Toylar başlayır
Ölkəmizdə COVİD- 19 epidemiyasına ilk yoluxma faktı aşkar olunduğu müddətdən 6 ay keçir. O vaxtdan bəri toylarla bağlı qadağa qüvvədən hələ də düşməyib. Karantin illərdir övladının toyunu gözləyən valideynlərin, sevdiyi insana qovuşmaq üçün gün sayan şəxslərin hələ də arzusunu ürəyində qoyur. Lakin Azərbaycanda yoluxma sayının xeyli aşağı düşməsi bu qəbildən olan insanların ümidlənməsinə səbəb olub. Bunu paytaxtın bir neçə şadlıq evləri arasında apardığımız sorğu zamanı da öyrəndik.
Bəli, yoluxma sayının aşağı düşməyindən ürəklənib yer bron edənlər var. Milli.Az şadlıq evləri arasında apardığı sorğunu təqdim edir: "Arena" ş/s-nın administratoru açıqlamasında şadlıq evinin qapısını bağlayıb, evdə oturub, Operativ Qərargahdan xoş xəbər gözlədiklərini bildirib. Administrator toy etmək istəyənlərdən yer bron etmək üçün onlara müraciət edənin olmadığını da sözlərinə əlavə edib. "Şahənşah" ş/s-nın administartoru Zaur Abdullayev isə, hələ ki, bron üçün onlara müraciət edənin olmadığını bildirib: "Toy yazdırmaq istəyənlər artıq, ümumiyyətlə, yoxdur. Sadəcə olaraq, köhnə toy sahibləridir ki, maraqlanırlar. Dörd, beş dəfə bəlkə toy tarixlərini dəyişiblər. Mart, aprel ayından qalan toylardır. Onlar da çox narahatdırlar. Çünki eləsi var ki, 4 il, 5 ildir nişanlı idi, gözləyirdi mart ayında toyun edə, bu da gəldi belə oldu. Yenilər yoxdur, sadəcə olaraq, maraqlananlar var. Soruşurlar ki, necədi vəziyyət, biz də cavab veririk ki, hamı kimi biz də oturub Operativ Qərargahın qərarını gözləyirik ki, bəlkə bir xəbər verəcək ki, başlayın. Çünki bizim başlamağımız üçün ən azından bir ay qabaq lazımdır ki, biz işə çıxa bilək və həmin vaxta qədər heç olmasa müştəriləri yerbəyer edə bilək. Bu gün qərar verilsin, mən bu gün toy edə bilmərəm ki?! Bunun dəvətnamə paylanmağı var, adamsayı çıxartmaq məsələsi var, işçilərimizi yenidən bir araya toplamaq var. Birdən-birə bu mümkün deyil. Ən azından heç olmasa, inzibati işçilərimiz bir ay qabaqcadan gəlib orada oturmağı, müştərini qəbul etməyi bir aydan sonra və yaxud 20 gündən sonra toy olacaq, ona hazırlıq görməyimiz lazımdır. Hazırda işə çıxmırıq biz, bağlamışıq oranı oturmuşuq. Pandemiyadır da, neynəyəsən?!" "Aysun" ş/s-nın administratoru Pərvin bəy: "Bizə yaxınlaşıb yer bron etmək istəyənlər var. Oktyabr, noyabr aylarına artıq yer bron edirlər, beh verirlər. Ümid yeri o baxımdan çoxdur. Həm də ondan əlavə iyun, iyul, avqust aylarına yazılmış toylar ki, o toylar da hələ qalır yerində. Onlar da günlərini artıq oktyabr, noyabr, dekabr aylarına dəyişdirirlər. "Xan bağı" ş/s administratoru Vaqif bəy isə gəlib-gedənin olduğunu, lakin risk edib bron edənin hələ olmadığını bildirib: "Axır 2-3 aydır heç kim gəlib-getmir. Gələndə də deyirlər filan günü istəyirəm, deyirəm həmin günlər "zanit"dir. Yəni, olacağı gözlənilən toylar ki var idi, onların günü dəyişdirilib. Bu il toy etmək istəyənlər toylarının tarixini daha çox noyabrın 1-dən sonraya dəyişiblər əsasən. Oktyabrda da toy etmək istəyənlər var. Amma gəlib-gedən var, fikirləşən var. Əvvəlki kimi axın deyil, ara-sıra gələn var. Baxırlar, gedirlər, fikirləşirlər, amma beh verib, bron edən, hələ ki, yoxdur.
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Bu gündən məktəblərin qış tətili başlayır
27 yanvar 2026 11:22
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Bu gündən Bakıda avtobuslarda QADIN SÜRÜCÜLƏR işə başlayır - Fotolar
24 noyabr 2025 13:33
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 2025 15:08
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 2025 21:45
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
