- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
- Azərbaycan Çindən səkkiz min tabut aldı
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
Papaqçıya ərə gedən Xan qızı -Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi
Mədəniyyət17 avqust 2020 08:23
Bu gün XIX əsrin görkəmli qadın şairəsi Xurşidbanu Natəvanın doğum günüdür.
kulis.az şairənin həyatı haqqında maraqlı faktları təqdim edir.
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub.
***
Mehdiqulu xan ona ona anasının adını vermişdi. Mehdiqulu xanın yeganə övladı olduğu üçün onu "Dürrü yeкta” (Təк inci), el arasında isə "Xan qızı” çağırmışlar.
***
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir.
***
Xasay xanla evləndikdən sonra Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızı 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edirlər. Bu ziyarətdən bir il sonra 1855-ci ildə onların oğlu Mehdiqulu xan, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlir.

Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar.
***
Natəvan 1869-cu ildə könlünə yatan Seyid Hüseyn adlı kasıb bir (təbii ki, Seyid Hüseyn Xan qızı kimi var-dövlət sahibi deyildi - F.X.) şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar olub. Papaqçı idi. Bu evlilikdən də Natəvan xanımın üç oğlu dünyaya gəlib.
***
Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salır. Oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.

Seyid Hüseyndən olma oğlu Mir Abbas 17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət Xan qızı bu ağır dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və pzünə Natəvan(zəif, gücsüz) təxəllüsünü götürür
***
Yaradıcılığa IXI əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, cüzi hissəsi günümüzə gəlib çatıb. 1870- ci ildən etibarən Natəvan təxəllüsü ilə qəzəllər yazıb.
***
Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə onun Bakıda məşhur fransız yazıçısı Aleksand Düma ilə görüşməsi olub. Xasay Xanın mükəmməl fransız dili bilgisi nəticəsində onlar dostlaşmışdılar. A. Dümanın "Qafqaza səyaht" kitabında bu görüş haqqında məlumat öz əksini tapıb.

Natəvan 1873-cü ildə Şuşadan yeddi kilometr aralı olan Sarı Baba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirimiş, sonra böyük su anbarı tikdirmiş, hovuz, hamam və buzxana düzəltdirib. Şəhər əhalisinin gəzintisi və istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırıb.
***
Tarixdən məlumdur ki, Xurşudbanu Natəvan oğlu Mehdiqulu xana qırx gün qırx gecə toy çaldırıb. Bu toyda XIX əsrin məşhur xanəndələri, aşıqları iştirak ediblər. Məsələ ondadır ki, toy üç hissədən ibarət olub. Birinci məclisə əsilzadələr, ikinci məclisə sənətkarlar, üçüncü məclisə isə yoxsullar dəvət olunub. Adətə görə qadınlar gündüz, kişilər axşam toya gələrdilər. Bu toyun ən yaddaqalan məqamlarından biri də budur ki, Xan qızı qırx gün qırx gecə Qarabağın bütün kasıb kəndlilərinə yemək paylayıb, plov vermiş, hər dəvətliyə bəxşiş bağışlamışdır. Toyda xələt yığılmamış, əksinə, Xurşudbanu özü qonaqlara hədiyyələr verirmiş.
***
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoyur.
***
Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kəngərli məntəqəsində yarımçıq qalmasına səbəb olur.
***
Şairənin həyatının son illəri daha acınacaqlı keçib. O, yaylaqlarını və yararlı torpaqlarını itirərək var-yoxdan çıxır, borca düşür. Hətta dövrü mətbuatda çıxan xəbərlərə görə o, ağır maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını açıq satışa qoymuşdu.(Bakinskie quberrnckie vedomosti” qəzeti, ¹ 43; Yenə orada, 1896, ¹ 5.)
***
Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda "Imarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.
Oxşar xəbərlər
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
2 yanvar 2026 12:10
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
1 yanvar 2026 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
1 yanvar 2026 20:22
- İlham Əliyev onları təbrik etdi
1 yanvar 2026 13:15
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 2025 22:11
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 2025 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 2025 18:27
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 2025 20:55
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
Xəbər lenti
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
02 yanvar 11:30
- İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi
02 yanvar 11:13
- Polad Həşimovun doğum günüdür
02 yanvar 11:07
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
01 yanvar 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
01 yanvar 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
01 yanvar 15:08
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 yanvar 13:44
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
01 yanvar 13:30
- İlham Əliyev onları təbrik etdi
01 yanvar 13:15
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
31 dekabr 15:33
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 11:02
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 10:10
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 23:52
- Prezidentdən bayram paylaşımı - Foto
30 dekabr 23:43
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 23:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 11:00
- Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət
30 dekabr 10:39
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 21:14
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
Video & Fotoqalereya
Video
Fotoqalereya
