Çinin yeni işğal siyasəti: Qazaxıstan dövlət deyil... - Politoloq
Müsahibə12 avqust 2020 14:44
Pekin müxtəlif "vasitələrlə” Qazaxıstana ərazi iddiası irəli sürür”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Onun fikirincə, koronavirusun Çində peyda olması və dünyaya yayılması mövzusu əvvəlki aylarla müqayisədə sanki bir qədər arxa plana keçib:
"Bəzi dövlətlərin virusun peyda olmasıyla bağlı beynəlxalq komissiyanın yaradılması və fəaliyyətə başlaması ideyası da əvvəlki kimi gündəmdə ağırlığını qorumur. Çünki hazırda bütün dövlətlər güclərini və enerjilərini virusla mübarizəyə yönəldiblər. Ancaq virusla mübarizə uğurla başa çatdıqdan sonra virusun necə meydana gəlməsi mövzusu yenidən aktuallaşacaq. Bu məsələni ona görə tədqiq etmək vacibdir ki, gələcəkdə bəşəriyyət oxşar problemlə üzləşməsin və ya əvvəlcədən lazımi tədbirlər görsün. Virus Çinin geostrateji planlarını əsla arxa plana atmayıb. Çin dünyanın virusla mübarizə apardığı aylarda belə böyük dövlətlərin bir qismi ilə, o cümlədən ABŞ, Avstraliya, Hindistan və digərləriylə gərginlik yaratmaqda davam edir. Son vaxtlar Çinin Mərkəzi Asiyadakı qonşusu Qazaxıstanla da münasibətlərində sualların sayı artır. Doğrudur, Astana böyük qonşusuyla birbaşa münaqişədə maraqlı deyil, ancaq Pekinin siyasəti Qazaxıstanı da ciddi narahat etməyə başlayıb”.

Elxan Şahinoğlu qeyd edib ki, bu ilin aprel ayında Qazaxıstan Xarici İşlər Nazirliyi Pekinə nota verib:
"Notaya səbəb Çin mediasında yayımlanan yazılardır. Həmin yazılarda Qazaxıstanın heç zaman dövlət kimi formalaşmadığı və tarixən Çinə məxsus olmasını iddia edilib. Astanaya bəllidir ki, Çində müstəqil media yoxdur. Ona görə qonşu ölkənin mediasında nə yayımlanırsa, bu, Çinin rəsmi strukturların birbaşa himayəsi və sifarişi ilə həyata keçirilir. Deməli, Çinin rəsmi strukturlarında qonşu Qazaxıstana ərazi iddiası kimi fikirlər müzakirə olunur. Halbuki, iki ölkə liderinin 11 sentyabr 2019-cu ildə imzaladıqları ortaq bəyannamədə bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşılması qeyd olunub. Həmin bəyannamədə ayrıca bir bənd də var ki, iki ölkənin rəsmi strukturları mediada ərazi bütövlüyü məsələlərinə diqqət yetirməlidirlər. Görünür, Astana məhz ona görə Pekinə nota göndərib ki, Çin hakimiyyəti imzaladığı bəyanata hörmət etmir”.
Politoloq hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı Qazaxıstan cəmiyyətini də narahat edir:
"Qazaxıstan cəmiyyəti ondan da narahatdır ki, Çin investisiyalar adı altında Qazaxıstanda çinlilərin miqrasiyasını həyata keçirir və bu, bir sıra hallarda toqquşmalara gətirib çıxarır. Qazaxıstandakı fəallar çinlilərə torpaq sahələrinin satılmasının da əleyhinədirlər. Çinin Mərkəzi Asiyada siyasi və iqtisadi ağırlığı getdikcə artır. Mərkəzi Asiya ölkələrinin xarici investisiyalara ehtiyacı var. Nə ABŞ, nə də Rusiya Mərkəzi Asiyaya milyardlarla dolar investisiya yatırmaq istəmirlər, çünki bunun iqtisadi səmərəsini görmürlər. Yeganə Çin dövlətidir ki, Mərkəzi Asiyaya milyardlar yatırır. Ancaq bu yatırımların arxasında Pekinin siyasi məqsədləri var. Mərkəzi Asiya ölkələrindən Çindən gələn bu təhlükəni ilk olaraq Qazaxıstan hiss edib. Qazaxıstanda virus peyda olanda yoluxanların sayı sürətlə artdı. Pekin Qazaxıstana həkimlər göndərdi. Ancaq haqqında danışılan yardım Astananı məmnun etmədi. Birincisi, çinli həkimlərin bir qismi xəstələrlə birbaşa ünsiyyətdə çalışmaq istəmədilər. Onlar bunu belə əsaslandırlar ki, guya onlara verlən qoruyucu geyimlər təhlükəsiz deyil. İkincisi, çinli həkimlər şayiə yaydılar ki, guya Qazaxıstanda koronavirusdan da təhlükəli virus yayılıb. Çinin Astanadakı səfirliyi daha uzağa gedərək vətəndaşlarını Qazaxıstan ərazisində ehtiyatlı olmağa çağırdı. Qazaxıstan Səhiyyə Nazirliyi bütün bu iddiaların əsasız olduğunu açıqladı”.
Politoloq bu arada, avqustun 3-də Qazaxıstan sakini Serik Ajibay Çinin Almaatadakı konsulluğu qarşısında təkbaşına etiraza çıxdığını vurğulayıb: "Serik Ajibay Çinin Qazaxıstandakı səfiri Cjan Syaonun açıqlamasına etiraz edirdi. Çinin səfiri deyibmiş ki, əgər Qazaxıstanda kimlərsə inqilab etmək istəsə, Çin qoşunlarını Qazaxıstana göndərilə bilər. Bu açıqlamada da Qazaxıstanın müstəqlliyinə həqarət və təhlükə var. Qazaxıstanlı nümayişçi konsulluq qarşısında bu şüarı səsləndirib: "Biz Çinin muxtar ərazisi deyilik, müstəqil dövlətik. Daxili işlərimizə qarışmayın!”. Çinin Almatadakı konsulluğu qarşısında bu ilin əvvəlində başqa bir etiraz da olmuşdu. Qazaxıstan sakini Baybolat Kunbolat Çində itən qardaşı barədə məlumat verilməsini tələb edirdi. Bu Çində qeyb olan uyğurlar və qazaxlar barədə ilk məlumat deyil. Belələrinin sayı getdikcə artır. Uyğurların və qazaxların Çindəki "əmək düşərgələrində” saxlanıldıqlarına dair məlumatlar azalmır. Bu, Çin hakimiyyətinin ölkədəki tükdilli xalqlara qarşı nifrətinin nümayişidir”.
Oxşar xəbərlər
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
