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Səbinə Məmmədova xəstəxananın direktoru Həqiqət Qədirova tərəfindən illərdir mənəvi terrora məruz qaldığını iddia edir. Dominant.az-a müraciət edən S.Məmmədova H.Qədirovanın əlindən, sözün əsl mənasında, fəryad qoparıb.
S.Məmmədova əvvəlcə özü və həkimlik kariyerası barədə qısa məlumat verib: “1998-ci ildə Azərbaycan Tibb Universitetini əla qiymətlərlə bitirdiyimə görə Səhiyyə Nazirliyinin təyinatı ilə o vaxtki Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutunun uşaq pulmonologiya şöbəsinə pediatr kimi təyinat aldım. Oradan bizi Moskvaya təkmilləşdirməyə göndərdilər, elmi iş müdafiə etdim. 1999-cu ildə xəstəxana Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu kimi fəaliyyətə başladı və o vaxt möhtərəm Prezidentimiz Heydər Əliyevin iştirakı ilə açılışı oldu. Mən orada gənc mütəxəssis kimi çıxış etdim və gənclərin adından Heydər Əliyevə söz verdim ki, peşə fəaliyyətimizi layiqincə davam etdirəcəyik və sizin etimadınızı doğruldacağıq. Açılışdan sonra xəstəxanaya xeyli cavan kadr cəlb olundu, gənclər əvvəlki illərə nisbətən vərəmli xəstələrlə işləməyə böyük ruh yüksəkliyi ilə gəldilər. Bizi mütəxəssis kimi yetişdirdilər, 2001-ci ildə mən uşaq-vərəm şöbəsinə müdir təyin olundum və bütün enerjimi, gəncliyimi sərf edərək şöbədə işi tam qurdum. 2003-cü ildə tibb elmləri namizədi adını aldım. O vaxtdan 2017-ci ilin mart ayına qədər hər şey qaydasında gedirdi, fəaliyyətimdə heç bir qüsur yox idi, öz şəxsi vəsaitim hesabına uşaq şöbəsini ən nümunəvi şöbəyə çevirməyi bacarmışdım. Həmçinin ailəmin maddi dəstəyi ilə 25 çarpayılıq 12 palatalıq şöbəni tam təmir belə etdirmişdim”.
Həkim iddia edib ki, 2017-ci ildə Həqiqət Qədirova Ağ Ciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunandan sonra ona qarşı bir sıra qadağalar tətbiq etməyə başlayıb: “Xəstələrə vitamin yazmağımı belə, qadağan edirdi. Mən mütəxəssis olaraq öz təkliflərimi irəli sürsəm də, ixtisasca mikrobioloq olan Həqiqət Qədirova qadağalarından vaz keçmirdi, mübahisələrimiz düşürdü. Buna görə də direktor kimi səlahiyyətlərini aşaraq məni, sözün əsl mənasında, gözümçıxdıya salmağa başladı, hər iclaslardan sonra töhmətlər verdi. Nəticədə də 3 ayın içində məni əvvəlcə şöbə müdirliyindən, sonra da uydurma ittihamlarla işdən çıxardı. Məcbur qalıb məhkəməyə müraciət etdim, uzun çəkən məhkəmə prosesindən sonra yenidən işimə bərpa olundum. Sakit formada gəlib işimin başına keçdim ki, bəlkə bu qadın səhvini başa düşə. Təəssüflər olsun ki, heç nə dəyişmədi, yenə də mənə qarşı təzyiqlər, təqiblər, basqı, ciddi nəzarət davam etdi”.
“Aprel ayında xəstəxanada koronaviruslu xəstələr yatırdı və heç bir qorunma yox idi. Tibb işçiləri məcburən xəstələrlə qoruyucu vasitələrsiz ünsiyyətdə olurdular, sonra direktor həmin tibb işçiləri akt zala yığıb “5 dəqiqəlik iclaslar” keçiridi. Hansı ki, həmin vaxtlar atıq insanların toplaşması təhlükəli olduğu üçün qadağan olunmuşdu. Həmçinin, həmin vaxt xəstəxana koronavirusla mübarizəyə ayrılmamışdı, vərəmli xəstələr də var idi xəstəxanada və xəstələrin yanına qohumları evdən yemək gətirirdilər. Mən iclasda bu məsələlərə etiraz etdim, nəyə görə karantin elan olunmadığını soruşdum. Həmin gündən mənə qarşı təzyiqlər daha da gücləndirildi, vərəm xəstələri xəstəxanadan göndəriləndən sonra yenə də bəhanə düzüb-qoşaraq, gecə səhərə qədər koronaviruslu xəstələri qəbul etdiyim halda, işdə olmadığımı uyduraraq mənə töhmət verdi”, - deyə müsahibimiz qeyd edib.
Həkim xəstəxana direktoru tərəfindən təqib olunduğunu da vurğulayıb: “Hər növbəyə çıxanda polislərə məni güddürür, polislər özləri gəlib etiraf edirlər ki, “biz burda ictimai asayişi qorumağa gəlirik, həkim güdməyə yox, direktor bizə zəng edib bezdirir ki, “görün, Səbinə hara getdi, nə etdi””. Xəstəxanada xəstə ölmüşdü, yaxınları vurub şüşələri sındırdı, direktor kimi bir dəfə də zəng edib maraqlanmayıb bu hadisə ilə, amma dəqiqəbaşı mənim orada olub-olmdığımı yoxlatdırır. Hər kəsə, “sanitarkaya” belə, mənə qarşı izahat yazdırır. Onlar da gəlib mənə deyirlər ki, qorxudub yazdırıb, şantaj edib. Hamıya deyir ki, “nə olsun, Səbinə məhkəməni udub gəlib, biz onun kitabını bağlayacağıq”. Kolektivə deyir ki, Səbinə məhkəməni pulla udub gəlib, iclasda məni saxtakar adlandırır, telefonla çəkir”.
Şikayətçinin sözlərinə görə, COVID-19-la mübarizə qalıb kənarda, Həqiqət Qədirova xəstəxananı intriqa yuvasına çevirib: “Artıq hər şeyə nifrət edirəm, insan nə qədər təzyiqə məruz qala bilər axı. Belə çətin məqamda həyatımızı, övladlarımızın sağlamlığını riskə ataraq gecə-gündüz xəstələrə xidmət göstəririk, koronavirusla mübarizə aparırıq. Dövlətimiz, möhtərəm Prezidentimiz də sağ olsun ki, bizə stimul verir, maddi-mənəvi dəstək verərək həvəsləndirir. Xəstəxananın direktoru isə bizi təzyiq, stress, basqı altında saxlayır. Rəsmən bizə qarşı erməni siyasəti yürüdü. Həm mənəvi zərbə alırıq, stressdən immunitetimiz aşağı düşür, həm də virusdan qorunmaq üçün qoruyucu vasitələr verilmir, maska yoxdur, növbəyə gələndə özümüzlə maska, saçımızı yığmaq üçün papaq alıb gətirməyə məcburuq. Tələb edəndə də, bildirir ki, təminat var, günahı yıxır tibb bacılarının üzərinə”.
“70 yaşlı qeyri-mütəxəssis olan Həqiqət Qədirova potensialı olan, dövlətə lazımlı kadr olan 46 yaşlı bir mütəxəsisin - mənim, rəsmən qolumu kəsir, mənəvi terrora məruz qoyur. İşdən usandırır, artıq ailəm, uşaqlarım da başıma gətirilənlərdən mənəvi zərbə alıblar. İndi işdən çıxmaq üçün ərizə yazsam, məni koronavirusla mübarizədən qaçmaqda, vətənə xəyanət etməkdə ittiham edəcək. Mən hər zaman canımı Vətənimə qurban verməyə hazıram, amma belə əzazil, qəddar insanla işləyə bilmirəm. Artıq dözə bilmirəm, əsəblərim tarıma çəkilib, az qalıram ki, aparıb ona bıçaq verim və deyim, “al, məni öldür, sənin də canın qurtarsın, mənim də”. Nəyə görə vəziyyətin bu yerində mən töhmət almalıyam? Mənə görə şöbəyə heç nədən 3-4 dəfə töhmət verib. Vəziyyət o həddə çatıb ki, reanimasiyada mütəxəssis yoxdur, mütəxəssis Vüqar Səfərovu da ittihamla işdən çıxardı, indi rezidentləri oturdub orda, şöbələrdə başqa ixtisaslı mütəxəssislər çalışır, onlar da işi bilmir. İndi məcbur qalıb Vüqar doktoru çağırırlar ki, gəlib xəstəyə körpücükaltı katetr qoşsun. Reanimatoqları, hətta professorları belə, işdən çıxarıb, eləsi özü bezib gedib”, -deyə o qeyd edib.
Həkim onu da bildirib ki, xəstəxana koronavirusla mübarizə üçün hazır olmayıb: “Həqiqət öz şəxsi maraqları üçün buraya COVID-li xəstələri yerləşdirdi. Xəstəxanada normal şərait yoxdur, xəstələrlə həkimlər eyni sanitar qovşağından istifadə edirlər, su yoxdur, havalandırma yoxdur, pəncərələrə qoruyucu tor vurulmayıb, otaqlar ağcaqanadla doludur. Hazırda koronavirusla yanaşı vərəmli xəstəm var, ancaq belə xəstələr üçün ayrılmış BOKSa yerləşdirmirlər, vərəm olmayan xəstə ilə yanaşı yatır. Şəraitsizliyə görə bu yaxınlarda bir xəstə ikinci mərtəbədən tullanaraq xəstəxandan qaçdı. Yenə də bir tədbir görmədi, günahı polisin üzərinə atdı, polis rəisi gəlib öz cibindən pəncərəyə məhəccər çəkdirdi. Bir müddət öncə süni tənəffüs aparatlarında yaşanan texniki nasazlıq üzündən çox sayda xəstəmiz öldü. Həmin hadisədən sonra TƏBİB-dən gəldilər, müdaxilə etdilər, indi aparatlar normal işləyir. Sanepidemiya stansiyasından da gəliblər, şərait olmadığını bildiriblər. Xəstəxana dezinfeksiya olunmur, dezinfeksiyaedici məhlulu suya qatıb yalandan yeri şirələyirlər, ad da qoyurlar ki, dezinfeksiya olundu. Hər günümüz, saatımız təhlükədir. Xəstəxanadan çox tövləyə bənzəyir bura. Sanki ön cəbhədə erməni ilə əliyalın üz-üzə dayanmışıq. Bir yandan şəraitsizlik, bir yandan da təzyiq məhv edir bizi”.
“Belə bir şəraitdə heç kim işləyə bilmir, etiraz edəni əzir, DTX-ya verməklə hədələyir. Özünü kim hesab edir, bilmirik, heç olmazsa, Prezidentin həkimlərə diqqətinə, qayğısına baxıb nümunə götürmür. Erməni siyasəti yürüdən bir şəxs hansısa quruma rəhbərlik edə bilməz, biz də yazıqıq axı. Həkimlər əl-ələ verərək bu pandemiya dövründən üzüağ, az itkilərlə çıxmağa çalışırıq, bu qadın bir-birimizi köməyə çağırmağımıza belə etiraz edir. Həkimin həkimi köməyə çağırdığına görə töhmət verir. 3 yaşlı uşağını qoyub işə çıxan tibb bacısına töhmət verir. Mənəvi terrora məruz qoyur. Hər gün bir qərar çıxarır, indi də deyir, koronaviruslu xəstələri 3 gündən sonra evə yazın. İşçilər arasında kütləvi yoluxma var, ancaq onları rentgendən keçməyə, analiz verməyə qoymur. Əvvəl yoluxan tibb işçilərini heç xəstəxanada da yatmağa qoymurdu, indi icazə verir, ancaq 7 gündən sonra işə çıxarır. Virusa yoluxan tibb işçilərini ittiham edir ki, başqa yerdə yoluxmusuz”, - deyə şikayətçi əlavə edib.
S.Məmmədova üzləşdiyi haqsızlıqlarla bağlı aidiyyəti quruma da müraciət edib: “Bu qadının qanı bizdən ola bilməz, ya bunda hansısa xəstəlik var, ya da qəsdən bu xəstəxanaya yerləşdirilib ki, bizi məhv eləsin. Əgər qanı təmizdirsə, 70 yaşı var, gedib evində otursun, dincəlsin, mütəxəssislərə, peşəkarlara işləməyə imkan versin. Özü risk qrupunda ola-ola bizi də riskə atır. Mən TƏBİB-ə, Ramin Bayramlıya müraciət etmişəm. Xahiş etmişəm ki, ya, dövlətin illərlə xərc töküb yetişdirdiyi kadrları ittiham ilə işdən çıxarıb kənara atan Həqiqət Qədirova barədə ölçü götürülsün, mənə qarşı mənəvi terror dayandırılsın. Ya da imkan verilsin, işdən çıxım, gedib başqa yerdə uşaq həkimi kimi işləyim. Mənim növbəti dəfə məhkəmələri gəzməyə halım yoxdur. Təəssüflər olsun ki, müraciətimə cavab verilməyib. TƏBİB Həqiqət Qədiroanı niyə dəstəkləyir, anlaya bilmirik”.
Qeyd: Həkimin ittiham etdiyi şəxslərin və qurumların da mövqeyini yayımlamağa hazırıq. Mövzuya qayıdacağıq. /Dominant.az/
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06