Sumqayıt icra Hakimiyyəti 1 ay əvvəl yaranan şirkətlərə yüzminlərlə vəsait ayırır - MÜƏMMA
Reportaj19 avqust 2020 17:35
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Urban Trade” MMC olub.
Yeniavaz.com xəbər verir ki, "Urban Trade” MMC Sumqayıt şəhər İcra Hakimiyyəti sifarişi əsasında 18 saylı uşaq bağçasının və şəhər icra hakimiyyətinin xidməti avtomobil qarajlarında təmir işləri həyata keçirəcək. Bu iş üçün İcra Hakimiyyəti "Urban Trade” MMC-yə 63 min 15 manat ödəyəcək.
Bundan başqa "Urban Trade” MMC Sumqayıt şəhər İcra Hakimiyyətinə 113 min 437 manat dəyərində elektroavadanlıqlar satacaq.
Rəqmlərdən də göründüyü kimi "Urban Trade” MMC Sumqayıt şəhər İcra Hakimiyyətindən ümumilikdə 176 min 452 manat alacaq.
Məlumat üçün bildirək ki, "Urban Trade” MMC cəmi 3 ay əvvəl – 13.05.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin tender elanı iyun ayında elan olunub. Bu isə o deməkdir ki, tenderin qalibi olan MMC tender elanının verilməsindən cəmi bir ay əvvəl yaranıb.
Onu da bildirək ki, "Urban Trade” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi bir ay əvvəl yaranan və 176 min manatlıq tenderin qalibi olan MMC Sumqayıt şəhəri, Məh 7,8,12, ev 92A, m. 24 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Turan Şahin oğludur.
Onu da bildirək ki, Cəbrayılov Turan Şahin oğlu adlı fərdi sahibkar (VÖEN – 2904215672) bu ilin aprel ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub və İcra Hakimiyyətinə 104 min 145 manat dəyərində dəftərxana malları satıb.
"Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı...
Cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınan şirkətin hansı peşəkarlığa sahib olacağı müəmma olaraq qalır.
Xatırladaq ki, bu cür müəmmalı tender müsabiqləri Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər də dəfələrlə keçirilib. Belə ki, bu ilin aprel ayında İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınan "Vertex Marketing” və "Bertfon SS” şirkətləri olub. Hər iki şirkətin qanuni təmsilçisi eyni şəxs - Hüseynov Faiq Cümşüd oğludur.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən ümumilikdə 388 min 688 manat dəyırində tender udan "Vertex Marketing” və "Bertfon SS” şirktləri 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 13 MKR, ev 47, m 18 olub. Nizamnamə kapitalları cəmi 10 manat olan bu şirkətlərin qanuni təmsilçisi Hüseynov Faiq Cümşüd oğludur.
"Dövlət Satınalmaları Haqqında” Qanunun 25-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, "Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü əvvəl elan olunmalıdır”.
Maraqlıdır ki, 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətlər cəmi bir ay sonra 18.04.2020-ci il tarixində tenderin qalibi elan olunublar.
Bundan başqa, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 15.02.2020-ci il tarixində elan olunan "Hacı Zeynalabdin qəsəbə küçə və yollarının asfalt örtüyünün təmiri işlərinin satın alınması” adlı tender müsabiqəsinin qalibi 2 gün əvvəl – 13.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınan "Səba 77” MMC olub.
Oxşar xəbərlər
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
