Zakir Fərəcovu bu insanların taleyi düşündürürmü?

“Evimiz başımıza uçur. Ölkədə müraciət etmədiyimiz qurum qalmayıb. Hamısı bir-birinin üstünə atır, baxmır. Sabah bina uçsa, 12 ailə 50-dən çox adam qalacaq altında. Onda bu faciədən kim cavabdeh olacaq? Kim verəcək bunun cavabını?” DİA.AZ bildirir ki, Sumqayıtın 19-cu məhəllə adlanan ərazisindəki 15-ci binanın sakini Nərmin Abdullayeva belə deyir. Bildirir ki, bina istismar müddətini çoxdan başa vurub, düzdür, ancaq tam qəzalı duruma düşməsinə səbəb qonşuluqdakı yeni tikili binadır.
“Həmin bina tikilən zaman buradan ağırtonnajlı avtomobillər keçirdi. Biz buna narazılıq etdik, dedik, bina silkələnir, başqa yerdən keçsin. Bina rəhbərliyi bizə söz verdi ki, buradan sizə də mənzil veriləcək. “İmkan verin, işimizi görək”. Dedilər ki, bilirik, binanız onsuz da qəzalıdır: “Sizə ev lazımdır, bizə də işimizi görmək”. Biz də inandıq, izin verdik. Bina tikilib başa çatanda bizi tanımadılar”.
Sakinlərdən 76 yaşlı Həmidə Məmmədova isə 1962-ci ildən burada yaşayır. Deyir, köhnə bina idi. Qonşuluqda hündürmərtəbəli bina tikiləndən sonra yaşadığı bina daha da qəzalı duruma düşüb: “Camaat əvvəlcə qoymurdu buradan ağırtonnajlı avtomobillər keçsin. Dedilər, “ev veriləcək”. Mən də diz çökdüm qonşularımın qarşısında, yalvardım ki, imkan verin, işlərini görsünlər. İşlərini gördülər, binalarımız qəzalı duruma düşdü, sonra aradan çıxdılar. Nə ev verdilər, nə də üzümüzə baxdılar. Dəfələrlə yük maşınını evin kənarındakı dirəklərə çırpdılar və binanı daha da qəzalı duruma saldılar. İndi uçub başımıza tökülür”.
Həmidə Məmmədova deyir ki, evlərinin bu durumu ilə bağlı dövlət orqanlarına çox gedib-gəlib, ərizələr yazıblar. Hər dəfəsində də onlara “gözləyin, söküləcək”, cavabı veriblər: “Axırda uçan evin damını düzəltdilər, dedilər, “qəzalı deyil, oturun”. İstiliyi də yoxdur. Məsələ budur, qışda donuruq”.
Həmidə Məmmədovanın 3 otaqlı mənzilinin 9 sakini var. Ancaq deyir, şəraitsizlikdən və qəzalı durumda olduğundan kimsə burada qalmır: “Hamısı kirayədə yaşayır. Təkcə oğlumdan başqa. İşçıxışı, gecələr gəlib mənimlə qalır. Yenə az da olsa yaşanası durumda idi. FHN gətirib damını düzəltdirənədək. Yuxarı mərtəbələrin evinin içinə su damırdı. FHN bir-iki ay öncə dam örtüyünü yenilədi. Yenilənmə sırasında evi daha da qəzalı duruma saldılar. İndi hər tərəfindən içəri nəm verir. Bilmirik dərdimizi hara, kimə deyək. Çünki artıq belə bir qurum qalmayıb. FHN-ə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Prezident İlham Əliyevə - hər yerə yazmışıq. Əslində məmurlar vaxtında bir tədbir görsələr, vətəndaşlar hər xırda problemdən ötrü prezidenti narahat etməz. Bir sözlə, müraciətlərimizin heç birinin nəticəsi olmayıb. Evimiz günü-gündən köhnəlir, dağılır, axırda başımıza uçacaq”.
Nərmin Abdullayevanın 2 övladı var. Hər ikisi azyaşlıdır. Yaşadığı evdə isə 4 azyaşlı böyüyür. Deyir, onlar üçün bu evdə yaşamağın hər günü təhlükədir. Hətta sonuncu dəfə mətbəxin tavanı çökəndə az qalıb 2 yaşlı körpə altında qalsın: “Hər gün qorxa-qorxa yatırıq ki, birdən ev uçar, qalarıq altında. Həqiqətən vəziyyət acınacaqlıdır. Qaynımgillə bir evdə yaşayırıq. Hərəmizdə 2 uşaqdır. Onlar üçün çox narahatıq. Ev çürüyüb, deyir, “məndən əl çəkin”. Necə çəkək? Nəyimiz var ki, gedək özümüzə ev alaq? Şikayət edəndə də deyirlər ki, mərkəzdə qalırsız, dərdiniz nədir? Anlamırlar ki, ev başımıza uçur, nə edək mərkəzi? Mərkəzdə yaşayırıq, amma vanna otağımız yoxdur. Yoldaşım 320 manat maaş alır. 2 uşaqla yeməyimizi güclə ödəyirik. Qaldı, özümüzə ev alaq, yaxud kirayə mənzilə çıxaq. Buna imkanımıza yoxdur”.
- Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 10:34
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 2021 20:41
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 2021 20:00
- Sabah Novruzun ilk çərşənbəsidir
22 fevral 2021 23:04
- Tarixdə gizli qalan hadisə- Bir gündə 300 nəfər ağlını niyə itirib?
21 fevral 2021 13:02
- Prezidentlə Birinci Vitse prezidentin birgə səfərləri risklidir
20 fevral 2021 01:45
- Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?
18 fevral 2021 13:10
- Zakir Qaralov həbs olunur ....
18 fevral 2021 11:04
- “Yaxşı ki, ailə qurmamışam, peşman deyiləm”
16 fevral 2021 21:39
- Gloria Palace MTK “ŞƏMS” körpələr evini belə uçurtdu - FOTOLAR
13 fevral 2021 16:39
- AZTV “Diriliş Ərtoğrul“u neçə manata tərcümə etdirir?
26 fevral 13:28
- İlk ağıllı kəndlərimiz: Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri
26 fevral 13:07
- Prezident xanımı ilə “Ana harayı” abidəsini ziyarət etdi - Video
26 fevral 10:55
- “Ruhlar ölməz, ədalət itməz”
26 fevral 10:39
- Xocalı soyqırımından 29 il ötür
26 fevral 10:34
- Bir Qacar ailəsinin Şuşa hekayəsi (FOTOLAR)
25 fevral 20:49
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 20:39
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 20:00
- Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - Video
25 fevral 19:51
- Prezident Şağanda Reabilitasiya Pansionatının açılışında
25 fevral 14:13
- “Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
25 fevral 13:43
- Liseyinin direktoru həbs edildi
25 fevral 13:07
- Sumqayıt Kommunal Təsərrüfat Birliyi yolları təmizləyir
25 fevral 10:30
- İlham Əliyev Ərdoğanı təbrik etdi
25 fevral 10:09
- “Ziya Kazımovun ilk sualı bu oldu”
25 fevral 10:03
- Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA0
24 fevral 21:57
- Frankonun son heykəli də götürüldü - Foto
24 fevral 21:42
- Əməkdar artist: "Ərim pul üstündə məni HEYVAN kimi döyürdü ki..."
24 fevral 20:17
- Hadruta ilk daxil olan mayor Kazımov EV DUSTAQlığna buraxıldı
24 fevral 14:07
- Yutubda təhqiramiz video yayanları kim maliyyələşdirib? - Zülfüqarov
24 fevral 13:28
- İranda xalq yoxsulluğa görə üsyana başladı-atışma VİDEO
24 fevral 13:09
- Qırğızıstanın narkobaron qrupu haqda məlumat ver, ABŞ-dan 1 milyon al
24 fevral 12:59
- Bakıda qarlı yollarda vəziyyət belədir - Fotolar
24 fevral 12:36
- Ukrayna MDB-dən çəkildi
24 fevral 11:39
- Yardımlıda qazi intihar etdi
24 fevral 11:30
- ABŞ Ərdoğanı devirib “Dişi qurd”u gətirmək istəyir
24 fevral 00:09
- Paşinyan Rusiyanı biabır etdi: ““İsgəndər” raketləri partlamadı”
23 fevral 23:35
- Komitə sədrinə yeni 4-cü MÜAVİN təyin olundu (FOTO)
23 fevral 19:23
- Bakıda 4 tələbə dəm qazından boğulub öldü
23 fevral 17:39
- Bakıda bir evdə 5 nəfərin meyiti tapıldı
23 fevral 15:53