11 yaşında zorla ərə verildi, 18 yaşında quldurbaşı, 31 yaşında isə deputat oldu...
Kriminal15 avqust 2020 18:58
“Kömək üçün dəfələrlə əlimi uzatdığımda heç kimi tapa bilmədim. Mənə cani dedilər. Özümü heç vaxt yaxşı insan olaraq görməmişəm, amma cani də deyiləm. Etdiklərim kişilərin mənə yaşatdıqlarını onlara geri qaytarmaq idi. Vəhşi meşədə həyatda qaldım. İndi də mənim yaşadıqlarımı yaşayan insanlara kömək etmək məqsədilə yaşamaq üçün Tanrıya dua edirəm”- bu sözlər Hindistanda “ Quldurlar kraliçası” olaraq adlandırılan Phoolan Deviyə məxsusdur.
Demokratik quruluşun mövcud olmadığı, iqtisadi vəziyyətin, təhsil səviyyəsinin aşağı olduğu ölkələrdə insanların həyat standartlarının da aşağı olması və təbəqələşmənin yaranması labüd prosesdir. Bu tip ölkələrin demək olar ki, hamısında qeyd olunan prosesin ən acı nəticələrini qadınlar yaşayır. Çünki onlar yoxsul və səfalət içində doğulmanın əzablarından başqa , belə ölkələrdə cinsi ayrı-seçkiliyin ağrılarını da öz çiyinlərində daşıyırlar.
Qadınlara qarşı zorakılığın, təcavüzün, uşaq yaşda evliliklərin , təhsildən uzaqlaşdırılmanın pik həddə olduğu ölkələrdə qadınların böyük hissəsi bu vəziyyətlə razılaşsa da, bir hissəsi intiharla həyatına son versə də , mövcud şəraitsizlik bəzən dirənən, haqqını tələb edən , sonuna qədər mübarizə aparan və sonunda böyük uğurlar qazanan qadınlar da yetişdirir.
Qadın hüquqlarının yox sayıldığı ölkələr arasında Hindistan adı ilk sıralarda gəlir. Haqqında bəhs etmək istədiyim Phoolan Devi də 1963-cü il 10 avqustda Hindistanın quraq, təsərrüfata yararsız , sənayenin inkişaf etmədiyi , bütün yeniliklərdən geridə qalan bölgəsində dünyaya göz açıb. Baba və nənəsinin vəfatından sonra ailəyə rəhbərlik əmisinə keçir . Lakin əmisi və əmisioğlunun ailəyə məxsus torpaq üzərində ağalıq etməyə çalışması və atasının da buna səssiz qalması Phoolan Devinin hələ uşaq yaşında ailəsinin haqqını tək müdafiə etməyə çalışmasına səbəb olur. Phoolanın sərt etirazının qarşısını almaq məqsədilə əmisioğlu ona “münasib” ər namizədi tapır və 11 yaşındaykən özündən 20 yaş böyük birilə evləndirilir. Evlilikdən sonra gördüyü şiddət və təcavüz səbəbindən dəfələrlə evdən qaçsa da yenidən ər evinə geri qaytarılmışdır. Bir neçə il sonra ailəsinin yanına qayıtmağa müvəffəq olsa , amma ərindən ayrılmış qadın olaraq cəmiyyətdə xoş qarşılanmır. Etiraz səsini ucaltdığı üçün bu dəfə əmisioğlu tərəfindən oğurluqla şərlənərək həbs etdirilir. Həbsdə də şiddət və təcavüzə məruz qalır. Həbsdən çıxdıqdan sonra qulduq dəstəsi tərəfindən qaçırılır və bu dəfə də dəstə rəisinin təcavüzünə məruz qalır, amma öz kastasından olan Vikram adlı quldurla birləşərək rəisi öldürüb dəstəyə birlikdə rəhbərlik etməyə başlayırlar. Phoolan Devi həyatında ilk dəfə bir kişiyə güvənir. Birlikdə varlıların evlərin soyurlar, adam qaçırırlar, zorla evləndirildiyi ərinin kəndinə basqın edirlər. Bir nəfəri bıçaqlayıb , onu “ yaşlı adamlara kiçik qızlarla evlənməmələri üçün xəbərdarlıqdır” qeydi ilə birlikdə yol kənarına qoyurlar. İki quldur tərəfindən Vikramın öldürülməsi ilə yenidən şiddət və təcavüzlü günlər başlayır. Dostlarının köməyilə düşdüyü vəziyyətdən xilas olduqdan sonra Vikramı öldürənlərin olduğu kəndə gələrək onların təslim olmaqlarını tələb etdi və tələbi yerinə yetirilmədikdə isə 22 nəfəri öldürdü. Bu hadisə “Behmai qətliamı” olaraq anıldı. Bundan sonra üst kastadan olan varlı insanların hədəfə alındığı soyğunlar həyata keçirdi. Beləliklə, Phoolan Devi kasıbların , haqqı yeyilənlərin qəhramanına çevrildi. Polis də bu iş qarşısında aciz qalmışdı. Phoolan Devi 4 il dağlarda qaçaq həyatı yaşayır və nəhayət ki, İndra Qandi hökümətinin 1 il ərzində apardığı danışıqlar nəticəsində bəzi şərtlər irəli sürərək təslim olmağı qəbul edir. Şərtlərə görə özü və adamları asılmayacaq, adamlarına səkkiz ildən çox həbs cəzası verilməyəcək, qardaşı işlə təmin olunacaq, haqqı olan torpaqlar isə atasına geri qaytarılacaqdı. 1983-cü ilin Fevralında 8-10 min sevəni qarşısında təslim olur. Məhkəməsi olmadan 11 il həbs həyatı yaşayır. Bu müddət ərzində haqqında kitab yazıldı və film çəkildi. Şiddət və təcavüzə uğraması çox qabardıldığından haqqında çəkilən filmi bəyənmir.
1994-cü ildə həbsdən çıxır , aşağı kastadan olan insanların dəstəklədiyi “Samajwadi” partiyasına üzv olur. Evlənir. 1996-cı ildə parlamentə seçilir. Növbəti seçimdə uduzsa da 1999-cu il seçimlərində yenidən seçilərək parlamentə geri qayıdır. 2001-ci ilin İyun ayında parlament binası önündə sui-qəsd nəticəsində öldürüldü. Sui-qəsdçi “Behmai qətliamı”-nın intiqamını almaq məqsədilə bunu etdiyini desə də, hadisə şahidləri Phoolan Devinin bir neçə insanın silahlı hücumuna məruz qaldığını bildirirlər.
Bahar Camal
Oxşar xəbərlər
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
1 aprel 2026 10:39
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
Xəbər lenti
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
Video & Fotoqalereya
Video
Fotoqalereya
