Ədalət Vəliyev Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə görüşüb
Mədəniyyət31 iyul 2020 18:03
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 30-da Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, görüşdə koronavirus pandemiyası, onun mənfi nəticələrinin aradan qaldırılması istiqamətlərində dövlət səviyyəsində həyata keçirilən tədbirlər; iyul ayının 12 -də Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təcavüzü və onun nəticələri; iqtidar-müxalifət münasibətlərinin mövcud vəziyyəti və perspektivləri; "Siyasi partiyalar haqqında” qanuna dəyişiklərin edilməsi zərurəti; qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi; rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə; əhalinin sosial müdafiəsi ilə bağlı bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şöbə müdiri Ədalət Vəliyev koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirlərinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
O qeyd edib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər pandemiyanı nəzarət altına almağa imkan verib, onun ölkə iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə, heç bir sosial proqram təxirə salınmayıb.
Ədalət Vəliyev pandemiyanın ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət büdcəsindən 3,5 milyard manat ayrıldığını, işsizlərə və pandemiya ilə əlaqədar olaraq işini müvəqqəti olaraq itirən vətəndaşlara Prezidentin göstərişi ilə ayda 190 manatın verildiyini qeyd edib.
İyul ayının 12-də Ermənistanın Azərbaycanla Tovuz rayonu istiqamətindəki sərhəddə törətdiyi təcavüzə toxunan Ədalət Vəliyev onu ermənilərin işğalı davam etdirmək cəhdi olduğunu qeyd etmiş və qətiyyətlə pisləyib.
Ermənistanın bu təcavüz hərəkətinə qarşı Azərbaycan xalqının göstərdiyi misilsiz birliyi, xalqın Ali Baş Komandan ətrafında sıx birləşdiyini, 43 siyasi partiyanın birlikdə, dörd partiyanın ayrılıqda Ali Baş Komandana dəstəyini ifadə edən bəyanatını yüksək qiymətləndirən şöbə müdiri bunları xalq-iqtidar birliyinin nümayişi kimi qiymətləndirib.
Ədalət Vəliyev ölkədə iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması, siyasi partiyalarla münasibətlərin sivil formalarının bərqərar olması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində yeridilən siyasətin dönməz olduğunu vurğulayıb.
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsir etdiyini qeyd edərək, onun nəticələrinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, ancaq bu sahədə müəyyən boşluqların da olduğunu qeyd edib.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində "Məşğulluq haqqında”, "Sosial sığorta haqqında”, "Pensiya haqqında” qanunların müstəsna rol oynadığına toxunan Teyyub Qənioğlu bu qanunların vətəndaşların mənafeyinə daha da uyğunlaşdırılmasının vacibliyinə diqqət çəkib.
Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın müstəsna roluna toxunan Teyyub Qənioğlu bu sahənin daha sürətlə inkişafı üçün hökumətin maliyyə-kredit siyasətinin daha da təkmilləşdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Ölkədə iqtidar-müxalifət münasibətlərinin sivil qaydaya düşməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, PA-nın strukturunda Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasının əlamətdar hadisə hesab etdiyini qeyd edən Teyyub Qənioğlu ölkə həyatında siyasi partiyaların rolunun yüksəldilməsi üçün "Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinin, xüsusilə də partiyaların maliyyələşməsi ilə bağlı maddələrə yenidən baxılmasının vacibliyini nəzərə çatdırıb.
Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycan sərhədini pozmaq, yeni ərazilər işğal etmək cəhdini qətiyyətlə pisləyən Teyyub Qənioğlu xalqımızın, mövqeyindən asılı olmayaraq, demək olar ki, bütün siyasi partiyaların işğalla barışmayacağını, Ali Baş Komandan ətrafında sıx birləşdiyini nümayiş etdirdiyini yüksək qiymətləndirərək torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əmin olduğunu qeyd edib.
Sonda tərəflər hakimiyyətin təşəbbüsü ilə başladılan siyasi dialoqu müsbət qiymətləndirib, onun davamlı və dayanıqlı olmasının əhəmiyyəti barədə həmfikir olduqlarını bildiriblər.
Oxşar xəbərlər
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Kim Çen In yenidən seçildi
23 fevral 2026 10:09
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
