Həmkorların sədri Mehbalıyevin korrupsiya əməliyyatları araşdırılır - FAKTLAR

Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib. Ramiz Mehdiyev və ona yaxınlığı ilə seçilən sabiq deputat Elmira Axundova, Əli Həsənovun qudası Səttar Mehbalıyev və başqaları komissiya üzvlüyündən çıxarılıblar.
Yeni Müsavat xəbər verir ki, hazırda Səttar Mehbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) fəaliyyəti yoxlanır. Həddindən artıq özündən razı olan, bəzi iddialara görə orda-burda anormal ifadə tonu sərgiləyən Səttar Mehbalıyevin perspektivdə həbsi ehtimalı da var. Sovet dövründən bu yana həmkarlar ittifaqlarında “at oynadan” Səttar Mehbalıyevin varidatı hazırda 10 milyonlarla ölçülür. İllərdir ki, AHİK-in Mehbalıyevin “ailə konfederasiyası” kimi idarə olunması kimsəyə sirr deyil. Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir “ailə konfederasiyası”.
İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan AHİK-ə hər il 50 milyon manata yaxın üzvlük haqqı toplanır. Bu vəsaitin necə xərclənməsi Səttar Mehbalıyevdən başqa kimsəyə məlum deyil. Bilinən odur ki, AHİK sədri böyük biznesə sahibdir. İntəhası, bu böyük biznesi açığa çıxara bilmir. Böyük biznesin böyük də ilkin kapitalı olmalıdır və bu böyük paraların mənbəyi də açıq göstərilməlidir. AHİK sədri isə bu məsələdə susmağa üstünlük verir.
Səttar Mehbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb. İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüquqi ünvanı belədir: Merkezi:İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3. Nizamnaməyə görə şirkətin ticarət, turizmlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var. Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O, 27 ildir ki, konfederasiyanın “toxunulmaz” sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir. Dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb.
Səttar Mehbalıyev “putyovka” biznesini əsasən iki deputatın istirahət mərkəzi üzərində fokuslaşdırıb. AHİK tərəfindən göndəriş vərəqələri daha çox Lənkərandakı “Palıdlı sahil” və Lerikdəki “Relax” istirahət guşələrinə yönəldilir. Bu obyektlər isə heç də müstəqil sahibkarlar tərəfindən idarə olunmur. Sirr deyil ki, “Palıdlı sahil” eks-deputat Hadı Rəcəbli, “Relax” isə hazırda deputat olan İqbal Məmmədova aiddir. Maraqlıdır ki, ölkənin müxtəlif bölgələrində istirahət mərkəzləri, hotellər, sanatoriyalar olsa da, S.Mehbalıyev parlamentdəki həmkarlarının obyektlərinə üstünlük verib. Məsələn, Quba, Şəki, Oğuz, İsmayıllı, Qəbələ və s. zonalarda istirahət mərkəzləri var. Onlar normal fəaliyyət göstərsələr də, AHİK-in diqqətindən və monopoliyasından kənarda saxlanıblar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri adlara layiq görülən həmkarlar ittifaqı fəallarının təltif edilməsi mərasimi keçirilib » AHİK
AHİK-in nəzdində “Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətdədir ki, QSC-yə 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir. Bu müalicə-istirahət zonalarına putyovkaları almaq üçün Səttar Mehbalıyevin qaydaları mövcuddur və bu qaydalar heç yerdə yazılmayıb! Sadəcə, Mehbalıyevin yazılmayan qaydalarıdır və onlara riayət etməyənlər çətin ki, AHİK xətti ilə müalicə-istirahət zonalarına gedib çıxa bilərlər. AHİK-in “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalarına putyovka almaq istəyənlər mütləq Mehbalıyevin topdağıtmaz sərvəti üzərinə özünün “töhfəsi”ni verməlidir.
“Abşeron”, “Qaranquş”, “Naftalan” sanatoriyalarına bir qayda olaraq imkanlılar valideynlərini, ailə üzvlərini və dost-tanışlarını yollayırlar. Bu isə “Həmkarlar İttifaqları haqqında” Qanunun və AHİK-in nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Üstəlik, Səttar Mehbalıyevin əlində cəmləşən milyonların “silinməsi” də müalicə-istirahət zonaları üzərindən gerçəkləşir. Hamıya bəllidir ki, AHİK nəzdində fəaliyyət göstərən “Kurort” QSC birbaşa Səttar Mehbalıyevin nəzarəti altındadır. QSC-nin tabeçiliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. AHİK sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem qurub.
Addımbaşı hüquqları pozulan, işdən qovulanları isə ancaq media və bəzi QHT-lər müdafiə edir. AHİK sədrinin deputat olmasına baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini qaldırmayıb. Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə münasibət bildirməklə kifayətlənir. Vəssalam. Bununla da işini bitmiş hesab edir.
Bizi bitirən mərəz: Kütləvi korrupsiya və yeyintilər... » "Dünya" informasiya agentliyi
Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyini göstərir. AHİK sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaradıb.
Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir. Məsələn, ölkə üzrə təxminən 170 min orta məktəb müəllimi var, onların həmkarlara qoşulmaq üçün üzvlük haqqı maaşının 2 faizini təşkil edir. 1 il ərzində bu vəsait 10 milyon manata yaxındır. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi...
Korrupsiya barədə məlumat verdiyi üçün təzyiqlərlə üzləşir"
Ölkədə təxminən 85 min neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 500-750 manat olduğunu nəzərə alsaq, neftçilərin həmkarlara aylıq ödənişləri təxminən 1 milyon 250 min manata yaxındır. Bu isə il ərzində 15 milyon manatdan yuxarı məbləğ deməkdir. Hər kəsə bəllidir ki, ölkədaxili sanatoriya putyovkaları həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm putyovkalarla bağlıdır. Çünki il ərzində toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir. Həmkarları İttifaqının nəzdində fəaliyyət göstərən “Kurort” QSC birbaşa AHİK-in rəhbərinin nəzarəti altındadır. Ona görə də cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. Başqa sözlə, putyovka adı ilə silinən pullardan əlavə bu obyektlər də külli miqdarda gəlir gətirir. AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər. Amma müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurumların heç bir real səlahiyyətləri yoxdur, müəssisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətləri ilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davrandığının şahidi oluruq. Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı fəaliyyətindən danışmağa dəyməz. Təşkilatlardan əmək haqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqları mərkəzləşdirilmiş qaydada yuxarı ötürülür. Məlumat üçün bildirək ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası hazırda özündə 18 min 610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var. İl ərzində üzvlük haqqı kimi toplanan məbləğ isə 50 milyon manatı aşır. Üstəlik, putyovka alverindən əldə olunan gəlirlər də var ki, bu da Səttar Mehbalıyevin “xırda” xərclərinə sərf olunur. İllərlə qudasının kölgəsində işlərini ayaqda tutan AHİK sədri indi çox çətin durumdadır. Ən ötəri yoxlama Mehbalıyevə məhbəsin qapılarını taybatay açır...
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 2025 21:54
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 2025 16:03
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 2025 13:45
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 2025 13:11
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 2025 11:03
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 2025 20:39
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 2025 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 2025 10:58
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 2025 22:04
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56