“Nəyə görə Rusiya Ermənistanın intensiv silahlandırılması davam edir?!”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın Ermənistana cari ilin iyul ayından etibarən külli miqdarda silah-sursat ötürməsi gündəmin əsas müzakirə mövzularından biridir.
"Qafqazinfo" xəbər verir ki, sözügedən mövzu Azərbaycan ictimai-siyasi dairələrini və ölkə əhalisini ciddi şəkildə narahat etməkdədir. Məsələyə ən yüksək səviyyədə ölkə prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da toxunub. Prezident İlham Əliyev bu mövzuda öz kəskin fikirlərini həmkarının diqqətinə çatdırıb və buna aydınlıq gətirilməsini tələb edib.
Belə ki, iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozması, dinc əhalini atəşə tutması fonunda rəsmi Moskva yenə də təcavüzkara dəstək verib.
Tovuz hadisələri baş verəndən dərhal sonra iyulun 17-dən etibarən "İl 76" təyyarələri vasitəsiylə Rusiyadan Ermənistana Mozdok-Minvod-Aktau -Türkmənbaşı- Mehri- İrəvan istiqamətində silahların daşınması həyata keçirilir. Sözügedən marşrutların hərəkət trayektoriyası ilə bağlı faktlar da Azərbaycan mətbuatında ciddi şəkildə əks olunub.
00İllərdir bəlli olan Rusiyanın Ermənistanı himayə etməsi məsələsi artıq inkaredilməz faktlarla da yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
Avqustun 25-dən etibarən də hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində silah daşınmasıyla bağlı uçuşlar həyata keçirilir.
Azərbaycan tərəfi bu mövzuda qətiyyət nümayiş etdirərək mövzuyla bağlı kəskin reaksiyalarını verməkdə davam etməkdədir. Elə bu gün Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məsələylə bağlı bildirib ki, Rusiya tərəfindən bu xüsusda verilən açıqlamalar hələ ki Azərbaycanı tam şəkildə qane etmir:
"Bizim suallarımız açıq olaraq qalmaqdadır. Bu məsələlərdə biz daha səmimi və açıq şəkildə məsələnin izah olunmasını gözləyirik. Nəyə görə, hansı əsaslarla və məqsədlərlə Ermənistanın intensiv şəkildə silahlandırılması davam edir?! Ermənistanın Tovuz hadisələrindəki törətdiyi təcavüzü, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi açıq şəkildə bu dövlətin xislətini göstərməkdədir. Ona görə də suallarımız açıq olaraq qalır. Guya ki bu uçuş reysləri vasitəsiylə Ermənistanda olan Rusiya hərbi bazası üçün tikinti materiallarının daşınmasıyla əlaqədar olan məqamlar da bizi qane etmir. Hesab edirik ki, tikinti materiallarının daşınması üçün intensiv şəkildə hava uçuşlarını həyata keçirilməsinə ehtiyac yoxdur. Bunun üçün daha effektiv və digər vasitələr də mövcuddur.
Son dövrdə müşahidələrimiz onu da deməyə əsas verir ki, Ermənistan ərazisindən Yaxın Şərq ölkələrinə intensiv şəkildə silah-sursatın daşınması həyata keçirilir. Bu xüsusilə Suriya istiqamətində olan uçuşların həyata keçirilməsiylə bağlıdır. Ermənistan Silahlı Qüvvələri Suriyada olan hərbi əməliyyatlarda iştirak edirlər. Bu əməliyyatlarda iştirak edən çox az sayda ölkələrdən biri də Ermənistandır. Bu istiqamətdə olan layihələri diqqət mərkəzində saxlamaq çox vacibdir. Azərbaycanın işğal olunmuş əraziləri var ki bu ərazilər də nəzarətdən kənardır və Ermənistan bundan da istifadə edir".
Prezidentin köməkçisi eyni zamanda son günlərdə Ermənistanda "opelçeniya" adı altında hərbiləşdirilmiş mülkilərdən ibarət hərbi qruplaşmaların yaradılması ilə bağlı qəbul olunmuş qərara da toxunub. O bildirib ki, bu qərar da Ermənistanda demoqrafiyaya bağlı olan kəskin böhran vəziyyətinin növbəti nümunəsi kimi qeyd edilməlidir:
“Bu da Ermənistan Silahlı Qüvvələrinin öz şəxsi heyətinin komplektləşdirilməsində üzləşdiyi ciddi çətinliklərin bilavasitə göstəricisidir.
Onlar mülki insanları müxtəlif hərbi təyinatlı dəstələrə cəlb edirlər. Bu eyni zamanda onu göstərir ki, Ermənistanın indiki rəhbərliyi bolşeviklərə xas olan bir formada özü üçün hərbi dəstələr yaratmağa çalışır. Ölkədaxili siyasətdə də bu hərbi dəstələrdən çirkin məqsədlər üçün istifadə edir. Tovuz hadisələrində də biz şahidi olduq ki, Ermənistan Silahlı Qüvvələri iki ölkənin sərhədi boyunca törətdiyi hərbi avantüra və Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli cavabları çərçivəsində onlar şəxsi heyəti komplektləşdirə bilmirlər. Ona görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti həmçinin də Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xətdə yerləşdirməyə çalışırdılar. Ermənistanın da siyasəti ondan ibarətdir ki, ön xətdə muzdlular yerləşdirilsin. Onların hərbi əməliyyatlar nəticəsində ölməsi halında isə bu faktları sadəcə olaraq gizlədirlər. Çünki həmin şəxslər Ermənistan Silahlı Qüvvələrində qeydiyyatda deyillər. Nəticə etibarilə də bunu belə təqdim etmək istəyirlər ki, guya Ermənistan Silahlı Qüvvələrində itkilər yoxdur".
Son günlər Ermənistanın Azərbaycana qarşı aktivləşən hərbi təcavüzünün səbəblərinə politoloq Elxan Şahinoğlu da münasibət bildirib.
E. Şahinoğlu "Qafqazinfo"ya bildirib ki, Ermənistanın Tovuz, Goranboy, Naxçıvan istiqamətində təxribatlarının məqsədi odur ki, onlar hərbi mövqelərimizlə bağlı kəşfiyyat məlumatları toplamaq istəyirlər:
"Həm də sanki bizə dolayı yolla mesaj göndərməyə çalışırlar ki, biz hücuma keçsək, onlar bizə problemlər yaradacaqlar, itkilərimizin sayını azaldacaqlar. Ancaq özləri problemlərlə üzləşiblər. Gələn məlumatlara görə, artıq Ermənistanda insan resursları çatmır. Fikir verin, onlar Dağlıq Qarabağda həm ordu saxlamalıdırlar, həm də Naxçıvan boyu Azərbaycanla sərhəd boyu insan resursları olmalıdır ki, orada hərbçilər olsun. Ermənistanın əhalisinin sayı da azdır. Hər il nə qədər erməni gənci ölkəni tərk edir. Onlar nə vətənə xidmət etmək istəyir, nə də Qarabağda ölmək istəyir. Buna görə də problemlərlə üzləşiblər. Təsadüfi deyil ki artıq Ermənistan hökuməti yenidən 90-cı illərdə olduğu kimi, Ermənistan ordusuna yenə muzdluları cəlb etməyi düşünür. Təsəvvür edin ki, 90-cı illərdə ən qəddar qətliamları Azərbaycanın bölgələrində Qarabağın kəndlərində elə məhz həmin muzdlular həyata keçirib. Onların da maliyyəsini erməni lobbisi verirdi. İndi yenidən bu siyasətə qayıdırlar. Çox təəssüf ki həmsədr dövlətlər Ermənistanın bu təxribatlarına susurlar. Düzdür, Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüşdülər. Lavrovun açıqlamalarını diqqətlə izlədim. İşğal olunmuş torpaqlarla bağlı yeni bir şey demədi. 2016-cı ilin aprel savaşında bizə təzyiq etdilər ki atəşkəs elan edin. Lavrov bölgəyə gəldi və bildirdi ki, mərhələli həll planı işə düşəcək. Mən o zaman da ona inanmırdım.
Ondan sonra danışıqlarda heç bir nəticə olmadı. Bizi sakitləşdirməyə çalışdılar. İndi də bu proses gedir. Moskvadakı görüş də bu siyasətin tərkib hissəsidir. Yenidən danışıqlar prosesinə qayıtmağı deyirlər. Biz danışıqlar prosesinə yenidən qayıtsaq, bu işğalın uzanması deməkdir".
Politoloq bunun üçün ilk növbədə Azərbaycanın danışıqlarda iştirak etməməsini təklif edir:
“Prezident də çıxışında qeyd etdi ki, biz görüntü naminə danışıqlarda iştirak etmək istəmirik. Yeni Xarici işlər naziri Ceyhun Bayramovun da ilk açıqlamaları ondan ibarət oldu ki, nəticəyə ünvanlanmış danışıqlarda iştirak etmək istəyirik. Bunu elə Moskvada da təkrarladı. İndiki zamanda danışıqlar nəticə vermirsə, həmsədrlər mərhələli planı işğalçıya qəbul etdirmək istəmir. Biz o zaman danışıqlarda iştirak etməməliyik. Biz ATƏT-in Minsk qrupunda həmsədrlərin fəaliyyətindən imtina edə bilərik. İmtina etmək müharibə anlamına gələ bilər. Bu, bizim hüququmuzdur.
Ancaq biz danışıqlarda da bir müddət iştirak etməyək və göstərək ki, danışıqlar nəticə vermir, mərhələli həll planı qəbul edilmir. Ona görə də biz özümüz başqa variantlar barədə düşünürük. Bu da bizim Ermənistana və arxasında dayanan güclərə ciddi bir mesajımız olar. Ermənistan bizim torpaqlarımızı işğal edib. Onlara Dağlıq Qarabağ istiqamətində sakitlik lazımdır. Çünki arzuladıqlarından da artıq torpaqlarımızı işğal ediblər. Bu məqamda biz fəal olmalıyıq. Hərbi gücümüzü işə salmalıyıq ki, işğalçını geri addım atmağa məcbur edək. Bu halda biz görürük ki, Rusiyadan Ermənistana tonlarla silah daşınır. Dövlət başçısı İlham Əliyev bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinlə bu silah məsələsini danışdı. Ondan sonra da Rusiyanın Ermənistana silah satılması davam edirdi. Bu o deməkdir ki, Rusiya Ermənistanın geri çəkilməsini, Azərbaycanın qarşısısında zəif olmasını istəmir.
Lavrovun bir neçə fikrinə diqqəti cəlb etmək istəyirəm. Lavrov Ceyhun Bayramovla ortaq mətbuat konfrasında bildirdi ki, Azərbaycan bizim üçün strateji tərəfdaşdır. Azərbaycanla ortaq iqtisadi regional layihələr var. Daha sonra həmin gün Ermənistan xarici işlər nazirinə zəng etdi. Bu bilirsiniz nədir? O deməkdir ki, iqtisadi və regional layihələrdə Rusiya Azərbaycanın strateji tərəfdaşı olsa da, Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına zidd Rusiya addım atmayacaq. Daha sonra bizim mövqeyimizə zidd olan daha bir fikir dedi. Bildirdi ki, həmsədrlərin formatı dəyişə bilməz. Formatın dəyişməsini Azərbaycan və Türkiyə istəyir. Tovuzdakı son insidentdən sonra prezidentin köməkçisi Hikmət Hacıyev açıq demişdi ki, Minsk qrupunun toplanmasını istəyirik. Minsk qrupunun 11 üzvü var. Biz formatın dəyişməsini istəsək də, Lavrov bildirdi ki format dəyişə bilməz. O belə bir ultimatum irəli sürdü. Müdafiə naziri Şoyqunun Bakıda Rusiyadan hərbi yük yox, inşaat yükləri daşınması barədə dediyi məlumatlar da əslində bu yalandır. Çünki hərbi texnika daşınmasaydı, dövlət başçısı bu məsələni Putin qarşısında qaldırmazdı. Kremlin siyasəti çox təəssüf ki dəyişmir. Buna görə də biz ümid edə bilmərik ki, Rusiya işğalçı Ermənistana təsir edəcək.
Müharibə ehtimalı isə hər zaman var. 2016- cı ilin əvvəlində heç kim proqnozlaşdıra bilməzdi ki, apreldə savaş çıxacaq. Əgər təzyiq olmasaydı, biz müharibəni uzadıb daha çox torpaqlarımızı azad edə bilərdik. Tovuz hadisəsini də heç kim proqnozlaşdıra bilməzdi ki, orada ciddi bir insident yaşanacaq. Biz müharibəni hətta Ermənistanın daxilinə belə daşıdıq. Ermənistanın daxilindəki məntəqələrə zərbə endirdik. Hər an kiçik bir qığılcım yenidən böyük toqquşmalara gətirib çıxara bilər. Düzdür, böyük dövlətlər əsas da Rusiya böyük müharibələrdə maraqlı deyil. Ona görə bizə təzyiq etməyə çalışırlar. Biz də gərək siyasətimizi ortaya qoyaq.
Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirməklə məsələni ortaya qoyaq ki, əgər danışıqlar fayda vermirsə, bizim müharibədən başqa alternativimiz yoxdur. Türkiyənin Prezidenti, Xarici işlər naziri, Müdafiə naziri çıxışlarında bildirib ki, Azərbaycan müharibəyə başlasa, Türkiyə bizə dəstək verməyə hazırdır. Hətta Türkiyə Rusiya ilə münasibətlərinin gərginləşməsi hesabına Azərbaycana dəstək verməyə hazırdır".
Bu arada bir məqamı da diqqətə çatdıraq ki, Ermənistan tərəfi müxtəlif zamanlarda bizim bir sıra ərazilərimizi və obyektlərimizi bombalamaqla bağlı hədələr səsləndirir. Bura Mingəçevir Su Elektrik Stansiyası, paytaxt Bakı və.s istiqamətlər də daxildir. Son günlər isə Gəncənin raketlə vurulması hədəsini dilə gətirir.
Hərbi ekspert Üzeyir Cəfərov " Qafqazinfo" ya açıqlamasında Ermənistanın Gəncəni raketlə vuracağı hədəsinin gülünc olmasını diqqətə çatdırıb. O qeyd edib ki, Ermənistanın hədəflərindən çəkinmək lazım deyil: "Onlar elə neçə ildir ki, gah Mingəçevir Su Elektrik Stansiyasının vururlar, gah Bakını, gah neft kəmərlərini vururlar. Onların belə cürət yiyəsi olduğunu düşünmürəm. Sadəcə onlara dəstək olan ölkələr Ermənistanı bir qədər şirnikləndiriblər. Azərbaycan Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemləri elə vəziyyətdədir ki, ermənilər və havadarları nə etsələr də, mümkün deyil ki, bu hərəkətə yol verə bilsinlər. Özləri də gözəl bilirlər ki, onların Gəncəyə istiqamətləndirilmiş bir raketi olacaqsa, Ermənistanda daş-daş üstündə qalmayacaq. Çünki Naxçıvan Əlahiddə Qoşun Ordusunun imkanları elə bir vəziyyətdədir ki, Ermənistanda bir tozanaq qalxa bilər ki, heç kimin külü belə ələ gələ bilməz. Artıq Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri, həmçinin türk zabitlərinin Naxçıvanda təlimləri də bunları qıcıqlandırır. Biz danışıqlar prosesini uzatmamalıyıq".
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 2025 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 2025 09:23
- ŞOK : Putin Ukraynanın 0.25 FAİZİNİ ələ keçirib və ...1 KV.KM-ə görə 167 ƏSGƏR İTİRİB
12 iyul 2025 21:27
- Hotel dəhşət : Azərbaycanda gənc qız sevgilisi tərəfindən pəncərədən atıldı VİDEO
12 iyul 2025 20:35
- Veteranları təhqir edən bloger qızı meşədə soyundurub döydülər, VİDEOya çəkib yaydılar - ŞOK
12 iyul 2025 19:44
- Abşeron RİH-nin həbs olunan əməkdaşı: Abdin Fərzəliyev atama bildirib ki, cinayət əməlini oğlun öz üzərinə götürsün, ona köməklik göstərəcəyəm...
12 iyul 2025 18:03
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 2025 14:28
- Ukrayna hərbi kəşfiyyatı Sibirdə QAZ kəmərini PARTLATDI ...
12 iyul 2025 12:55
- TEHRAN MERİ : İsrail İrana qarşı CADU və CİNLƏR-dən də istifadə edib..."
12 iyul 2025 12:40
- Tovuz döyüşlərindən 5 il ötür
12 iyul 2025 11:42
- Dünyanın 28 ÖLKƏSİ Quba rayonundan KİÇİKDİR - SİYAHI
13 iyul 12:02
- Prezident olmaq çox təhlükəli işdir - Tramp
13 iyul 11:29
- Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOLAR
13 iyul 10:11
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 09:23
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 08:47
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 08:11
- Polşada azərbaycanlıların yaşadığı hostelə polis basqını – Neməti axtarırlar
13 iyul 00:55
- Çayda boğulub ölən Səfiyənin - Fotosu
13 iyul 00:05
- ŞOK : Putin Ukraynanın 0.25 FAİZİNİ ələ keçirib və ...1 KV.KM-ə görə 167 ƏSGƏR İTİRİB
12 iyul 21:27
- Hotel dəhşət : Azərbaycanda gənc qız sevgilisi tərəfindən pəncərədən atıldı VİDEO
12 iyul 20:35
- Veteranları təhqir edən bloger qızı meşədə soyundurub döydülər, VİDEOya çəkib yaydılar - ŞOK
12 iyul 19:44
- Şaraa Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
12 iyul 19:34
- Sabirabadda da EHSAN VERİLMƏYƏCƏK
12 iyul 18:42
- Abşeron RİH-nin həbs olunan əməkdaşı: Abdin Fərzəliyev atama bildirib ki, cinayət əməlini oğlun öz üzərinə götürsün, ona köməklik göstərəcəyəm...
12 iyul 18:03
- Aİ-də nə qədər insan yaşayır? - Ən çox əhaliyə sahib ölkə bəlli oldu
12 iyul 17:42
- Ərdoğandan PKK-nın tərk-silah olması ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
12 iyul 15:49
- Prezident Əl Şaraa ilə görüşdü - Fotolar
12 iyul 14:35
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 14:28
- Suriya Prezidenti Azərbaycandadır - Fotolar
12 iyul 14:09
- Ukrayna hərbi kəşfiyyatı Sibirdə QAZ kəmərini PARTLATDI ...
12 iyul 12:55
- TEHRAN MERİ : İsrail İrana qarşı CADU və CİNLƏR-dən də istifadə edib..."
12 iyul 12:40
- Tovuz döyüşlərindən 5 il ötür
12 iyul 11:42
- Sumqayıtda kürəkən qayınatasını qətlə yetirdi
12 iyul 11:02
- Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı
12 iyul 10:48
- Atası ilə səfərə getmək qadağan olundu
12 iyul 00:59
- Nazirin oğlu nasizmdə ittiham olunur: İşə təhlükəsizlik xidməti qarışdı
11 iyul 23:06
- Ata 25 yaşlı tennisçi qızını öldürdü - ŞOK SƏBƏB
11 iyul 18:18
- Tofiq Zülfüqarov Elmar Məmmədyarova cavab verdi: Söyüş söyməmişəm
11 iyul 18:02
- Ermənistan mediası sülh müqaviləsinin detallarını açıqladı – Zəngəzur dəhlizi, separatçılığa qarşı öhdəlik və...
11 iyul 17:51