Prezidentin köməkçisi insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb (FOTO)
Hadisə4 sentyabr 2020 08:25

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə görüş keçirib.
Qaynarinfo xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, insan hüquqlarının müdafiəsi QHT-lərin əsas fəaliyyət istiqamətlərindən biridir. Dövlətimiz üçün milli maraqlarımızın yerli və beynəlxalq səviyyədə qorunmasında vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakının təmin edilməsi, Ermənistanın 1 milyondan çox vətəndaşımızın fundamental hüquqlarını pozmasının dünya ictimaiyyətinə səmərəli şəkildə çatdırılması, mərkəzi və yerli icra qurumlarının fəaliyyətində şəffaflıq və aşkarlığın artırılması, ictimai nəzarətin gücləndirilməsi prioritet təşkil edir. Buna görə də Şura daima insan hüquqlarının qorunması, demokratik proseslərin dəstəklənməsi və araşdırma sahəsində fəaliyyət göstərən QHT-lərin təşəbbüs və layihələrini maliyyələşdirir. Şura sədri Prezidentin köməkçisi Hikmət Hacıyevin qeyd olunan istiqamətdə ixtisaslaşmış QHT-lərlə bugünkü dialoqunun onların fəaliyyəti üçün əlavə stimul olacağına və müxtəlif formatlarda bu dialoqun bundan sonra da davam edəcəyinə inandığını bildirib.
Prezidentin köməkçisi Hikmət Hacıyev indiyədək QHT-lərlə keçirdiyi görüşlərdə 200-dən artıq təşkilatın iştirak etdiyini deyib. Hikmət Hacıyev QHT-hökumət dialoqunun ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıdığını bildirib. H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib.
Hikmət Hacıyev insan hüquqlarının qorunmasının ümumbəşəri məsələ olmasına baxmayaraq bu sahədə çalışan bir sıra beynəlxalq qurumların Ermənistanın 30 ildən artıq müddətdə Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozması faktına ədalətli və qaneedici səviyyədə münasibət bildirmədiyini qeyd edib. Prezidentin köməkçisi insan hüquqları ilə bağlı selektiv deyil, obyektiv və qərəzsiz mövqe tutan yerli və beynəlxalq təşkilatlarla dialoqa hər zaman açıq olduğunu deyib.
Hikmət Hacıyev beyin mərkəzlərinin müəyyən dövlətlərin, regionun və dünyanın müxtəlif problemlərini tədqiq və təhlil edərək müvafiq təşkilatlara tövsiyələr verən əhəmiyyətli intellektual institutlar olduğunu vurğulayıb. Prezidentin köməkçisi Azərbaycan QHT-lərinin də bu istiqamət üzrə ixtisaslaşmasının və xarici həmkarları ilə beynəlxalq əməkdaşlığı genişləndirməsinin vacib olduğunu deyib.
Görüşdə "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev,
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli,
"Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli,
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı,
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov,
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Paşayeva, "Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu, "ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri Ceyhun Musayev, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, Elmi Tədqiqat "Qafqaz Tarixi Mərkəzi" İctimai Birliyinin sədri Rizvan Hüseynov, "Spektr" sosial-iqtisadi araşdırmalar və inkişaf İctimai Birliyinin sədri Ramil Abbasov, "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Müşviq Ələsgərli, "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri Elçin Mirzəbəyli, Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Anar Əliyev, "Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin sədri Vüqar Zifəroğlu, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin sədri Kamil Səlimov, "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyinin sədri Xanım Əhmədzadə, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov, "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri Səməd Vəkilov, Azyaşlıların hüquqi maariflənməsinə kömək İctimai Birliyinin sədri Nazlı Zeynalova, "Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımov, "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Əliyev, Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin sədri Mütəllim Rəhimov, "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin sədri Rafiq İsmayılov, "Qloballaşan Azərbaycan" Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Anar Əsədli, "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynov, "Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri Zaur Qəriboğlu, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev, "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, Avrasiya Hüquqşünaslar Assosiasiyası İctimai Birliyinin sədri Cavid Hüseynli, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədri Aynur Camal, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri İlham Əliyev, "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Nadir İsmayılov, Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin sədri Yadigar Məmmədli, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazov, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal, "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradov, "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov, "Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva, "Əks-Səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova, "İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin sədri Aynur Nəsirova, "Dinc Dünya" Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Əlisafa Mehdiyev, "Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Cavid Şahverdiyev, Azərbaycan Ormitoloji Mərkəzinin sədri Elçin Sultanov, Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrulla Nurullayev, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Hüquqi Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Ziya Quliyev, "İnternyus Azərbaycan” İctimai Birliyinin sədri İlham Səfərov, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu, "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin sədri Eldar Zeynalov, İctimai Yayım və Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Ələsgər Məmmədli və İnsan Haqları Klubu İctimai Birliyinin sədri Rəsul Cəfərov iştirak edib.
Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə belə geniş formatda başladığı dialoqun vacib olduğunu vurğulayaraq belə təşəbbüsün irəli sürülməsini təqdir etdiklərini bildiriblər. QHT rəhbərləri ictimai sektorun və bilavasitə fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət haqqında danışaraq üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.
Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.
Oxşar xəbərlər
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 2025 14:31
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 2025 12:22
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 2025 02:19
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 2025 01:12
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 2025 15:33
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 2025 12:09
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 2025 09:43
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 2025 22:45
Xəbər lenti
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 14:31
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
Video & Fotoqalereya
Video
Fotoqalereya