Zakir Qaralov 1 milyard kredit götürüb dövlətə qaytarmır - HƏBS
Ölkədə məmur özbaşınalığı davam etməkdədir. “5-ci kolon” hələ də öz maraqları uğrunda ictimaiyyətdə çaxnaşmalar yaratmaqdadır. Belə görünür ki, islahatların davam etdirilməsinə hələ də güclü ehtiyac var.
Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müsahibəsində bu və ya digər məsələlərə toxunub.
“Ramiz Mehdiyevin komandası həmişə Azərbaycanı Rusiya ilə qorxuzub”
- Hafiz müəllim, Türkiyənin ordusu Azərbaycandadır və hər kəsin gözü Qarabağa yönəlib. Türkiyə ordusu Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün dəstək göstərməlidirmi? Bəzi fikirlər var ki, Türkiyə ordusu Azərbaycanda hərbi bazasını yaratmalıdır.
- İlk növbədə Türkiyə cümhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğana minnətdar olmalıyıq. Eyni zamanda bu ölkənin xarici işlər nazirinə və digər rəsmilərə minnətdarıq ki, Azərbaycanın dar günlərində yanımızda oldular. Əslində bu sualın müzakirəsinə ehtiyac yoxdur. Biz birmillət iki dövlətik. Düşünürəm ki, dünyada ən güclü ordulardan olan Türkiyə ordusu bizi heç vaxt darda qoymaz. Türkiyə ordusunun iradəsi Livanda, Suriyada, İraqda özünü göstərdi. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsində də qardaşlarımız bizi tək qoymayacaq və tək qoymurlar da. Bildiyiniz kimi artıq Naxçıvana, Azərbaycanın digər rayonlarına gəldilər, Azərbaycan ordusuyla birgə təlimlər keçirdilər. Bu da bizim düşmənlərimizdə böyük narahatlıq doğurdu və bu gün də narahatdılar.
Türkiyə ordusunun Azərbaycanda hərbi baza yaratması fikirlərinə gəlincə, bu gün dünya elə bir səviyyəyə çatıb ki, baza yaratmaq söhbətləri boş şeydir. Sadəcə olaraq, Türkiyə, Əfqanıstan, Azərbaycan birlikdə bir günə Dağlıq Qarabağı terroristlərdən azad edə bilər. Amma çox təəssüflə qeyd edirəm ki, içimizdə yenə Türkiyənin ordusuna qara yaxmaq, nüfuzdan salmaq istəyən qüvvələr var.
“Ramiz Mehdiyevin kadrları “banlamağa” başlayıblar”

- Bu qüvvələr kimlər ola bilər?
- “5-ci kolon”un üzvləri. Ramiz Mehdiyev və komandası həmişə Azərbaycanı Rusiya ilə qorxuzub. O, Rusiyadan da başqa heç bir dövlətə getməyib. Vəzifədən kənarlaşdırılandan sonra, xeyli sayda olan əlaltılarının bəziləri son vaxtlar “banlamağa” başlayıblar. Onların kimlikləri barədə yaxın zamanlarda açıqlamalar da verəcəm ki, onlardan kimlər bu gün Milli Məclisdə oturur, Türkiyənin ordusunun Azərbaycanda olması ilə Rusiyanı qıcıqlandırarıq deyənlər kimlərə işləyir. Bir neçə ay bundan öncə də müsahibələrimdə demişdim ki, Ramiz Mehdiyevin Milli Məclisdə kadrları çoxdur və Prezident İlham Əliyevin bu cür uğurlu addımlarını qəbul edə bilmirlər. Və budur, artıq Ramiz Mehdiyevin kadrları “banlamağa” başlayırlar ki, bu da mənim ictimaiyyətə verdiyim həmin məlumatları təsdiqləmiş olur. Niyə bunların qarınlarına sancı dolub? Çünki Türkiyə ordusu Azərbaycana gəlməklə bunlar anlayıblar ki, Rusiya ordusu kənarda qalır. Əslində onların bu narahatıqları başadüşüləndir. Axı bunları neçə ildir Rusiya saxlayıb. Ordenlərini alıblar, medallarını alıblar, burda Azərbaycanın inkişafına imkan verməyiblər, Azərbaycanın müstəqil dövlət kimi öz sözünü deməyə imkan verməyiblər və dövlət başçısının başını daim Rusiyayla qatmaq istəyiblər. Bu gün də görürlər ki, əlləri hər şeydən çıxıb. Baxın, Ramiz Mehdiyev çıxandan sonra Azərbaycanda haqq-ədalət bərpa olunmağa başlayıb. Düzdür, buna nail olmaq çox çətin məsələdir. Məsələn, kadrların hamısı onun kadrlarıdır. Prezidentin verdiyi əmrləri, sərəncamları icra edən məmurlardır, o məmurların da əksəriyyəti Ramiz Mehdiyevin kamandasındadır. Başlayırlar sobatajlıq etməyə. Məsələn, mənim “dostlarımdan” biri bu yaxınlarda müsahibəsində... nə isə, qalsın, demək istəmirəm... Lazım deyil axı belə danışmaq. Ramiz Mehdiyev sizi necə deputat eliyib, necə orden-medal veribdir. Parlament seçkilərində məntəqəyə xəbər gəlirdi, salonda səsləndirirdilər ki, ağsaqqal onu dedi, bunu dedi, filan bəsməkan. Yəni bunların hamısı bizə bəllidir.
İndi də görürlər ki, artıq Dağlıq Qarabağı işğalçılardan azad etmək zamanı gəlib çatıb, artıq rus ordusunun Azərbaycana təsiri olmayacaq. Putinlə sayn Ərdoğan arasında telefon söhbətləri və digər söhbətlər... Artıq dünya bizim tərəfimizdədir. Türkiyənin də rəsmiləri çıxışlarında kəskin mövqe ortaya qoydular ki, biz heçvaxt imkan vermiyəcəyik ki, ermənilər oyunlarını davam etdirsinlər. Amma “5-ci kolon”un üzvləri imkan vermirlər. Özlərinin əllərinin altında olan jurnalistlərə Turk ordusu barədə qarayaxmalar yazdırırlar. İstəyirlər ki, Türkiyəni bizdən kənarlaşdırsınlar.
“Onun vaxtında Prezidentin fərmanları icra edilmirdi”
- Əslində həmin o məlum qarayaxma məlumat separatçı mətbu orqanlardan birinə məxsus idi.
Hafiz müəllim, siz dəfələrlə qeyd eləmisiz ki, Ramiz Mehdiyev “5-ci kolon”un üzvüdür və Azərbaycan dövlətçiliyinə sadiq olmayan insanlardan biridir. Bəs bu adam niyə həbs olunmur və bu qədər təxribatlar yaradırsa, bu qədər təhlükələr törədirsə həbs etmək lazımdırmı?
- Heç bu adamın çöldə qalmasına, Azərbaycanın havasını udmağa haqqı yoxdur. Onun son müsahibəsini oxudunuz da yəqin. Bu, birbaşa ölkə rəhbərinin siyasi iradəsinin əksinə getmək kimi bir şeydir. Biz MMP olaraq bu məsələlərdə həmişə öz mövqeyimizi ortaya qoymuşuq. Bəzilərindən fərqli olaraq biz heç vaxt Ramiz Mehdiyevin əlindən öpməmişik, heç öpəsi də deyilik. O, son müsahibəsində ortaya qoydu ki, Azərbaycanın əleyhinə xaricdən işləyən qüvvələr onun əlaltılarıdır. Bizə də deyirlər ki, niyə danışırsız, niyə deyirsiz. Buna görə deyirəm ki, bu adam çöldə qalmamalıdır. Ramiz Mehdiyev başdan ayağa cinayətkardır. Azərbaycana anası erməni olan nə qədər kadrlar sırıyıb. Haranı qurdalıyırsan onun kadrları çıxır. Açıq şəkildə onlar da onun müdafiəsinə qalxır. Düzdür, hələ açıq şəkildə bu məsələnin üstünə getmək istəmirik. Ölkədə bu gün vəziyyət elədir ki, hamılıqla çalışırıq sabitliyi qoruyub saxlayaq. Amma Ramiz Mehdiyevin kamandası çalışır ki, bu sabitliyi pozsun. Bir kəlmə ölkə başçısının xeyrinə söz olan kimi başlayırlar xalqı qızışdırmağa. Azərbaycan dövlətinin əleyhinə olan oyunlar aparılır. Kamanda şəklində işləyirlər. Bu gün ölkədə narazılıq yaradanlar Ramiz Mehdiyevin kamandasıdır, bu gün ölkədə nə qədər sobatajlıqla məşğul olan varsa, onun kadrlarıdır.
Bir məsələyə toxunmaq istəyirəm: Cənab Prezident bir neçə il öncə fərman verdi ki, Bakı ətrafında, kənd və qəsəbələrində, müəyyən yerlərdə nə qədər qanunsuz evlər varsa, bunları rəmləşdirin. Görürsünüzmü ki, Ramiz Mehdiyev Korrupsiyaya Qarşı İdarənin rəisi olduğu vaxtlarda ölkədə Prezident tərəfindən verilən fərmanlar yerinə yetirilmirdi. Korrupsiya Azərbaycanda baş alıb gedirdi. Mən faktlarla danışmaq istəyirəm. Bu gün bizim partiyamıza yüzlərlə məktublar, teleqramlar gəlir, hamısında da surəti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya ünvanlanıb. Məsələn, Cəlilabadda bələdiyyənin sədri min neçə yüzsə hektar sahəni götürüb öz qohumlarına veriblər. Soruşanda da deyirlər ki, biz bunun pulunu yığıb veririk başqa yerlərə.
“Deyirdi ki, mənim böyüyüm, ağsaqqalım Ramiz Mehdiyevdir”
- Hafiz müəllim, bilirsiz ki, dəfələrlə aksiyaları, şikayətləri işıqlandırırıq və görürük ki, narazılıq əsasən qeyd etdiyiniz evlərin sənədləşməməsi, yollar və bələdiyyələrdəndir.Yəni bu problemləri həll etmək çətindirmi ki, insanlar bu qədər etiraza qalxmasın?

- Çox asan məsələdir. Sadəcə gərək qəlbin düz ola, dövlətini, dövlət başçısını, xalqını sevəsən. Amma bunlar bizim xalqdan deyil axı. Milləti ayağa qaldırmaq üçün bu narazılıqlar lazımdı axı onlara. Düşünürlər daha nə edək ki, camaat ayağa qalxsın. Cənab Prezident düzəldir, baxırsan bunlar nəsə bir “çepe” elədilər. Neçə ildir fərman verilib ki, sənədləşdirin, hələ də sənədləşdirilməmiş qalıb. Camaat da narazılıq edir ki, bizi yaşadığımız evdən çıxarırlar. Bax bu cür hallardan da bizim satqın düşərgə istifadə edir.
Digər bir məsələni diqqətinizə şatdırım: Şəmkirin icra başçısı Alim Paşa heç vaxt cənab İlham Əliyevin adını çəkməyib. Həmişə deyirdi ki, mənim böyüyüm, ağsaqqalım Ramiz Mehdiyevdir. Bir gedin görün bu Alim Paşa camaata nə zülüm verir. Axı bu niyə o vəzifədə qalmalıdır? Buları heç kim danışmır, biz deyəndə də oluruq pis adam. Bizə deyirlər ad çəkmə. Yaxşı, ad çəkmirik, bunlar hamısı yığılır, yığılır, hamısı gəlir bir nəfərin üzərində fokslaşır. Hamı da deyir cənab Prezident hara baxır, Mehriban xanım hara baxır. Prezident təkdir, neyləməlidir? Bəs onda hökumətin bu üzvləri nəyə lazımdr? Bəs bu nazirlər, icra başçıları kimə lazımdır? Mənim də dediyim onur ki, nə qədər ki, bu ölkədə Prezidentə xəyanət edən qüvvələr var, Azərbaycanda sabitlik olmayacaqdır. Hazırki sabitlik kövrək bir sabitlikdir.
“Zakir Qaralov niyə tutulmamalıdır?”
- Azərbaycan büdcəsi, Azərbaycan sərvətləri Əbülfəz Qarayevdən, Elmar Məmmədyarovdan və digər gedənlərdən sonra talanmırmı?
- Bəli, talanır. Bu gün keçmiş Baş prokuror Zakir Qaralov əgər bir milyarda qədər kredit götürüb, onu dövlətə qaytarıb vermirsə niyə tutulmamalıdır? Əl altından da yüz oyundan çıxırlar. Təbii ki, mən bu sözləri deməklə özümə düşmən qazanıram, sağdan da vururlar, soldan da vururlar, hərə bir söz deyir, söydürürlər məni. Ay qardaşlar, bu insanlar nə daxildə, nə xaricdə farağat durmaq istəmirlər. Özünüz görürsüz, büdcəni talan elədilər, apardılar getdilər. Prezident neyləməlidir? Çalışır ki, camaatın maddi rifahı yaxşı olsun.
Eyni zamanda, Nazirlər Kabinetinin nəzdində yaradılan Operativ Qərərgahı götürək. Qərarların uzadılması, bu qədər də sıxılma nəyə lazımdır? Məsələn, TƏBİB-in rəisi yerində olmayan bir adamdır. İndi kimin adamıdır, mən yaxşı bilirəm. Vaxtilə Milli İstiqlal Partiyasında nalayiq işlərlə məşğul idi. İndi guya qadağaları yumşaldıblar, camaat çimərliyə gedəcək. Elə bil kosmosda yaşayırlar, yerdəki vəziyyəti bilmirlər. Ay qardaşım, sizin hərəkətiniz bu milləti ayağa qaldırır axı. Bunların hamısını mənim ağzımdan eşidəndə də deyirlər dillənmə. Mənim də deməsəm ürəyim partlayır axı, nətər, bunlar mənim millətimə xəyanət eləsinlər, mənim torpağım erməni işğalında qalsın, mənim qardaş Türkiyəmin ordusu gəlsin belə gündə yanımızda dursun, “5-ci kolon”un üzvləri də desin ki, bu, Rusiya-Azərbaycan münasibətlərini korlanacaq?!
Mənim neçə illərdir apardığım mübarizə budur. İndi nə edək ki, taleymiz belə gətirib? İndi nə edək ki, cənab Prezidentin taleyinə gəlib bu nimdaş kadrlar düşüb?
Digər məsələ, pandemiya ərəfəsində Metropolitenin rəisi metroların işləmədiyi bir vaxtda müəyyən yerlərə sərmayələr yatırıb, övladı xaricdə neçə-neçə şirkətlər qurub.

“Nə qədər ki, bu insanlar çöldədir, bu cür sobatajlar davam edəcək”
- Hardan alır o pulları?
- Məsələ də elə budur ki, hardan alır. Bunun özünün pulkəsən maşını da yoxdur. Eldar Mahmudov da deyirdi mənim babamdan qalıb bu pullar. İndi də yeganə məqsədləri ölkədə qarışıqlıq salmaqdır. Qarışıq salsınlar, ölkədə sabitlik pozulsun, Prezidentin başı ölkədəki çaxnaşmanın qarşısını almağa qarışsın, Qarabağ probleminin həlli geciksin, bunlar da keflə yaşasınlar.
Niyə soruşmurlar ki, ay Metropolitenin rəisi, dünən qoyulmusan vəzifəyə, sənin oğlunun xaricdəki şirkətləri hardandı? Yalandır, təkzib ver. Yenə deyirəm, mən bunları deyəndə oluram pis adam, trolların işə salırlar ay aman qoymayın, Hafiz Hacıyev bizi ifşa etdi. Hafiz Hacıyevə bu qədər şikayətlər ünvünlanır, sürəti təhsil nazirindən tutmuş digər məmurlaradək. Siz niyə bu məktubları oxuyub araşdırmırsız, tədbir görmürsüz?
Dediyim odur ki, nə qədər ki, Azərbaycanda bu köhnə qvardiya var, nə qədər ki, Ramiz Mehdiyevin tapşırığıyla seçilən deputatlar var, Azərbaycanda nə xeyir-bərəkət olmayacaq, nə də Qarabağı azad edə biləcəyik. Qarabağı işğaldan azad etmək indi düz qapısının astanasındadır, Türkiyə ordusu yanımızdadır, Ramiz Mehdiyevin də kadrı deyir ruslarla münasibətimiz pozular. Rusiyayla bizim nə işimiz var? Bizim düşmənimiz ermənilərdir. İndi sən Rusiyaya bağlısansa, Ramiz Mehdiyev Rusiyadan tapşırıq alıb deyə bəlkə elə Bakını da verək onlara? Onsuz da Azərbaycanın yarısı ermənilərdir. Ramiz Mehdiyevin hansı kadrın qurdalayırsan, anası erməni, arvadı erməi... Bunlarla Qarabağı almaq olar?
Buna görə də mən bir partiya sədri, 4 dəfə prezidntliyə namizəd, kifayət qədər dediklərimin məsuliyyətini düşünən bir insan kimi hesab edirəm ki, nə qədər ki, bu insanlar çöldədir, Azərbaycanda bu cür sobatajlar davam edəcəkdir. Mən o birisilər kimi yaltaq deyiləm, bir sifətim var, axıra kimi də bu millətimin, dövlətimin, dövlət başçısının yolunda ölümə getməyə də hazıram. Bu torpaq bizimdir, Ramiz Mehdiyevin deyil ki. Biz torpağımızı, dövlətimizi, xalqımızı bunlara etibar edə bilmərik. /kanal13/
Versus.Az
- O da azadlığa çıxdı
13 dekabr 2025 23:31
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 2025 19:28
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 2025 10:57
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 2025 11:49
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 2025 11:03
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
9 dekabr 2025 12:25
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
