Nazirlikdə diplomatlarla pullar oğurlanıb: İstintaqla bağlı yeni sensasion xəbər…
Dövlət Təhlükəsizlik Xidmətinin ötən ayın 3-ü və 10-da Xarici İşlər Nazirliyində (XİN) apardığı antikorrupsiya həbslərinin miqyası böyüməkdədir. Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə XİN əməkdaşının həbsindən sonra nazirlikdə digər rəhbər şəxslərin, nazir müavinlərin də istintaqa cəlb olunacağı gözlənilirdi.
Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr zamanı yarıtmaz “evdən işləmək” özfəaliyyətindən sonra biabırçı şəkildə işdən uzaqlaşdırılması istintaqın işinin daha da sürətlənəcəyini göstərirdi.
Musavat.com-a daxil olan yeni xəbərə görə, XİN strukturlarındakı həbslərdən sonra başlamış cinayət işində sensasiya doğuran yeni faktlar üzə çıxıb. Bildirilir ki, cinayət işinin istintaqı həm nazirliyin özündə, həm ayrı-ayrı xarici ölkələrdəki səfirliklərdə, daimi nümayəndəlik və konsulluqlarda maliyyə-təsərrüfat pozuntularını üzə çıxarıb.
Külli-miqdarda yeyintiləri əhatə edən maliyyə pozuntularının konkret həcminin müəyyən edilməsi üçün hazırda Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır. Yoxlamaların ilkin nəticələrinə görə, mənimsənilən vəsaitlər milyonlarla manatı əhatə edir. Bununla bağlı da yaxın günlərdə bəzi diplomatlar istintaqa cəlb olunacaqlar. Onların arasında ictimaiyyətə yaxından tanış olan şok isimlər də var. Rezonans doğuran həbslər də gözlənilir.
Xəbər verdiyimiz kimi, xarici işlər nazirinin iki müavinin - Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırıblar və uzun sürən sorğu-suala çəkiliblər. Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi kimi yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir. Doğrudur, müavinlərdən yalnız biri - Ramiz Həsənov belə bir faktın olduğunu təkzib edib. O, hətta deyib ki, guya onun kurasiya etdiyi sahə fərqlidir və həbs edilənlərlə heç bir əlaqəsi yoxdur. Amma R.Həsənovun hansı sahəni kurasiuya etdiyi barədə nazirliyin rəsmi saytında məlumat var. Eləcə də istintaqa cəlb edilən Nadir Hüseynovun da kurasiya etdiyi sahə aydın göstərilib.
Məlumdur ki, N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyir. Konsulluq İdarəsi də Nadir Hüseynovun kurasiyasında olub. Nazirliyin İşlər İdarəsinin müdiri, həbs edilən Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadə isə Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər.
Yeri gəlmişkən, R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. Jurnalistlərin yaxşı tanıdığı, XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavininin qaynıdır. Hazırda o da Braziliyada səfirdir.
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
7 aprel 2026 21:19
- Prezident onu nazir müavini təyin etdi
7 aprel 2026 20:52
- Prezident onları təltif etdi - Siyahı
7 aprel 2026 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
7 aprel 2026 15:34
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
7 aprel 2026 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
7 aprel 2026 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
7 aprel 2026 13:53
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
7 aprel 2026 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
