Eldar Həsənovdan sonra səfirlər xaricdən sığınacaq istəyə bilərlərmi – iki deputatdan rəy
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub. Məlumatı Dövlət Təhlükəsizlik Xidməti (DTX) yayıb. DTX-nın məlumatında deyilir ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Eldar Həsənov bir neçə gün idi ki, Azərbaycandadır.
O, Azərbaycana rəsmi səfərə gəlmiş Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviçi müşayiət edirdi. DTX bundan əvvəl Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərini həbs edib. Onların arasında Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov var. Barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslər vəzifə səlahiyyətindən sui-istifadəetmə, mənimsəmə, rüşvət almaqda ittiham olunurlar. XİN və strukturlarında gerçəkləşən həbslər, aparılan yoxlamalar davam edir.
Belə xəbərlər var ki, bir neçə səfir və konsulun geri çağırılması, həbs məsələləri də gündəmdədir. Bəs bu olanlardan, xüsusilə də Eldar Həsənovun həbsindən sonra səfirlər və digər diplomatik şəxslər kütləvi şəkildə xaricdən sığınacaq istəyə bilərlərmi?
Deputat Fazil Mustafa “Yeni Müsavat”a deyib ki, səfirlərin, konsulların istintaqdan gizlənmək üçün ölkəyə gəlməməsi deyə bir şey yoxdur:
“Amma kimlər ki, hər hansı bir qanunazidd əməl törədiblər, onlarla bağlı addımlar atıla bilər. Xarici İşlər Nazirliyində, səfirliklərmizdə kifayət qədər professional, öz işini bilən, öz işinə vicdanla yanaşan işçilər var. Kimlər günahkardırsa, təbii ki, məsuliyyətə cəlb olunmalıdırlar”.
Fazil Musatafa
Fazil Mustafa deyir ki, xüsusən də diplomatların barələrində konkret fakt olmadan istintaqa cəlb edilmələri mümkün deyil: “Bu adamlar toxunulmazlığı olan şəxslərdir. Bu məsələlərdə müvafiq dövlət orqanları fərqli taktika seçirlər. Dövlət orqanlarının bu kateqoriyadan olan şəxslərin həbsinə əllərində fakt olmadan getmələri inandırıcı görünmür”.
Fazil Mustafa həbs olunan səfir Eldar Həsənova və digər XİN rəsmilərinə verilən ittihamların təsdiqlənib-təsdiqlənməyəcəyi haqda suala belə cavab verib:
“İndiki halda Xarici İşlər Nazirliyinin yarıtmaz fəaliyyətinin müəyyən detalları ortadadır. Ona görə də bu nazirliklə bağlı narahatlıqlar cəmiyyətdə qalır. Amma bütün diplomatların hədəfə götürülməsi yanlışdır. Azərbaycanın kifayət qədər hazırlıqlı, vicdanlı diplomatları var”.
Deputat rüşvət və korrupsiyadan istifadə etməklə səfir təyinatı məsələlərinin də araşdırılmasının vacibliyini vurğulayıb: “Harda ki, rüşvət və korrupsiya var, səfirin bu istiqamətdə fəaliyyəti var, əlbəttə ki, bu məsələ mütləq şəkildə araşdırılmalıdır”.
Deputat Elman Nəsirov mövzu ilə bağlı Müsavat.com-a bildirib ki, bu gün baş verən məsələlərə qətiyyən təəccüblənmək lazım deyil: “Ölkə prezidenti cənab İlham Əliyev son dövrlərdə məmurlara dəfələrlə xəbərdarlıq edib ki, xalqa ləyaqətlə xidmət etmək lazımdır. Bu gün 5 icra başçısı həbsdədir, 2 nazir – mədəniyyət və xarici işlər nazirləri işdən çıxarılıblar. Onların rəhbərlik etdikləri nazirliklərdə həbslər həyata keçirilib.
Eyni zamanda Azərbaycan Respublikasının Serbiya, Bosniya, Hersoqovina və Monteneqrodakı səfiri Eldar Həsənov həbsə alınıb. Cənab prezident son çıxışlarının birində məhz diplomatik fəaliyyət sahəsi ilə bağlı danışarkən qeyd etdi ki, müəyyən şübhələrimiz var. Xarici ölkələrdəki nümayəndəliklərdə xidmət edən şəxslərin fəaliyyətində Azərbaycan əleyhinə nüanslar haqda informasiyaya malikik və araşdırmalar aparılır. Müəyyən şübhələr var.
2015-ci ildə Arif Məmmədovun Azərbaycan dövlətçiliyi əleyhinə davranışı, antiAzərbaycançı dairələrin yanında yer alması faktı da bəlli idi. Bu istiqamətdə daxil olmuş siqnallar əsasında araşdırmalar aparılıb. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin saxladığı Eldar Həsənovla bağlı da qeyd olunur ki, iri həcmdə dövlət vəsaitlərinin mənimsənilməsi, iqtisadi sahədə cinayət faktları üzə çıxıb. İstintaq gedir və digər istiqamətlər üzrə də digər məqamlar ortaya çıxa bilər”.
Elman Nəsirov
Deputatın fikrincə, Azərbaycan diplomatlarından xarici ölkələrdə qalmaq yolunu tutanlar olarsa, bu avtomatik olaraq həmin şəxslərin fəaliyyətində Azərbaycanın milli maraqlarına zidd məqamların olduğuna əsaslı şübhələr yaradacaq: “Səfir, səfirlik işçisi ölkəyə qayıtmaq istəmirsə, deməli, hansısa hüquqazidd əməli var. Cənab prezident dəfələrlə vurğulayıb ki, hər kəs qanun qarşısında bərabərdir və kimliyindən asılı olmayaraq fəaliyyətində cinayət tərkibi olan istənilən şəxs – istəyir nazir olsun, istəyir səfir olsun, icra başçısı olsun - həbs olunacaq, qanun qarşısında cavab verəcək. Azərbaycanda cəzasızlıq rejimi ola bilməz”.
Deputat deyir ki, Azərbaycan hüquqi dövlətdir və yekun qərarı məhkəmə qəbul edir: “İndiki halda kimlər saxlanılıbsa, onlarla bağlı müəyyən şübhələr var, bu və ya digər məsələdə təqsirli hesab olunurlar. Ancaq yenə də yekun sözü məhkəmə deyəcək”.
Səfir Eldar Həsənovun korrupsiyaya görə həbs edilməsi fonunda işdən çıxarılmış xarici işlər naziri Elmar Məmmədyarovun eyni əməllərə görə azadlıqda qalmasına münasibət bildirən deputat deyib ki, hazırda istintaq gedir: “Proses davam edir, yekunlaşmayıb ki, işdən çıxarılan xarici işlər naziri ilə bağlı qərar verilsin. İstintaq yekunlaşmayıb ki, kimlərinsə istintaqdan kənar qalması, əməllərinə görə adekvat cəza almaması qənaəti qətiləşsin. Prosesin yekununda hər kəsin əməlinə uyğun qərar veriləcək. Qanun qarşısında kimsənin xüsusi imtiyazı yoxdur. Ona görə də tələsməyək”.
Eldar Həsənov
Elman Nəsirov deyir ki, pul, rüşvət qarşılığında XİN xətti ilə vəzifələrə təyinat, səfir göndərilmə məsələlərinin həllini mətbuatdan oxuyub: “Azərbaycanın 57 ölkədə səfirliyi var və həmin səfirliklərdə kifayət qədər savadlı, bacarıqlı diplomatlarımız çalışır. Onlardan bəzilərinin qeyri-adekvat davranışı və Azərbaycanın milli maraqlarına zidd davranışı bütövlükdə Xarici İşlər Nazirliyinin, diplomatik korpusun, diplomatlarımızın üzərinə kölgə salmamalıdır. Hansısa səfirin rüşvət müqabilində təyinatı ola bilər. Amma bütövlükdə bu məqamı bütün səfirlərə şamil etmək düzgün deyil. Bəli, mətbuatdan 1 milyon dollara səfir təyinatını oxumuşuq, amma təsdiq olmalıdır. Bu faktlar, versiyalar araşdırılmalıdır. 1 səfir haqda belə xəbər varsa, qalan 56 səfiri ittiham etmək olmaz”.
Elmar Məmmədyarovun fəaliyyətinin yarıtmazlığı, XİN-də rüşvət və korrupsiya mexanizmlərinin işlək olması haqda xəbərlər DTX əməliyyatlarından öncə mətbuatda vardı və bu məlumatlar baş tutan antikorrupsiya əməliyyatları ilə təsdiqini tapdı. Elman Nəsirov deyir ki, mətbuatda yer alan məlumatlar araşdırılır, müvafiq addımlar atılır: “Mətbuatda yer alan məsələlərə müvafiq hüquq mühafizə orqanları reaksiya verirlər. Xarici işlər nazirinin işdən uzaqlaşdırılması rəhbəri olduğu qurumda baş verən neqativ hadisələrlə bağlı oldu. Xarici işlər nazirinin istintaqa cəlb olunması, perspektivdə həbsi məhkəmənin qərarından asılı olacaq. Bu qərar təkzibedilməz faktlara söykənməlidir. Heç bir şəxs məsuliyyətdən kənar qala bilməz. Heç kimin toxunulmazlığı yoxdur, cənab prezident dəfələrlə bunu söyləyib. Bu baxımdan narahatlığa əsas görmürəm. DTX-nın son əməliyyatları da göstərdi ki, ölkəmizdə neqativ hallar – korrupsiya və rüşvətxorluğa qarşı, sui-istifadə hallarına qarşı çox ciddi tədbirlər görülür”.
Deputat deyir ki, XİN-in digər dövlət strukturlarında baş verənlərlə bağlı oxşar cəhətləri ilə yanaşı fərqli tərəfləri də var: “Xarici İşlər Nazirliyində görülən tədbirlərin özəllikləri də var. Çünki Xarici İşlər Nazirliyində başqa qurumlardakı dövlət vəsaitlərinin mənimsənilməsi, korrupsiya ilə yanaşı XİN strukturlarında işləyən şəxslərin xariclə də bağlı müəyyən bağlantıları olur.
Təbii ki bu əlaqələr Azərbaycan dövlətinin milli mənafelərinin qorunması baxımından gerçəkləşir. Ancaq qorunmayacağı, kölgə salacağı, milli maraqların ziddinə gedəcəyi təqdirdə təbii ki, xəyanət kimi qiymətləndiriləcək. Ona görə də hər bir məqam araşdırıldıqdan, sübutlarla bərkidildikdən sonra məhkəmənin qərarı ilə müvafiq addımlar atılır. Yaxın zamanlarda çox ciddi addımların atılacağına şahidlik edəcəyik”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49