“Zeynal Nağdəliyev də gəlib bizi barışdırdı, amma...”
Daşkəsənin icra başçıs Əhəd Abıyevlə rayon fermerlə arasında qalmaqal davam edir. Bizimxeber.az xatırladır ki, fermerlərin Əhəd Abıyevlə bağlı yuxarı isntansiyalara və mətbuata müraciətindən sonra Daşkəsən Rayon İcra Hakimiyyəti bəyanat yayıb. Bəyanatda fermerlər Akif Rzayevlə Bəhram İsmayılovun dediklərinin yalan olduğu iddia edilir və onların ünvanına dövlət əleyihinə iş aparmaqdan tutmuş, ağır cinayətlərə görə həbs olunmağa qədər müxtəlif ittihamlar səsləndirilir.
Bəyanatın mətni Bizimxeber.az-da da dərc edildiyinə görə fermerlər redaksiyamıza müraciət edərək baş verənlərə aydınlıq gətirmək istədiklərini deyiblər.
Akif Rzayev əməkdaşımızla söhbətində bildirib ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin bəyanatında əks olunan fikirlər tamamilə böhtandır. “Mən Azərbaycanın ilk fermerlərindənəm. 1992-ci ildən fermer təsərrüfatı ilə məşğul oluram. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Heç vaxt da həbsdə də olmamışam. Bunlar hamısı Əhəd Abıyevin uydurmasıdır. Çünki onun özü bizim icarəmizdə olan torpaqları başqalarına satmaqla cinayətə yol verir”, - deyə Akif Rzayev bildirib.
Onun sözlərinə görə, Əhəd Abıyev öz əməllərilə dəfələrlə onların təsərrüfatına ziyan vurub. “Deyir guya mən 300 hektar torpaq zəbt etmişəm və həmin torpaqlaı kimlərəsə satmışam. Əhəd Abıyevin icazəsi olmadan Daşkəsəndə bir qarış torpağı nəinki zəbt etmək, heç pulla da almaq olmaz. Mən kiməm ki, dövlətin torpağını zəbt edim və hələ onu kimlərəsə də satım.
Əksinə, Əhəd Abıyev bizim icarəmizdə olan torpaqları başqalarına satıb. Bu problemlə əlaqədar dəfələrlə aramızda söhbət olub. Bizim torpaqlarla bağlı bütün sənədlərimiz qaydasındadır. Ona görə də çəkinmədən yuxarı instansiyalara müraciət edir, mətbuatı dəvət edirik ki, gəlib məsələni yerində araşdırsınlar. Əhəd Abıyev görür ki, vəziyyət qəlizləşib, qanunsuz əməlləri ifşa olunur, ona görə də keçib şər-böhtana, şantaja.
Sizə bir məqamı deyim. Nə qədər ziyalı adam göndərmişdi üstümə, barışıq üçün. Amma sonradan onların da sözünü eşitmədi. Hətta Prezidentin köməkçisi hörmətli Zeynal Nağdəliyev də gəlib bizi barışdırdı, amma Əhəd Abıyev yenə də öz bildiyini elədi”, - deyə Akif Rzayev bildirib.
Onun sözlərinə görə, oğlu barəsində deyilənlər də yalandır: “Yazıblar ki, oğlum Şahin Rzayev guya qanunsuz işlərlə məşğuldur. Mənim oğlum polis əməkdaşıdır. Bu yazılardan sonra onun fəaliyyəti araşdırılıb, amma heç bir qanunsuz iş tapılmadı. Mən bu məsələni belə qoymayacağam. Bütün hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Sizdən xahiş edirəm ki, həqiqəti bilmək istəyirsinizsə, buyurun gəlin Daşkəsənə görün burada nələr baş verir”.
Fermer Bəhram İsmayılov da bildirib ki, Əhəd Abıyevin bəyanatı həqiqəti əks etdirmir. “Bu torpaqların sənədi var. Hələ biz onu demirik ki, hər dəfə yaylağa gələndə Əhəd Abıyevin pul yığanlarını “görməliyik”. Amma indi bizi qanunsuzluqda ittiham edir, müxtəlif cinayətləri üzərimizə yükləmək istəyir. Biz baş verənlərlə bağlı lazımi orqanlara şikayət etmişik. Gəlib araşdırıblar. O da görür ki, artıq ifşa olunur, ona görə belə edir”, - deyə həmsöhbətimiz bildirib./Yenisabah.az/
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
