"Yaşamaq istəyiriksə, bütün karantin məhdudiyyətləri götürülməlidir" - Professordan SOS
Maraqlı30 iyul 2020 10:11
Professor Musa Quliyev aylardır davam edən karantin rejimi şəraitində insan orqanizmində baş verəcək geridönməz fəsadlara toxunaraq, koronavirusla mübarizənin taktikası barədə öz təkliflərini verib.
Həkim Medicina.az-a açıqlamasında, hazırkı şərtlərdən narahat olduğunu bildirib və bunu əsaslandırıb:
"Mən karantin tədbirlərinin gündəlik yaşam minimumlarına ehtiyacı olan, insanlarımıza vurduğu maddi zərbəni, hələlik bir kənara qoyuram. Bu halın yalnız insan orqanizmində törədə biləcəyi geridönməz fəsadlara toxunmaq istəyirəm.
Təbii ki, karantin tədbirləri, istənilən ağır virus infeksiyasının qarşısının alınması və lokallaşdırılmasının ilkin və həlledici şərtidir. Lakin yeganə şərti deyildir.
Digər tərəfdən, istənilən məhdudlaşdırılma tədbirləri, elmi əsasa istinad edilməklə, orqanizmdə törənən fəsli dəyişikliklərə uyğun, insanların şüuruna yeridilməklə aparılmalı və bütün hallarda icrasına ciddi nəzarət olunmalıdır. Əks halda, nəinki gözlənilən nəticəni verməyəcək, hətta yoluxmanın kəckin artımı ilə müşahidə olunacaqdır. Necə ki, iyun ayında bunun canlı şahidi olduq.
İndi isə gəlin, təbiətin yaşam qanunlarına baxaq. Canlı orqanizmin mövcudluğunun təməl əsası, ilin fəsillərinin növbələşməsinə uyğun, orqanizmdə törənən təməl dəyişikliklərdir. Mən digər fəsillərdə insan orqanizmində törənən dəyişiklikləri təhlil edib, vaxt almaq istəmirəm.
Yalnız yay fəslinin son iki ayında törənən bəzi dəyişikliklər üzərində dayanmaq istəyirəm.
İyul, avqust aylarında günəş şüasının spektrində orqanizmdə immunitet aktivliyinin modulyasiyasına təkan verən və onu təmin edən ciddi keyfiyyət dəyişiklikləri baş verir. Bu hal, xüsusən, iyul və avqust aylarında daha intensiv olur.
Biz artıq iyul ayını arxada qoymuşuq. İmmun fəallığın qismən də olsa təmin olunması və orqanizmin müqavimət qüvvəsinin bərpası üçün, yeganə avqust ayının 31 günü qalıbr və sağlamlığımız naminə ondan maksimum dərəcədə faydalanmalıyıq.
Əks halda, oktyabr və noyabr aylarında xronik xəstəliklərin kəskin aktivləşməsi, digər infeksiyaların kəskin fəallaşması ilə müşahidə olunacaq. Bu zaman qarşılaşacağımız ən arzuolunmaz hal, istənilən ağır virus infeksiyasının aparılacaq dərman müdaxiləsinə "farmakofobiya” göstərməsi yaşanacaq (biz ilk növbədə bundan sığortalanmalıyıq).
Bunun üçün nə etmək lazımdır? Düşünürəm ki, təxirəsalınmadan aşağıdakı tədbirlər həyata keçirilməlidir:
1. Ciddi nəzarət fonunda, bütün karantin tədbirləri mütləq və qeyri-şərtsiz olaraq aradan götürülməlidir:
a) İnsanların sərbəst hərəkəti, xüsusən rayonlara gedişinə olan bütün qadağalar aradan qaldırılmalıdır.
b) Kontakt məsafələrin saxlanıması şərtilə, insanların çimərliklərə sərbəst çıxışının təmin olunması və bunun üçün hər cür şəraitin yaradılması. İtirilmiş iyul ayına görə, bütün çimərliklərin ödənişsiz olması.
c) Söylədiklərim həm də hazırda insanlar arasında kütləvi şəkil almış, ruhi sarsıntı və dərin stress kimi immuniteti dağıdan halın aradan qalxmasına, ruhi sferada dayanıqlılıga və ali sinir fəaliyyətinin bərpa olunmasına səbəb olar.
d) Bu, həm də ölkə iqtisadiyyatının çökməməsi üçün zəruridir. Çünki bizim ölkəmizi 300-400 il dövlətçilik tarixi olan Amerika, Avropa və Rusiya kimi ölkələrlə qarışdırmaq olmaz. Bizim ölkəmiz çoxsaylı daxili və xarici təziqlərə sinə gərə-gərə, hazırda müstəqilliyinin yalnız ilkin kövrək addımlarını atır.
Mən bu sözləri nəyinsə xatirinə söyləmirəm. Dediyim hər bir sözün məsuliyyətini və boynuma qoyduğu ağır yükü çox yaxşı başa düşürəm.
COVID-19 davam etdikcə insanlara "müasir karantin qaydaları şərtlərinin” şüuraltı aşılanması aparılmalıdır. Mən "müasir karantin qaydaları şərtləri” dedikdə, tək bizim Bakıda deyil, bütün dünyada aparılan kamera nəzarətini nəzərdə tuturam.
Yəni insanlar bilməlidir ki, onlara verilən tam sərbəstlik fonunda, həm də qeydiyyatı aparılan çox ciddi, lakin qərəzsiz nəzarət var.
Bu halda şərt kimi qoyulan gigienik tələblərin pozulması (məs. insanların toplaşdığı qapalı yerlərdə maskasız olmaq, ünsiyyət formalarına ciddi əməl etməmək, kütləvi toplantılarda sosial məsafənin saxlanılmaması və s. ən ciddi şəkildə cəzalandırılacaq. Bu halın hüquqi əsasa söykənməsi üçün, hətta Milli Məclis virus infeksiyanın davam etdiyi müddətdə, yəni məhdud müddətdə qüvvədə olacaq, belə bir qanun da qəbul edə bilər.
İnsanların nəzərinə çatdırmaq istəyirəm ki, hazırda bizim başqa çıxış yolumuz yoxdur. Həm də söylədiklərimə qeyri-şərtsiz əməl olunacağı təqdirdə, hər bir ölkə vətəndaşını tam əmin edirəm ki, COVID19-un tam sönməsi, onun məlum inkubasiya dövrü qədər olacaq.
Bəli, yaşamaq istəyiriksə, biz buna getməliyik. Təkrar edirəm, bütün karantin məhdudiyyətlərinin götürülməsi şərtilə”.
Oxşar xəbərlər
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
