Prezidentin yeni icra başçılarına tövsiyyələrindən sahibkarların pulunu ödəməyən Zakir Fərəcov hansı nəticələri çıxardı

Bildiyimiz kimi, Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin edib. Prezident hər iki icra başçılarını bu münasibətlə videoformatda qəbul edərkən onlara bir icra başçısında, bir rayon rəhbərində formalaşmalı olan işgüzar və mənəvi keyfiyyətlərin dəqiq yolunu göstərdi.
Prezident bildirdi ki, yeni təyin etdiyi icra başçıları mütəmadi olaraq kəndlərdə, qəsəbələrdə olmalı, burada olan problem və nöqsanların səbəbini kökündən araşdırmalı, insanları narahat edən problemləri aradan qaldırlmalı, kifayət qədər işgüzar olmalıdırlar. “Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik”.
Bundan əlavə, ölkə başçısı onlara tövsiyə etdi ki, öz fəaliyyətləri, işgüzarlıqları, davranışları ilə insanların hörmətini qazansınlar: “Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm”.
Prezidentin bu çıxışından sonra Sumqayıt şəhərinin abadlaşmasında iştirak etmiş, lakin 4 ildir ki, gördükləri işin pulunu ala bilməyən bir qrup sahibkar yenidən redaksiyamızla əlaqə saxlayıb. Onlar bildirirlər ki, ölkə başçısının icra başçısının necə olmalıdır təlimatından ən böyük payı özü üçün hazırda Sumqayıta rəhbərlik edən Zakir Fərəcov götürməlidir:
“ Ölkə başçısı deyir ki, icra başçıları insanları narahat edən problemlərlə maraqlanmalı, onların həlli yolunda vətəndaşlara köməkliklər etməlidir. Bizim rastlaşdığımız situasiya isə tam fərqlidir. Zakir Fərəcov icra başçısı kimi nəinki bizim problemimizin həllinə köməklik edir, əksinə, bizə problem yaradıb. Bir neçə ildir ki, biz halal pulumuzu ondan ala bilmirik. Bütün bunlar o anlama gəlir ki, ölkə başçısının iradına tuş gələnlər məhz bu tip məmurlardır”.
Sahibkarların sözlərinə görə, haqqını tələb edən iş adamları həbs ediləcəkləri ilə hədələnir: “Hətta bu işə görə Zakir Fərəcovun tələbi əsasında həbs edilən iş adamı da olub. Ancaq bütün bunlar bizi qorxutmur. Biz sona qədər haqqımızı tələb edəcəyik. Artıq ölkədə başqa reallıqlar hakimdir. Kiminsə vəzifədə olması onun günahlarının bağışlanacağı anlamına gəlmir. Uzun müddət ölkənin yüksək idarəçiliyində yer almış, Zakir Fərəcovun da yaxın dostu olan Ramiz Mehdiyevin qanunları pozub öz nəvəsinə toy etməsilə bağlı əlaqədar qurumların hansı reaksiyanı verdiyinə şahidlik edirik. Zakir Fərəcov əmin olsun ki, gec-tez o da etdiklərinə görə qanun qarşısında cavab verəcək”.
Prezident son çıxışında icra başılarına özləri ilə yanaşı yaxın qohumlarının da hərəkətlərinə nəzarət etməli olduqlarını bildirir: “Gəlin görək, bu xüsusda Zakir Fərəcov nə edir? O, nəinki yaxın qohumlarının hərəkətlərinə nəzarət edir, əksinə, onlardan bəzilərini öz qaranlıq işlərinə şərik edir. İş burasındadır ki,
Zakir Fərəcov həmin şikayətçilərlə dil tapmağı bir müddət əvvəl Sumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyinin rəisi olan bacıoğlusu Məcidov Hüseyn Valeh oğluna həvalə edibmiş. Zakir Fərəcov hara gedirsə, həmin bacıoğlusunu özü ilə yanına aparır. Abşeronda işləyəndə bu bacoğlu oradakı MİS-lərdən birinə rəhbərlik edirdi. Dəfələrlə bizimlə görüşüb vəd versə də, dayısının borcunu ödəməkdən yayınır. Biz anlamırıq, bizə olan borcu niyə Fərəcov yox, Hüseyn ödəməlidir?”
Sahibkarlar deyir ki, Zakir Fərəcov səlahiyyətindən istifadə edərək, öz tabeçiliyində olan məmurları da bizimlə bağlı yuxarılara yalan informasiya verməyə vadar edir. Məsələn, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzası ilə güya bizə çatacaq pulların ödənildiyinə dair saxta arayışlar təqdim olunur: “Hanı o pullar? Hansı hesaba ödənilib? Niyə Sahib Quliyev verdiyi cavablarda bu barədə danışmır?”
Şikayətçilər deyir ki, Zakir Fərəcova yaxınlığı ilə seçilən digər məmur, Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatov isə haqqını tələb edən məmurları həbslə hədələyir: “Görəsən, bu məmurların ölkədəki anti-korrupsiya tədbirlərindən xəbərləri varmı? Yoxdursa bilsinlər ki, sabah qanun qarşısında cavab verəndə onlara verilən şifahi göstərişlər yox, etdikləri əməllər əsas götürülməyəcək. Yaxşı olar ki, nəhayət Zakir Fərəcov bütün bu baş verənlərdən, xüsusilə də ölkə başçısının məmurlara verdiyi tövsiyyələrdən nəticə çıxarıb, bizə çatacaq vəsaitin ödənişini həyat keçirsin”.
Səslənən fikirlərlə bağlı adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazırıq.
Böyükmillət.com
- Bir Qacar ailəsinin Şuşa hekayəsi (FOTOLAR)
25 fevral 2021 20:49
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 2021 20:41
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 2021 20:00
- “Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
25 fevral 2021 13:43
- Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA0
24 fevral 2021 21:57
- Yardımlıda qazi intihar etdi
24 fevral 2021 11:30
- Komitə sədrinə yeni 4-cü MÜAVİN təyin olundu (FOTO)
23 fevral 2021 19:23
- Azərbaycanda nazir müavini vəfat edib
23 fevral 2021 12:48
- “Məkan” MTK qazilərin məvacibini vermir...
23 fevral 2021 11:50
- Ramiz Mehdiyev 500-dən çox alimin bağ sahəsini əlindən aldı
23 fevral 2021 10:56
- AZTV “Diriliş Ərtoğrul“u neçə manata tərcümə etdirir?
26 fevral 13:28
- İlk ağıllı kəndlərimiz: Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri
26 fevral 13:07
- Prezident xanımı ilə “Ana harayı” abidəsini ziyarət etdi - Video
26 fevral 10:55
- “Ruhlar ölməz, ədalət itməz”
26 fevral 10:39
- Xocalı soyqırımından 29 il ötür
26 fevral 10:34
- Bir Qacar ailəsinin Şuşa hekayəsi (FOTOLAR)
25 fevral 20:49
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 20:39
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 20:00
- Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - Video
25 fevral 19:51
- Prezident Şağanda Reabilitasiya Pansionatının açılışında
25 fevral 14:13
- “Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
25 fevral 13:43
- Liseyinin direktoru həbs edildi
25 fevral 13:07
- Sumqayıt Kommunal Təsərrüfat Birliyi yolları təmizləyir
25 fevral 10:30
- İlham Əliyev Ərdoğanı təbrik etdi
25 fevral 10:09
- “Ziya Kazımovun ilk sualı bu oldu”
25 fevral 10:03
- Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA0
24 fevral 21:57
- Frankonun son heykəli də götürüldü - Foto
24 fevral 21:42
- Əməkdar artist: "Ərim pul üstündə məni HEYVAN kimi döyürdü ki..."
24 fevral 20:17
- Hadruta ilk daxil olan mayor Kazımov EV DUSTAQlığna buraxıldı
24 fevral 14:07
- Yutubda təhqiramiz video yayanları kim maliyyələşdirib? - Zülfüqarov
24 fevral 13:28
- İranda xalq yoxsulluğa görə üsyana başladı-atışma VİDEO
24 fevral 13:09
- Qırğızıstanın narkobaron qrupu haqda məlumat ver, ABŞ-dan 1 milyon al
24 fevral 12:59
- Bakıda qarlı yollarda vəziyyət belədir - Fotolar
24 fevral 12:36
- Ukrayna MDB-dən çəkildi
24 fevral 11:39
- Yardımlıda qazi intihar etdi
24 fevral 11:30
- ABŞ Ərdoğanı devirib “Dişi qurd”u gətirmək istəyir
24 fevral 00:09
- Paşinyan Rusiyanı biabır etdi: ““İsgəndər” raketləri partlamadı”
23 fevral 23:35
- Komitə sədrinə yeni 4-cü MÜAVİN təyin olundu (FOTO)
23 fevral 19:23
- Bakıda 4 tələbə dəm qazından boğulub öldü
23 fevral 17:39
- Bakıda bir evdə 5 nəfərin meyiti tapıldı
23 fevral 15:53