- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
Sabiq nazir və dəstəsi 100 milyonluq biznesi idarə edir
Hadisə25 iyul 2020 09:41

5 il əvvəl vəzifəsindən azad edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudov və komandasının əksər üzvləri bu gün azadlıqdadır. 2015-ci ilin oktyabrında MTN-də həyata keçirilən ildırım sürətli əməliyyat zamanı ümumilikdə 20-yə yaxın "mahmudovçu” tutulmuş, keçmiş nazirin özü və komandasının rəhbər üzvləri ciddi nəzarət altına alınmışdı.
O günlərdə belə düşünmək olardı ki, ədalət nəhayət ki, zəfər çaldı. Azərbaycanda 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudov və komanda üzvlərinin tiranlığı axır ki, tar-mar oldu. İndi isə həmin günlərin hadisələrinin yaratdığı düşüncələrin, gəlinən nəticələrin illüziyadan başqa bir şey olmadığı aydın görünür.
Həmin günlərdə əksəriyyət düşünürdü ki, Eldar Mahmudovun üzə çıxan bir-birindən ağır qanunsuz əməlləri onun da yolunu həbsxanadan salmasına səbəb olacaq. Günlər keçdi, aylar ötdü, illər dolandı, Eldar Mahmudova toxunan olmadı. 1-2 dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırıb dindirdilər. Məhkəmədə barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad belə çıxarıldı, iş materialları prokurorluğa göndərildi. Amma faydasız oldu. Eldar Mahmudova toxunmadılar. Ətrafından istintaqa cəlb edilən, həbsə alınan əlaltılarının barəsində də ittihamlar üzrə ən yüngül cəzalar verildi.
Məsələn, həmin günlərdə evində bir kişi qadını ilə mübahisə zəminində ona ağır xəsarət yetirərdisə, barəsində Cinayət Məcəlləsinin 126-cı - qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanardı. İş ən humanist hakimin icraatına verildiyi halda kişini 6 il 6 aylıq həbsə məhkum edərdilər. Praktika göstərir ki, belə hallarda qoluna güc verən güclü cins nümayəndəsi "kalendar” oturmasa, Azərbaycan femidası onun yaxasından əl çəkməzdi.
Mahmudovçularla bağlı isə belə olmadı. Eldar Mahmudovun ən yaxın silahdaşı, "vuran əli”, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov Cinayət Məcəlləsinin 10-dan artıq - qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham olunub.
A.Çovdarov 2015-ci ilin dekabrın 14-də həbs edilib, 30 oktyabr 2017-ci ildə 12 il müddətinə azadlıqdan məhrum olunub. 6 aprel 2020-ci ildə isə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb. Cəmi 5 ilini həbsdə keçirib. "İçəridə” olduğu günlərdə ümumilikdə Azərbaycanda cəzaçəkmə yerlərində olan məhkumların 99,9 faizindən yaxşı şərtlərdə "oturub”.
Çıxandan sonra isə vəkili Kamandar Nəsibov "Yeni Müsavat”a açıqlamasında müvəkkilinin 8-ci kilometr bazarını sahibliyinə qaytarmaq üçün məhkəmə davası apardığını açıqlayıb. Yəni Akif Çovdarovun biznesi yerində qalıb və o, əlindən çıxan ayrı-ayrı obyektlərini də bu gün özünə qaytarılması üçün hərəkətdədir.
A.Çovdarovun kölgəsində qalan, onunla eyni gündə həbsdə çıxan digər "mahmudovçu” general Sübahir Qurbanovdur. O, işlədiyi müddətdə ölkədə qiymətli daş-qaşların biznesi ilə məşğul olan iş adamlarına nəzarət və onlarla MTN-də haqq-hesab məsələlərinə baxırdı. Sabiq MTN rəsmisi Eldar Mahmudovun şifahi göstərişi ilə ölkəyə brilyant daş-qaş, qızıl və digər zinət məmulatlarının idxalı sahəsində inhisarçılığın yaradılması prosesini başladıb. Bu iş nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanova tapşırılıb. O da öz növbəsində bu işlə məşğul olacaq dəstə yaradıb. Həmin dəstəyə polkovnik Füzuli Əliyevi başçı təyin edilib. Sübahir Qurbanovun işində isə iş adamlarından qanunsuz yolla ələ keçirilmiş məbləğ 40 milyon manatdan çoxdur. Sübahir Qurbanova qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi ümumilikdə 9 maddəsi ilə ittiham irəli sürülmüşdü. Həmin cinayət işi üzrə zərərçəkmişlərdən Saleh Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri idi. O deyib ki, 2003-cü ildə "Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Onu MTN-ə çağırıb şirkətin vergidən yayındığını deyiblər, həbs olunmamasından ötrü 1 milyon dollar pul istəyiblər. O da 300 min dollar verməyə razılaşıb. Digər zərərçəkmiş Ağaisa Mahmudov isə "Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun (sabiq MTN naziri Eldar Mahmudovun qohumudur. Bir müddət həbs olundu, 2019-cu ilin martında azdlığa çıxdıb) villasını aldığına görə MTN-ə çağırıldığını bildirib. MTN-də ona saxta aksiz markalarından istifadə etdiyi deyilib və əvvəlcə bu məsələyə görə 50 min manat alınıb.
S.Qurbanov həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovdan aylıq paket almaqda da təqsirləndirilirdi. Sübahir Qurbanovun adı daha bir qalmaqallı işdə də keçirdi. Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbsi ölkədə böyük səs-küyə səbəb olan hadisələrdən biri idi. Onun MTN tərəfindən həbs edildiyi deyilirdi.
Rəşad Məmmədovun cinayət işi üzrə məhkəməsi davam edən ərəfədə MTN ləğv edildi. 1 ildən artıq həbsdə qalan Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxıldı.
MTN ləğv edilən zaman məlum oldu ki, Sübahir Qurbanov Eldar Mahmudovun göstərişi ilə Zabil Salmanova zor tətbiq edərək Rəşad Məmmədovun əleyhinə ifadə alıb.
General bu ittihamları qəbul etməsə də, məhkəmə bütün bu ittihamların sübuta yetirildiyi qənaətinə gələrək onu 14 il müddətinə azadlıqdan məhrum etmişdi...
Eldar Mahmudovun özünün də bu baxımdan kefi kökdür. Mahmudov ailəsinin üzvləri Avropada təxminən 100 milyon avroluq biznes imperiyasını idarə edir. Bu ilin aprelində üzə çıxan məlumatlardan belə aydın olurdu ki, Mahmudovların Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə daşınmaz əmlak biznesləri var. Əmlak və şirkətlər Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudov və 31 yaşlı qızı Nərgiz Mahmudovanın sahibliyindədir. Mahmudovlar əmlakların əcdadlarından miras qaldığını deyirlər.
Eldar Mahmudovun övladları Londonda məşhur "Harrods” dükanı yaxınlığında təxmini dəyəri 17.35 milyon funt sterlinqə - 40 milyon manata alınmış bir ev də daxil olmaqla, dəbdəbəli mülklər əldə ediblər. Həmin mülkün - idman zalı, spa, kinoteatrlı dördmərtəbəli binanın Londonun varlı məhəllələrindən birində, Knightsbrige-də yerləşir. Mahmudovların daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Paul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Ofislərin ümumi dəyəri 13,5 milyon funt sterlinq - 30 milyon manat təşkil edib. Bundan başa Mahmudovların Maxorka (İspaniya), Lüksemburq və Litvada da əmlak və biznesləri var.
Bir müddət əvvəl Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP 2019-cu ilin noyabr ayında Man adasındakı "Cayman” Milli Bankının Ltd. (CNBIOM) ələ keçirilmiş və internetdə yayımlanmış müştəri sənədlərinə əsasən araşdırmasında Mahmudovlaırn biznesi ilə bağlı maraqlı detallar yer almışdı. Həmin bank sənədlərində bir şirkət vasitəsilə böyük məbləğdə pul köçürməsinin narahatlıq yaratdığı və buna görə araşdırma aparıldığı qeyd olunub.
Sənədlərdə deyilir ki, Cahangir Hacıyevin həbsi və Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasından sonra "Cayman” Milli Bankında Mahmudovla bağlı hesablar bağlanıb. Amma bu, onun durumuna o qədər də təsir etməyib. Mahmudov və "mahmudovçuların” cənginə düşmüş hər kəs isə hələ də onlar tərəfindən atıldığı "quyu”nun dibindən çıxmağa cəhdlər göstərir...
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 2025 15:33
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 2025 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 2025 10:40
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 2025 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 2025 19:38
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 2025 15:35
- Rusiyada yumurta böhranı...
13 sentyabr 2025 00:31
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 2025 13:30
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 2025 11:03
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 2025 10:56
Xəbər lenti
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12
- Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi
13 sentyabr 10:01
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 09:43
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
Video & Fotoqalereya
Video
Fotoqalereya