Ədalət Vəliyev partiya sədri ilə görüşdü, müzakirələr apardı
Hadisə27 iyul 2020 15:53
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə görüş keçirib.
Qaynarinfo xəbər verir ki, ölkədə iqtidar-müxalifət dialoqunun davamı, yeni siyasi sistemin inkişafı, siyasi mədəniyyətin təşəkkülü fonunda keçirilən görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, COVİD-19 pandemiyası, siyasi partiyaların fəaliyyəti, ölkədə korrupsiyaya qarşı mübarizə, siyasi islahatlar və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, Ermənistanın 30 ilə yaxın işğal siyasəti, eləcə də iyul ayının 12-də Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, Ermənistanın təcavüz siyasətinə qarşı ölkəmizdəki bütün siyasi qüvvələr həmrəy olmalıdır. Mövcud sağlam siyasi mühitin nəticəsidir ki, 43 siyasi partiya birlikdə, 4 siyasi partiya isə ayrı-ayrılıqda Ermənistanın hərbi təxribatını pisləmiş və ölkəmizin bütövlüyü naminə Ali Baş Komandan ətrafında sıx birləşdiklərini bəyan etmişdirlər. Həmçinin, dünya azərbaycanlıları tərəfindən ABŞ-da, Belçika, Niderland, Fransa, Almaniya və digər ölkələrdə Azərbaycana dəstək mitinqlərində ermənilərin müxtəlif təxribatlara əl atmaları onların terror, faşist siyasətinin təmsilçiləri olmasını bir daha göstərib.
Bundan əlavə, dünyanı bürüyən COVİD-19 pandemiyası ilə bağlı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilib.
Ə.Vəliyev bildirib ki, qısa müddət ərzində ölkəmizdə yeni 10 modul tipli xəstəxanaların açılışı, xüsusi tibbi avadanlıqlarının ölkəmizə gətirilməsi, maska və dezinfeksiya məhsullarını istehsal edən müəssisənin açılışı yoluxmanın minimal səviyyədə saxlanılmasına böyük təsir göstərib. Həmçinin, sərt karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə iqtisadiyyatı və vətəndaşların sosial rifahının dəstəklənməsi naminə 3,5 milyard manatlıq sosial-iqtisadi proqram icra edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bir sıra beynəlxalq təşkilatlarının videokonfrans vasitəsi ilə zirvə görüşləri keçirilir. Təsadüfü deyilki məhz Azərbaycanının BMT-nin xüsusi sessiyasının çağırılması ilə bağlı təklifi dünyanın 130 ölkəsi tərəfindən dəstəkləmişdir.
A.Şakiroğlu ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinini formalaşması istiqamətində görülən işləri müsbət qiymətləndirib. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini qətiyyətlə pisləyib və əlavə edib ki, bütün siyasi qüvvələr ümummilli məsələlərdə hər zaman bir yerdə olmalıdır.
Ölkədə yeni siyasi konfiqurasiyanın qurulmasında, siyasi partiyaların fəaliyyətinin daha da səmərəli olması üçün "Siyasi partiyalar haqqında” Qanun ətrafında da müzakirələr aparılıb. Qeyd olunub ki, partiyaların hesabatlılığı, qeydiyyat məsələləri, fəaliyyəti və digər məsələlər qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Yeni siyasi sistemin formalaşmasında bu qanunvericiliyin təkmilləşdirilməsinə də böyük ehtiyac var.
Siyasi dialoqun nəticəsi kimi son bir neçə ay ərzində ölkədə 4 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, 3 siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin yenidən qeydiyyata alınmasını müsbət hal kimi qiymətləndirən A.Şakiroğlu yaxın bir dövrdə GAP-ın qurultayının keçirilməsini planlaşdırdığını qeyd edib və qeydiyyat məsələsinin müsbət həll olunacağına ümid etdiyini söyləyib.
Bundan əlavə, bildirilib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin, Milli Məclisin sədri və parlamentdə təmsil olunan siyasi partiyaların iştirakı ilə keçirilmiş videokonfrans siyasi dialoqun inkişafına çox müsbət təsir göstərib. Bu tip tədbirlərin gələcəkdə daha geniş formatda və daha çox partiyaların iştirakı ilə keçirilməsi yeni siyasi sistemin inkişafına dəstək olacaq.
Görüşdə həmçinin ölkədə siyasi dialoqun geniş inkişafı, siyasi mədəniyyətin yüksəlməsi, sağlam iqtidar-müxalifət münasibətlərin formalaşması, qanunvericilik hakimiyyətində siyasi partiyaların təmsilçiliyi və digər sahələr üzrə səylərin artırılması və davamlı olması üçün əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
A.Şakiroğlu görüşə görə təşəkkür edib, siyasi partiyalarla keçirilən görüşləri yüksək dəyərləndirib və gələcəkdə də ümummilli məsələlərdə siyasi qüvvələrin həmrəy olacaqlarına əminlik ifadə edib.
Oxşar xəbərlər
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
