Azərbaycanın gömrük tarixində qara səhifə...
Bu, Azərbaycanın gömrük tarixində qara səhifədir
"Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Dövlət Gömrük Komitəsini tənqid atəşinə tutub. Nigar Köçərli sosial şəbəkədə gömrükdəki rüşvət və süründürməçilik barədə geniş post yazıb.
Onun sözlərinə görə, DGK rəhbərliyində dəyişiklik ediləndən sonra prinsipal olaraq rüşvət verməyən bir şəxs kimi onun işi bir qədər asanlaşıb. "Amma açıq demək lazımdır ki, hər şey yenə də əvvəlki kimi qalır. Doğrudur, gömrükdə təmiz insanlar da var. Bununla belə, həqiqət bundan ibarətdir ki, gömrük nazirlərin və çinovniklərin ac balaları üçün "çörək yeri” olub”, - deyə Nigar Köçərli bildirib.
O gömrükdəki süründürməçiliyə diqqət çəkərək qeyd edib ki, bir məhsulun gömrük rəsmiləşdirilməsi üçün 4 gün vaxt lazım olur. Vətəndaşlar bir möhür vurdurmaq üçün alçaldılmış şəkildə kabinetləri gəzirlər. "Mən bu yaxınlarda Türkiyəyə kitab apardım. Orada bu məsələ 20 dəqiqəyə həll olundu. Amma Azərbaycanda gömrük rəsmiləşdirilməsi üçün 4 gün vaxt lazımdır. Əgər bu vaxta qədər rəsmiləşdirmə baş tutmasa o zaman səni cərimələr gözləyir”, - deyə xanım Köçərli vurğulayıb.
"Əli və Nino”nun sahibi gömrükdəki broker şirkətlərinə də diqqət çəkib. O, xüsusilə "Ramal Trans” MMC-nin adını qeyd edib. Nigar Köçərlinin sözlərinə görə, sahibkarlar bu şirkətə 500-600 civarında pul ödəməlidir. Bu pulun nəyə görə ödənildiyini isə heç kim bilmir: "Qəbzlər də qəribədir. Deyilir ki, guya bu məbləğ yükün boşaldılması üçündür. Amma bizi də məcbur edirlər ki, 200 manat ödəyək. Gömrüyün mətbuat xidməti deyir: "Özünü "Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyətı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?”.
Nigar Köçərli qısa idxal bəyannaməsinə də toxunub. "Bu yəqin ki, Azərbaycanın gömrük tarixində qara səhifədir. Heç kəs bilmir ki, bu bəyannamə nə üçündür. Hətta ağıllı gömrük işçiləri də anlayır ki, bu mənasızdır. Təəvvür edin, qısa idxal bəyannaməsini portala yerləşdirmək üçün vaxtı ötürsəniz o zaman 1500 manat cərimə olunacaqsız. Axı bu məhsul onsuz da gömrüyə gələcək və biz adi bəyannamə verəcəyik. O zaman mal gəlməmiş qisa idxal bəyannaməsinə nə ehtiyac var. Hər gün onlarla insan bu tələyə düşür”.
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
