Stalindən Putinədək sui-qəsdlər: Kreml siyasi rəqiblərini niyə yoxa çıxarır?
Dünyada siyasi rəqiblərini "zərərsizləşdirmək” və sui-qəsd etməkdə ən çox ad çıxaran ölkə Rusiyadır. Vladimir Putinin hakimiyyəti illərində bu cür müəmmalı hadisələrə daha çox rast gəlinib. Ona görə müxalifətçi Aleksey Navalnı zəhərlənən ilk siyasi opponent deyil. Yuriy Şekoçixin, Anna Politkovskaya, Aleksandr Litvinenko, Vladimir Karamurza, Sergey Skripal və qızı Yuliya Skripal, Dmitri Bıkov-2019, Berezovski zəhərlənərək sıradan çıxarılıb. Habelə, Putinin rəqiblərindən olan Boris Nemtsovun qətli də ən yeni tarixdir.
Ümumiyyətlə, Rusiyada siyasətçilərin yoxa çıxarılması, öldürülməsi həmişə olub. Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin raketlə vurulması aşkar siyasi terakt idi. Onun dəfn olunduğu yer naməlumdur.
Rusiyada nə üçün siyasi rəqibləri zəhərləmək, öldürmək daha çox yayılıb? Navalnının da qəsdən zəhərləndiyi üzə çıxsa, Putini nə gözləyə bilər?
Navalnı hazırda süni koma vəziyyətindədir və müalicə olunur. Hazırda onun həyatı üçün kəskin təhlükə yoxdur, lakin zəhərlənmənin təsirləri, xüsusilə də sinir sisteminə təsirləri istisna olunmur.
İngiltərə rəsmiləri Aleksey Navalnının başına gələnlərin tam və şəffaf şəkildə araşdırılmasını istəyir. Bu barədə Baş nazir Boris Conson öz Tvitter hesabında yazıb. "Günahkarlar məsuliyyətə cəlb edilməlidir və İngiltərə ədalətin bərqərar olunmasında beynəlxalq səviyyədə əməkdaşlığa hazırdır” - Conson bildirib.
Sirr deyil ki, hazırda Rusiyada narazı kütlənin və müxalifətin önündə gedəcək əsas fiqur Navalnı idi. Ola bilər ki, Putin onu aradan götürməklə müəyyən müddətə vaxt qazanmağı və bu zaman çərçivəsində öz postunu gücləndirməyi qarşıya məqsəd qoyub. Təcrübədə də belə faktlar var ki, Rusiyada müxalif siyasi liderlər zamanla bu və ya digər şəkildə zərərsizləşdirilməklə, Rusiyada etiraz aksiyalarının mərkəzləşdirilməsinin qarşısı alınıb və hakimiyyətin çöküşü prosesi ləngidilib.
Nemtsovun Kreml divarlarına yaxın yerdə qətli də məhz Rusiyada kütləvi etirazların mərkəzləşdirilməsinin qaşısının alınamsına hesablanmışdı. Hansı ki, o, Putinin əsas tənqidçilərindən biri idi.
Politoloq Hikmət Hacızadə "Yeni Müsavat”a bildirib ki, Rusiyada siyasilərin sui-qəsd olunması hakimiyyətəkilərin daxili aləmini xarakterizə edir. Onun fikrincə, hakim elita keçmiş "KQB” işçiləridir, iqtidar onların əlindədir:
"Rusiyada "KQB” və kriminal birləşib, onlar rəqibləri ilə olan məsələləri bu cür həll edirlər. Yeri gəlmişkən, bu siyasətdə Stalin irsi də var. Onun vaxtında opponentərini həm daxildə, həm xaricdə qətllərlə aradan götürürdülər. Məsələn, Trotski, Düdəngski...”
H.Hacızadənin sözlərinə görə, Putin rəqiblərini xain sayır. Ekspert istisna etmir ki, Navalnının zəhərlənməsi təsdiqlənsə, Rusiya prezidentinə təzyiqlər artacaq:
"Sanksiyaların yeni dalğası başlaya bilər. Belə hadisələr təsirsiz ötüşmür. Elə fikirləşməyin ki, Nemtsov öldürülüdü, iş bitdi. Yeri gələndə Putinlə müzakirədə bu faktlar masaya qoyulur. Odur ki, Navalnıya həqiqətən sui-qəsd olubsa və təsdiqlənsə, Putin üçün asan olmayacaq”.
İsveçrədə yaşayan azərbaycanlı yazıçı Əli Əkbərin fikrincə, ənənəvi cəmiyyətlər vərdişlərini dəyişməkdə çətinlik çəkir:
"Rusiyada isə ümumiyyətlə dəyişmək istəmirlər. Buna ehtiyac yoxdur. Çünki rəqibi öldürməyin alternativi hər zaman tapılmır. Bəzən öldürmək, fiziki məhv ən təsirli metoddur”.
Ə.Əkbər insanların nə istədiyini anlamır:
"Putin çıxıb deməlidir ki, biz eləmişik, əcəb eləmişik? Deməyəcək. Ona görə yox ki, qorxur. Ona görə ki, tilsim pozular. "Bizlik deyil” deməlisən, qurtardı getdi. İllərdir biz deyirik ki, axı cibdən nəşə "çıxarıb” adam tutmaq çox ayıbdır, primitivdir, inandırıcı deyil. Başa düşmürük ki, niyə bu ucuz varianta hələ də əl atılır? Bir hüquq-mühafizə orqanı əməkdaşının mənə pıçıldadığı kimi "Sınaqdan çıxmış, işlək bir şeyi niyə dəyişək?” Doğrudan da, niyə?”
Oxşar xəbərlər
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 2026 12:26
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
