General Həşimovu vuran kapitan Milli Qəhrəman adına təqdim olundu...
Tarixdə elə hadisələr olub ki, onun həqiqiqət olduğu baş verdiyi gün, ay, ildə deyil, bəzən illərdən sonra öz təsdiqini tapıb. Tovuz döyüşləri yaşadığımız günlərdə baş versə də, xeyli suallara hələ aydınlıq gəlməyib və görünür, zamana ehtiyac var. Aydın olan isə odur ki, düşmən Tovuz döyüşlərində fərqlənən hərbçilərini yüksək mükafatlara, bir kapitanı isə ən yüksək ada-Milli Qəhrəman adına təqdim edib.
Qeyd edim ki, Ermənistanın indiyədək cəmi 17 milli qəhrəmanı var. Milli Qəhrəman adı Ermənistanda yalnız hərbçilərə aid deyil, erməni xalqı qarşısında xidmətləri olan, vətəndaşlığından və milli mənsubiyyətindən asılı olmayaraq erməni xalqına olan xidmətinə görə verilir. Misal üçün sonuncu dəfə Milli Qəhrəman adı Argentinada yaşayan Ernekyan Eduardoya verilib. “Ermənistanın çiçəklənməsi və yenidən qurulmasında əvəzsiz xidmətlərinə görə”. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində son döyüşlərdə iştirak edən bir qrup hərbçiyə ən yüksək dövlət mükafatlarının verilməsi barədə prezident Armen Sarkisyana müraciət təqdim edib. O, bu barədə Prezidentlə vacib telefon danışığının olduğunu qeyd edərək Facebook səhifəsində yazıb. Paşinyan yazır: “Tavuşdakı döyüşlərdə 16 iştirakçını 1-ci dərəcəli Döyüş Xaç ordeni, 55 hərbçi 2-ci dərəcəli Döyüş Xaç ordeni, Kapitan Ruben Sanamyan isə Milli Qəhrəman adına layiq görüldü. Elə indicə, kapitan Sanamyanla görüşmək şərəfinə nail oldum " Onun sözlərinə görə, bu, Tovuz döyüşlərində iştirak edənlərin, Ermənistan ordusunun əsgərlərinin, zabitlərinin və generallarının qəhrəmanlıqlarına layiqli bir hörmət və qiymətdir. Kapitan Sanamyan 2012-ci ildə 2-ci dərəcəli "Döyüş Xaç" ı aldığı məlumdur. 25 sentyabr 2016-cı il tarixində Dilican şəhəri günü "Təşəkkür" mükafatını alıb. "Marşal Baqramyan" medalına da layiq görülüb. Məsələ tam aydındır. Kapitan Sənəmyan Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla yüksək rütbəli Azərbaycan zabitlərini bir atışla öldürdüyünə görə ona milli qəhrəman adı veriləcək. Qeyri-adi heç nə yoxdur. Erməni generalını öldürən Azərbaycan hərbiçisinə mən də general rütbəsi verilməsini istərdim. Təəssüf ki, yoxumuzdur və yoxdan Allah da bezardır. Mən üzümü kapitanlarımıza yox, generallarımıza tuturam: General kolleqanızın qisasını almaq üçün Sizlər nə vaxt erməni generalını öldürüb Milli Qəhrəman adı almağa namizəd olacaqsınız?
İlham İsmayıl
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
