Ramiz Mehdiyev həbs olunmalıdırlar
“Ramiz Mehdiyevin nəvəsinə karantin vaxtı toy etdiyini eşidəndə və məclisdən videonu görəndə bir daha əmin oldum ki, onun barəsində bu günə qədər dediklərimdə yanılmamışam”.
Bu sözləri Reportyor.info-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AMEA prezidentin Ramiz Mehdiyevin nəvəsinə toy etməsi, həmin məclisdə vəzifəli şəxslərin iştirak etməsi haqda danışarkən bildirib. H.Hacıyev qeyd edib ki, R.Mehdiyev ölkədə dövlət içində “dərin hökumət” yaradır və prezidentə xəyanət edir: “Mən həmişə bunu deyirdim və bu gün baş verənlər sözlərimi növəbti dəfə təsdiqlədi. Üstəlik, keçmiş rektor Abel Məhərrəmovun ona yaltaqlanması, ucuz, yersiz sözlər deməsini, tost söyləməsini görəndə çox üzüldüm. Biz Qərbi Azərbaycanlılar bu cür məddahlığı bəyənmirik. Və bu məclisdə Ramiz Mehdiyev prezidentə hörmətsizlik, saymazlıq göstərib, qanunları saymadığını nümayiş etdirib”. MMP sədri deyib ki, kimsə 5-10 nəfərlə nişan keçirəndə, yaxud ad günü təşkil edəndə dərhal həmin məclisin təşkilatçıları və iştirakçıları saxlanılır, inzibati qaydada məsuliyyətə cəlb olunur, cərimələnir: “Mən istərdim ki, bizim hüquq-mühafizə orqanlarımız bu məsələyə göz yummasınlar. Xahiş edərdim ki hörmətli Baş prokuror Kamran Əliyev və Daxili İşlər naziri cənab Vilayət Eyvazov göstəriş versinlər, ciddi tədbir görülsün. Hesab edirəm ki, Ramiz Mehdiyev və orada çıxış edənlər həbs olunmalıdırlar. Həmin toy mərasimində bütün karantin qaydaları pozulub, heç bir sosial məsafə gözlənməyib, üstəlik, toy keçirilməsi Nazirlər Kabinetinin qərarı ilə qadağan edilib. Həmin məclisin təşkilatçıları və iştirakçıları demək istəyirlər ki, bizim dövlət rəhbərini, Azərbaycanın qanunlarını saymırıq”. H.Hacıyev əlavə edib ki, bu hadisə xalqı prezidentin üstünə qaldırmağa hesablanmış təxribatdır: “Cənab prezident həmin şəxslər barəsində tədbir görməlidir. Məclisdə olanlardan vəzifədə olanı işdən azad edilməlidir, vəzifədə olmayanlar isə prezidentə qarşı oyunda yer alanlardır. Bu, Ramiz Mehdiyevin dövlət başçısını saymamasıdır, mənəm-mənəmlikdir, heç kəslə hesablaşmıram, “mafiya babasıyam” deməkdir, “Eldar Həsənov da mənimlədir” mesajıdır. Mən bundan qabaq da müsahibəmdə bildirmişdim ki, Ramiz Mehdiyevin çöldə qalması cinayətdir. Yəni, onu dindirsələr, nə oyun qurduğu üzə çıxacaq. Əks halda belə fikir formalaşacaq ki, ölkədə qarışıqlıq yaratmağa hazırlaşır. Belə çıxır ki, qanun kasıb üçündür. Necə olur ki, prezident bütün qaydalara əməl edir, amma bu adamlar qanunları saymırlar. Bu gedişlə biz partiya olaraq Ramiz Mehdiyevin təxribatçı hərəkətlərinə etiraz olaraq icazəli aksiyalara başlamalı olacağıq”.
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
