“Azərbaycan torpaqlarını bir neçə həftəyə geri alacaq” - Video
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun eks-həmsədri Metyu Brayza Ermənistanın təxribatı nəticəsində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatlardan danışıb.
“Qafqazinfo” xəbər verir ki, siyasətçi Haber Global TV-yə videoformatda bağlanaraq bir həftədir davam edən müharibəni şərh edib:
“İyul ayında Azərbaycan və Ermənistan arasında atışma oldu. Bu, beynəlxalq səviyyədə tanınan sərhəd ərazidə (Tovuz -red.) baş verdi.
Azərbaycan Prezidenti İlham Əliyev iki həftə əvvəl açıqlama verdi və Ermənistanın Baş Naziri Nikol Paşinyanın müzakirələri dayandırdığını düşündüyünü söylədi. Düzdür, Paşinyan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclas etməyini istədi. Lakin müzakirə təxirə salındı. Çünki Rusiya bu ittifaqı bir araya gətirməklə maraqlanmırdı. Rusiya səssizliyini indiyədək qorudu və bu, Ermənistan üçün dezavantajdır.
Rəsmi Rusiya hər iki tərəfə atəşkəsi dayandırmaq barədə tövsiyə verdi, Əliyev və Paşinyana masa arxasında müzakirə aparmağı təklif etdi.
Beynəlxalq arena da gərginlik barədə zəif çağırışlar edir. Azərbaycan hədəfinə çatanadək bu döyüşə son verməyəcək. Və Azərbaycan torpağını erməni işğalından azad etmək niyyətindədir. O, yeni bir güclə siyasi xəritəni də dəyişmək istəyir.
Azərbaycanın bu strategiyasını uğurlu hesab edirəm və bu ölkə sadəcə məmnun olduğu halda buna son verəcək”.
M. Brayza Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qəzəbli olduğunu, bu səbəbdən Qafqaz hadisələrində tərəfsizliyini açıqladığını vurğulayıb:
“Fransa Prezidenti Emmanuel Makron tərəfsizliyindən uzaqlaşdı və Ermənistanın tərəfində olduğunu bildirdi. Məsələni həll etmək üçün tərəfsiz bir mütəffiqin olması çox vacibdir. Bilirsiz ki, Makron ənənəvi fransız liderlər kimi davranır. Keçmiş Fransa Prezidenti də demişdi ki, Avropa İttifaqı xristian birliyidir, Türkiyə bura daxil edilə bilməz.
Makron da bu siyasəti davam etdirir. O, Ərdoğana çox qəzəblidir. Bu səbəbdən şəxsi əsəbini Ərdoğana yönləndirir və Qafqaza belə münasibət göstərir”.
Keçmiş səfirin fikrincə, rəsmi Moskva döyüşlərə müdaxilə etməyəcək:
“Paşinyanın BBC-yə verdiyi müsahibəni izlədim. Aparıcı dedi ki, münaqişəni yaradan tərəf Ermənistandır. Paşinyan müzakirələri bərpa etməkdən danışırdı. Əliyevlə etdikləri ilk iclas yaxşı görünürdü. Lakin daşnaklar Baş nazirə qarşı basqı etməyə başladı. “Böyük Ermənistan” iddiasını irəli sürdülər. Paşinyanın başqa seçimi qalmamışdı və iş birliyini davam etmədi, müzakirə dayandı. Azərbaycan öz siyasətini davam etdirir, beynəlxalq hüquqa uyğun olaraq torpağını geri qaytarmağa çalışır. Bəlkə də bu, bir neçə həftəyə reallaşacaq. Rusiya məsələyə müdaxilə etməyəcək. Belə ki, Rusiya Paşinyanın hakimiyyətdə qalmağını istəmir.
Çünki Paşinyan Putinin ən pis kabusudur, sistemin kənarında olan bir aktyordur. Ona basqılar olacaq və Azərbaycan torpaqlarını azad etdikdən sonra Ermənistana yeni şəxslər gələcək, müzakirələr bərpa olunacaq. Məncə, Paşinyan siyasi olaraq həyatda qalmayacaq. Belə olmasa da Paşinyan zəif bir fiqur kimi müzakirə masasına əyləşəcək. Çünki Azərbaycan önəmli torpaqları geri almış olacaq. Nəhayət ki, Paşinyan vəzifəsindən gedəcək. Çünki Ermənistanı aşağılayan bir mövqedə olacaq və xalqa pozitiv bir xəbər verməyəcək. Rusiya da siyasi olaraq Paşinyanı qorumayacaq”.
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
