Rusiya Azərbaycana heç nə edə bilməz, çünki... - AÇIQLAMA
“Bəziləri ehtiyat edir, amma bunu bilmək lazımdır, artıq Rusiya Azərbaycana heç nə edə bilməz. Çünki Türkiyə dövlət başçısı, XİN rəhbəri, müdafiə naziri öz sözlərini dedilər. Mən də qürurlandım bu mövqeləri eşidəndə. Bunlar hamısı faktdır”.
NUH.az xəbər verir ki, bunu musavat.com-a müsahibəsində millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə
Türkiyə heç vaxt imkan verməz ki, yeni torpaq iddiasında olan dövlətlər tərəfindən Azərbaycana hansısa həmlələr edilsin: “Ermənistan kimdir, onun nəyi var? Sadəcə, oyuncaq dövlətdir və Rusiya da ondan istifadə edir, orda baza saxlayır”.
Proseslərin bundan sonrakı gedişatına gəldikdə V. Əhmədov hesab edir ki, çox ehtiyatlı olmaq lazımdır:
“Bu proses bitməyib, sizə açığını deyim. Mən narahatam ki, ruslar yenə də təxribata əl atacaqlar, ermənilərin vasitəsilə müəyyən addımlar atmaq istəyəcəklər. Amma mən çox şad oldum ki, Türkiyə prezidenti belə cəsarətli çıxış etdi, faktiki olaraq dedi ki, əlinizi Azərbaycandan çəkin!
Azərbaycanı açıq və qəti müdafiə edən, bizim yanımızda olan iki dövlət var: Türkiyə və Pakistan. Mən hesab edirəm ki, bu iki dövlətlə ciddi hərbi əlaqələr qurulmalıdır, hərbi müqavilələr imzalanmalıdır və Qarabağı azad etməliyik, başqa çıxış yolumuz yoxdur. Yoxsa ATƏT-dir, BMT-nin qətnamələridir, onlara arxayın olmaq olmaz. Düzdür, bunlar da siyasi cəhətdən vacibdir. Amma ATƏT-in Minsk Qrupu vecsiz bir təşkilatdır, biz onlardan müsbət nəsə gözləmirik. Yaxşı hal oldu ki, ABŞ konqresmenləri Azərbaycanın xeyrinə qərar qəbul etdilər, bu da bizim üçün çox vacib məsələdir. ABŞ ilk dəfə Ermənistanın işğalını tanıdı. Necə ki, Ukrayna, Moldova və Gürcüstanda işğal faktını tanıyırdılar, Azərbaycan ərazilərinin də Ermənistan tərəfindən işğal olunduğu Konqres səviyyəsində qəbul edildi”.
Daxildəki proseslərə gəldikdə millət vəkili bu məsələdə xalqın birmənalı şəkildə Ali Baş Komandanın yanında olduğunu vurğulayıb: “Çünki dövlət başçısının apardığı siyasətdə əsas məqsəd Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Amma mən çox təəssüf edirəm ki, “beşinci kolon” da sakit oturmur. İndi onların yavaş-yavaş adları açıqlanır. Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu işlə ciddi məşğul olmalıdır. Bunları, ümumiyyətlə, təmizləməliyik. O cümlədən orduda da məni narahat edən müəyyən məsələlər var, orda da təmizlənmələr olmalıdır. Milli qüvvələr olmalıdır ki, Azərbaycan torpaqlarını Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad etmək iqtidarında olsun”.
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
