Putinin səbri tükəndi- Lukaşenkoya zəng edib nələr dedi...
Dünya8 avqust 2020 11:14
Avqustun 9-da Belarusda keçiriləcək prezident seçkisi ərəfəsi gərginləşən Minsk-Moskva münasibətləri bu dəfə Aleksandr Lukaşenkonun müsahibəsi səbəbindən pik həddə çatıb.
Məlum olduğu kimi, Belarus prezidenti ukraynalı jurnalist Dmitri Qordonun YouTube –dəki kanalına sensasion müsahibə verib. Rusiyanın mk.ru saytı yazır ki, bundan əvvəl Lukaşenkonun Belarus parlamentdəki son dərəcə emosional çıxışına, 33 rusiyalının təxribat ittihamı ilə həbsinə dözümlü münasibət göstərən Rusiya prezidenti Vladmir Putinin səbri nəhayət, Qordona müsahibəsindən sonra tükənib.
Rusiya prezidenti, Qordonun müsahibəsinin tam versiyası internetdə yerləşdiriləndən sonra bu gün-avqustun 7-də gözlənilmədən Minskə, prezident Lukaşenkoya zəng edib.
Kremlin mətbuat xidməti telefon zəngi haqda ənənəvi məlumat yaymaqla kifayətlənib. Bildirilir ki, prezidentlər iqtisadi əlaqələrdən, 33 rusiyalının həbsindən danışıb və avqustun 9-da keçiriləcək prezident seçkisi haqda müzakirələr aparıb. Bununla belə, mk.ru yazır ki, Lukaşenko Qordona verdiyi müsahibədə Putini özünün “böyük qardaşı” və “dünyada seçilən dövlət lideri” kimi qiymətləndirsə də, müsahibədə səslənən bir çox fikirlər Putinin ciddi etirazına səbəb olub.
Məsələn, öncə qeyd olunur ki, Lukaşenko Dmitri Medvedyev haqda da aşağılayıcı ifadələr seçib. Onun 2008-ci ildə Rusiya prezidenti kürsüsündə oturmasına ironiya edib, Medvedyevin heç nəyi həll etmədiyini, şəraba qurşandığını deyib.
Belarus prezidenti Miskdə “Normand dördlüyü”nün görüşü haqda danışarkən də bəzi “qırmızı xətləri” keçib. O deyib ki, “vasvası və dişi canavar” Merkelin ucbatından danışıqlar səhərədək uzanıb. Vladimir Zelenskini mehriban adam adlandırsa da, prezident olmadığını söyləyib. Onun Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev haqda da dedikləri etik hesab oluna bilməz. “Nazarbayev sadəcə, protokolu bitirmək və masada qeyri-rəsmi görüşlərə başlamaq üçün fürsət gözləyir”.
Ukraynalı jurnalistin Lukaşenkodan müsahibə götürməsinə baxmayaraq, ən çox Putinin soyadının çəkilməsi Kreml sahibinin qəzəbinə səbəb olub.
Lukaşenko deyib ki, Rusiyanın ilk prezidenti Boris Yeltsin bir müddət sonra Putini özünün varisi seçdiyinə görə peşman olub. Lukaşenkonun sözlərinə görə, Putin Kremlə yerləşən kimi Rusiyanın ilk prezidenti ilə aralarında fikir ayrılığına səbəb olan bəzi qərarlar qəbul etməyə başlayıb. "Putinin bəzi qərarları Yeltsini qəzəbləndirirdi" deyə, Lukaşenko bildirib.
Lukaşenko əlavə edib ki, Yeltsin prezident vəzifəsindən istefa verdikdən sonra onunla tez-tez görüşüb və Putindən narazılıqlarına görə onu sakitləşdirməyə çalışıb. “Amma "Yeltsin peşman idi...” deyə, Belarus prezidenti bildirib.
Lukaşenko xatırladıb ki, Putinin Kuba və Vyetnamdakı Rusiya hərbi bazalarını saxlamaqdan imtina etməsi qərarı Yeltsini hədsiz məyus edib.
Rusiya mediası yazır ki, Lukaşenko Yeltsin dövründə ölkənin ordusunun dağılmaq həddində olduğunu, məhz Putinin hakimiyyətə gəlişindən sonra ordunun möhkəmlənməsini unudur.
Lukaşenkonun “Yeltsin yaxşı bir prezident və ən əsası sözünün ağası idi” deyərək, Putinin əksinə, heç kimə inanmamasını dilə gətirməsi də Kremldə qıcıq doğura bilərdi.
Belarus prezidenti deyib ki, əvvəl Putin də belə idi: “Mən ona tez-tez deyirdim, bilirsən, Volodya, sən yeməkdə, naharda, dar bir dairədə olanda hər şeyi olduğu kimi görürsən. Ancaq son altı ayda hər şey dəyişdi. Putinin sözlərinə artıq etibar etmək olmaz, o bir şey deyir, hökumət isə başqa bir şeyi edir”.
Onun Yeltsinin portretini cızarkən “böyük, xeyirxah, sözünə sadiq, demokrat” ifadələri işlədir, Putinə gəldikdə isə... “Putin hədiyyə deyil" (“Hе подарок”), "təmkinli və qapalıdır", "heç kimə güvənmir", "KQB-nin yetişdirdiyi zabit" kimi ifadələrdən istifadə edib. Bir sözlə, Lukaşenko Yeltsinlə Putini qarşılaşdıraraq “fərqi hiss edin” demək istəyib.
Lukaşenko Putini “böyük qardaş” adlandırsa da, yenə əlavə edib ki, bu status baxımından böyük qardaşlıq deyil. Yaş və sair amillərlə bağlıdır... Belarus lideri Yeltsinin prezidentliyi dövründə Sankt-Peterburqa rəsmi səfərə gələndə şəhər meri Sobçakın köməkçisi kimi onu teatrda müşahidə edən Putinin “siyasətdə piyada addımlamağa başladığını” xatırlayıb.
O deyib ki, “Putin qərar vermək üçün əlavə düşünməyə ehtiyac olmayan bir kompüterdir. Ancaq yenə də onda insandan çox şey var”. Belarus prezidenti “məsələn, "yaxşı idmançıdır, dar məclislərdə bir stəkan şərab içə, zarafat edib gülə bilər" deyib.
Lukaşenko Putinlə səmimi "kənd üslubunda" münasibət qurmağa çalışıb, lakin Putin "şəhər adamıdır və belə bir səmimi münasibət nəticə verməyib” deyə, prezident əlavə edib.
Onun “heç vaxt Putinlə eyni komandada xokkey oynamıram, amma o, həmişə birgə oynamaq üçün Kolyaya(Lukaşenkonun oğluna-red) zəng edir. Mk.ru yazır ki, bu, “Putinə alçaldıcı mesajdır”. “Yəni guya Putin Kolyanı ona görə öz komandasına çağırır ki, Lukaşenkonun amansız şayba zərbələrindən və hücumlarından qorunsun” deyə mk.ru yazır.
Belarus rəhbəri bir vaxtlar onu "Avropanın son diktatoru" adlandıran Qərb siyasətçələrini yada salaraq bu terminin yavaş-yavaş yoxa çıxdığını deyib, amma yenə Putini yada salıb. “Putinlə görüşəndə ona zarafatla dedim: "Volodya, qulaq as, mən artıq Avropadakı son diktator deyiləm. Və o mənə baxıb soruşur: “Həqiqətən də, Avropanın son diktatorunun mənim olduğumu düşünürsən?” Mən isə heç nə demədim...”
Lukaşenkonun Putinin hakimiyyətinin 2036-cı ilə qədər davam etməyəcəyinə “100 faiz zəmanət verməsi” də Putinin narazılığı üçün əsas ola bilər.(musavat.com)
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
Xəbər lenti
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
Video & Fotoqalereya
Video
Fotoqalereya
