“Ali Baş Komandan, sizə inanırıq, sizinlə birlikdəyik...”
Son günlər cəbhədə baş verən döyüşlərlə əlaqədar Azərbaycan vətəndaşları ilə birgə bir sıra ölkələrdən Prezident İlham Əliyevə dəstək məktubları göndərirlər.“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
Məktublardan bir neçəsini təqdim edirik:
Azərbaycan Tələt Əmirovdan, Ucar, Azərbaycan
Hörmətli cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə qələbəyə doğru inamla addımlayır.
Ucar rayonunda məskunlaşmış məcburi köçkünlər Ordumuzun hər nailiyyətinə ürəkdən sevinirlər. Artıq böyük köçə, doğma yurdlarımıza qayıtmağa hazırıq.
Əziz Prezidentimiz, biz məcburi köçkünlər daim Sizinləyik, bütün qərarlarınızı dəstəkləyirik. İnşallah, Sizinlə qayıdıb abadlaşdıracağımız doğma torpaqlarda görüşərik.
Mehran Hematyardan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi ilk qələbə xəbərləri münasibətilə təbrik edirəm. Mən əslən Cənubi Azərbaycandanam. Həyat yoldaşım Azərbaycan vətəndaşıdır. Bakıda yaşayan ailəmiz bir əsgər böyüdür.
Ailəlikcə hamımız canımızı Azərbaycan yolunda fəda etməyə hazırıq. Hamımız Sizin arxanızdayıq. Allah Sizi qorusun.
İnşallah, Sizin rəhbərliyinizlə işğala son qoyulacaq. Yaşasın, Azərbaycan!
Bahar Quliyevadan, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan.
İlk növbədə, bizə günlərdə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza təşəkkürümü bildirirəm. İllərdir görmədiyimiz, atalarımızın, babalarımızın haqqında həsrətlə danışdıqları torpaqlarımıza bir addım da yaxınlaşdığımızı hiss etmək bizi o qədər xoşbəxt edir ki, biz “Budur, Azərbaycanın şanlı Ordusunun gücü!” deyir və qələbəyə daha da ürəkdən inanırıq.
Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. Bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir, dualarımızın Sizinlə olduğunu bildirəm. Lazım olarsa, mən də son damla qanımadək Vətən yolunda, torpaq yolunda döyüşməyə hazıram.
Azərbaycan gəncliyi Sizin yanınızdadır, cənab Ali Baş Komandan! Baxmayaraq ki, bu məktubu Sizə Bakıdan yazıram, əminəm, tezliklə doğma Qarabağdan - Xocalıdan yazacağam.
Lətif Səmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu, mənim Sizə ilk məktubumdur. Həyəcandan necə başlayacağımı bilməsəm də, nə yazmaq istədiyimi dəqiq bilirəm. Son iki gündə böyük fərəh hissi yaşayıram. Azərbaycanlı olmağımdan və Sizin kimi qətiyyətli Prezidentimizin olmasına görə qürur hissi duyuram.
Əminəm ki, çoxsaylı təşəkkür məktubu alırsınız. Mən də bu məktubumla xalqımız üçün gördüyünüz işlərə görə Sizə təşəkkür etməyi özümə borc bilirəm.
Vətənlə fəxr etdiyimizi, liderimizlə qürur duyduğumuzu, şərəflə azərbaycanlı olduğumuzu söyləyən anlarda keçirdiyimiz hislər Sizin sayənizdədir. Xalqımız inanırdı ki, gün gələcək və hər şey həqiqətən də yaxşı olacaq. Həmin gün yaxındadır. Çox sağ olun, cənab Prezident!
İsmayıl Gülverdiyev və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Ya Qarabağ, ya ölüm! Bizim başqa yolumuz yoxdur.
Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edir, Sizinlə fəxr edirik.
Yaşasın, Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan!
Malik Bilalov və Rasim Musayevdən, Zaqatala, Azərbaycan
Cənab Prezident.
Son zamanlar ölkəmizdə pandemiya və müharibə ilə bağlı verdiyiniz qərarlar, gördüyünüz tədbirlər və yürütdüyünüz uğurlu siyasətiniz sayəsində xalqımızda ruh yüksəkliyi yaratdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Şübhə yoxdur ki, işğal altında olan torpaqlarımız da Sizin siyasətiniz, ordumuzun gücü, və xalqımızın dəstəyi sayəsində erməni təcavüzkarlarının tapdağından azad olunacaq. Qələbə Azərbaycanındır.
Sona Qazıyevadan, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bütün Azərbaycan xalqı kimi, biz ağbirçək analar da ermənilərin Vətənimizin torpaqlarının işğalını, xalqımıza qarşı soyqırımı siyasətini davam etdirməsinə bu gün də şahidik və bu hadisələri ürək ağrısı ilə izləyirik, düşmənə qarşı nifrətimiz daha da artır. Biz analar övlad itkisinin ağırlığını daha çox hiss edirik. Lakin yaxşı başa düşürük ki, Vətən itkisi bundan da dəhşətlidir. Odur ki, bu gün övladlarımızın ərazi bütövlüyümüzü bərpa edərək gələcək nəsillərə-nəvələrimizə miras qoymasını müqəddəs and və borc hesab edirik.
Bu gün müstəqilliyimizin qorunması, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda bütün xalqımız kimi, biz ağbirçək analar da ölüm-dirim mübarizəsinə qoşulmağa hazırıq.
Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizinlə fəxr edirik. Biz hamımız yaxşı başa düşürük ki, Sizin xalqa arxalanaraq yenilməz siyasi iradəniz, rəhbər qətiyyətiniz, zəngin idarəetmə təcrübəniz, dünyada gedən proseslərə dərindən bələd olmağınız, baş verən hadisələrin səbəblərinin təhlili zamanı yüksək məharət və bacarığınız, qurduğunuz güclü Azərbaycan Ordusunun fəaliyyəti sayəsində torpaqlarımız tamamilə və tezliklə düşmən tapdağından azad ediləcəkdir.
Əziz Prezidentimiz, Ali Baş Komandan, biz Sizə inanırıq, Sizinlə birlikdəyik.
Allah Sizi, xalqımızı və Ordumuzu qorusun. Düşmən üzərində qələbə arzusu və diləyi ilə…
Elmin Sərdarlıdan, Quba, Azərbaycan
Cənab Ali Baş komandan İlham Əliyev.
Sizinlə qürur duyuram. Azərbaycan xalqı Sizinlə qürur duyur, Sizin düzgün siyasətinizi alqışlayır. Mən gələcəyin jurnalisti kimi söz verir və and içirəm ki, Azərbaycanı xarici ölkələrdə tanıdacağam. Qürurla deyəcəyəm ki, “Mən fəxr edirəm ki, güclü, vüqarlı, şanlı vətənim Azərbaycanın övladıyam. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!
Gülnarə Şəmmədovadan, Bakı, Azərbaycan
Cənab Prezidentimiz İlham Əliyev.
Əvvəla, hər zaman xalqımızın yanında olduğunuz üçün Sizə sonsuz dərin təşəkkürümü bildirirəm. Bu gün isə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığınız üçün Sizə minnətdaram. Artıq üç gündür ki, böyük addımlarla zəfərə doğru gedirik. Əminik ki, Azərbaycan Ordusu daha da irəli gedəcək. Çünki artıq gücümüzlə dünyaya səs salmışıq. İnşallah, Qələbə bizimdir, Qarabağ bizimdir. Allahdan Sizə səbir, dözüm, daha təmkinli olmağı diləyirəm. Bütün Azərbaycan xalqına, xüsusən də bu gün səngərdə vuruşan igidlərimizə Ulu Tanrıdan cansağlığı, möhkəm olmağı, içlərindəki Vətən sevgisinin daha da artmasını diləyirəm.
Cənab Prezident, biz Sizinləyik. Hər bir vətəndaş əmindir ki, bizim zəfərə sayılı günlərimiz qalıb. Çünki bizim güclü ordumuz, qorxmaz millətimiz var. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!
Aqşin Mürsəlovdan, İmişli, Azərbaycan
Hörmətli cənab Prezident
Bu gün Azərbaycanda xalqı, Azərbaycan Ordusu vahid məqsəd, ümummilli hədəflər uğrunda mübarizədə Sizin ətrafınızda sıx birləşib. Bu birlik sayəsində Azərbaycan Ordusu mənfur düşmən üzərində qətiyyətli və tam qələbə ilə zəfər çalacaq. Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik. Allah Sizi qorusun, Ordumuza kömək olsun. Qələbə xalqımızın haqqıdır.
Nigar Zeynalovadan, Bakı, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
İlk növbədə, bizlərə sevinc dolu günlər yaşatdığınız üçün çoxsaylı təhsil işçiləri, bütün Azərbaycan xalqı adından Sizə dərin təşəkkürümü bildirirəm.
Rəşadətli Ordumuzun hazırki zəfər yürüşü Sizin müdrik siyasətinizin, gərgin əməyinizin məntiqi nəticəsidir. Sizin adınız Azərbaycanın görkəmli sərkərdələri sırasına qızıl hərflərlə yazılacaq. Hər zaman olduğu kimi, indi də Sizə güvənir, Sizinlə qürur duyuruq. Bu çətin günlərdə ordumuza əlimizdən gələn köməyi etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün Azərbaycan Sizin sayənizdə güclü, müasir silah-sursatla təchiz olunmuş orduya malikdir.
İnşallah, azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlanacaqdır. Biz həmin işlərin də öhdəsindən birlikdə gələcək, Qarabağı çiçəkləndirəcəyik.
Elnur Qurbanovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin hər bir qərarınız xalqımızın gələcəyi, firavan həyatı, xoş günləri üçün qəbul edilir. Koronavirus pandemiyasına qarşı görülən tədbirlər Azərbaycanı bu bəladan ən az itkilərlə qurtulan ölkələr siyahısına saldı. Buna görə də xalqımız qəbul etdiyiniz hər bir qərarı alqışlayır.
Cənab Ali Baş Komandan, Təhlükəsizlik Şurasının son iclasındakı çıxışınızı dinləyərkən ürəyim dağa döndü, qələbə müjdələri gözlərimi sevinc göz yaşları ilə doldurdu. Cənab Prezident, cəbhəyə yollanmaq üçün əmrinizi səbirsizliklə gözləyirəm. Sizə sevgim, güvənim sonsuzdur. Bizə yaşatdığınız sevincə görə Sizə dərin minnətdarliğımı bildirirəm. Məktubumu hamımızın şüarına çevrilmiş sözlərinizlə bitirmək istəyirəm: “Qarabağ Azərbaycandır!”
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 2026 11:17
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 2026 13:21
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 2026 12:26
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
