Ermənistanla alçaldıcı “Sülh Protokoluna” imza atmayan və öldürülən Cəlilov
Maraqlı1 avqust 2020 19:15
Azərbaycanın görkəmli dövlət xadimi Afiyəddin Cəlilov 1 Avqust 1946-cı ildə Naxçıvan şəhərində “Şir Bürcü” altında dünyaya gəlmişdi. Atası Cəlil kişi və anası Zəhra xanım həyatlarını müqəddəs müəllimlik peşəsinə həsr etmiş Naxçıvan ziyalıları idilər. Orta məktəbi Naxçıvanda bitirdikdən sonra Afan (onu yaxınları və doğmaları belə çağırardılar) Leninqrad (indki Peterburq) şəhərində Dağ-Mədən Mühəndisləri İnstitutunda ali təhsil almışdı. Naxçıvan şəhərində “Duz-Dağda” mühəndis kimi əmək fəaliyyətinə başlasa da, dərin savadı, dünya görüşü, bacarığı, zəhmətsevərliyi və təcrübəsi sayəsində yüksək dövlət vəzifələrinə ucalmışdı.
1981-1994 illərdə Bakının Nəsimi Rayon Partiya Komitəsinin Birinci Katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Baş Naziri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Naxcıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan MR və Azərbaycan Respublikası Ali Sovetlərinin Deputatı, AR Milli Məclisinin Sədr Müavini kimi məsul dövlət vəzifələrində çalışmışdı. 1994-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti şeçilmişdi.
1994-cü ilin May ayında o vaxt respublikaya rəhbərlik edən Heydər Əliyevin təkidlərinə baxmayaraq, Ermənistanla alçaldıcı “Sülh Protokoluna” imza atmaqdan imtina etmişdi. “Bu dövlətə xəyanətdir. Mən bu sənədə qol çəkməyəcəyəm. Mən bunu etsəm, sonradan gələn nəsillər nəslimə söyərlər” deyib Kremlin Azərbaycanı alçaldıcı sülhə məcbur edən sazişinə imza atmamışdı...
1994-cü ilin 29 Sentyabr günü Cümə Axşamı idi. Milli Məclisin Sədr Müavininin otağında onunla bir müddət söhbət edib mehribanlıqla ayrıldıq. Bazar Günü hökumət bağındakı evində görüşüb bərabər yemək yeməyi və samavar çayı içməyi qərarlaşdırdıq. Amma bu görüş heç vaxt baş tutmadı...
Həmin gün axşam saatlarında aldığım qəfil acı xəbərdən evdən necə çıxdığımın, Bakı Təcili-Yardım Xəstəxanasına özümü necə çatdırdığımın fərqində deyildim. Özümdə deyildim, göz yaşlarımı saxlaya bilmədən xəstəxananın ala-qaralıq dəhlizində hönkür-hönkür ağlayırdım. Afiyədin Cəlilov aldığı qatil gülləsindən şəhid olmuşdu. Peşəkar caninin arxadan açdığı güllə onun boynundan girib başından çıxmışdı... Qatil(lər) onu pusub evinin girəcəyində sürücüsü Mail ilə bir yerdə qətlə yetirmişdi. Həmin axşam düşmən Azərbaycanın daha bir görkəmli dövlət xadimini, Xüsusi İdarənin Rəisi general Şəmsi Rəhimovu da evinin qarşısında eyni amansızlıqla qətlə yetirmişdi...
1994-cü ilin 29 Sentyabr qətilləri Azərbaycan Dövlətinə qarşı ustalıqla hazırlanmış və həyata keçirilmiş növbəti terror aktları idi.
1992-ci ilin Noyabr ayında Ağdamın Xocavəndi üzərində Azərbaycan Respublikasının mərd və vətənpərvər dövlət xadimlərinin; Dövlət Katibi Tofiq İsmayılovun, Baş Prokuror İsmət Qayıbovun, Daxili İşlər Naziri Məhəmməd Əsədovun, Baş Nazirin Müavini Zülfü Hacıyevin, Millət Vəkilləri Vaqif Cəfərovun və Vəli Məmmədovun, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyevin, Az.Televiziyasının jurnalisti Alı Mustafayevin “vertolyot qəzası”nəticəsində həlakından sonra Vətənimizə qarşı davam edən terror idi.
Afiyəddin Cəlilov çox mərd, qeyrətli, ədalətli bir insan, vətənpərvər və peşəkar dövlət xadimi idi. 1990-1992 illərdə düşmən blokadasında olan Naxçıvanın müdafiəsində və yaşamasında müstəsna əməyi var idi.
Naxçıvanın blokadasını yarmaq məqsədiylə onun təşəbbüsü ilə 1990-cı ildə Sədərək-Türkiyə “Həyat Körpüsünün” inşasına başlandı. İran tərəfi Naxçıvana kömək məqsədi ilə öz ərazisindən Araz çayı boyunca Culfa-Biləsuvar avtomobil yolunun çəkilişini həyata keçirdi.
Naxçıvan hava limanının yeni 3 kilometrlik uçuş zolağı salındı. Naxçıvan Pedaqoji İnstitutunun bazasında yeni fakültələrlə Dövlət Universiteti yaradıldı. Ayrılıqda hər bir rayonu əhatə edən və radioqəbuledicilərlə çalışan ilk səyyar təcili yardım xidməti yaradıldı.
Muxtar Respublikanın Türkiyə və İranla iqtisadi və humanitar sahələrdə ilk sazişləri imzalandı. Qonşu dövlətlər ilə əməkdaşlığın Naxçıvan əhalisinin ərzağa, elektrik enerjisinə, yanacağa olan ehtiyaclarını qarşılamaqda böyük əhəmiyyəti oldu.
1990-cı ildə Azərbaycan tarixində ilk açıq, şəffaf, demokratik seçkilər bəlkə də məhz Naxçıvanda keçirildi. Naxçıvan və Azərbaycan parlamentlərinə hakimiyyət mənsubları ilə bərabər onlarla AXCP fəalları və digər müxalifət nümayəndələri deputat seçildilər...
Mənim dövlət qulluğunda irəliləyişimdə də Afiyəddin Cəlilovun böyük əməyi var idi. Haqqı indi də üzərimdədir. Şəhidliyindən sonra bir yaxın dost və silahdaş kimi onun ruhuna göstərəcəyim qayğı adının əbədiləşdirilməsi ilə bağlı Milli Məclisin Qətnaməsi oldu. Bakıda yaşadığı binanın üzərində barelyefinin qurulması, Bakıda və Naxçıvanda adına küçələrin adlandırılması, məktəblərə onun adının verilməsi, ailəsinə müəyyən müavinatlərin ayrılması oldu. Oğlu Nihadı rəhbərlik etdiyim nazirlikdə yüksək vəzifəyə təyin etməyi, elçiliyinə getməyi, toyunda iştirak etməyi bir dostu kimi özümə borc və şərəf bildim. Afiyəddinə verdiyim ən böyük haqq isə ona ürəyimdə yaşatdığım və heç zaman sönməyən sonsuz sevgi və ehtiramdır. Şübhə etmirəm ki, onun xatirəsi xalqımızın, onu tanıyanların qəlbində daim yaşayır və yaşayacaqdır.
Qüdrət Quliyev
Azərbaycan Haqq Ədalət Partiyası İdarə Heyətinin üzvü
1 Avqust 2020-ci il.
Oxşar xəbərlər
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
3 fevral 2026 18:54
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 2026 16:11
- Leyli və Məcnun-u süni intellektlə təqdim etdi
9 yanvar 2026 13:30
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
