İlham Əliyev: "Paşinyan bizi aldatdı"
Siyasət8 oktyabr 2020 09:33
"Əslində, mənim ona sözüm yoxdur. Çünki mən onunla dəfələrlə görüşmüşdüm. İki il bundan əvvəl o, hakimiyyətə gələndən sonra bizim ilk təmaslarımızda hesab edirəm ki, aramızda çox yaxşı söhbət olmuşdu. Mənim də ümidlərim var idi ki, o, yeni baş nazir kimi Ermənistanın işğalçılıq siyasətinə düzəlişlər, dəyişikliklər edəcək, anlayacaqdır ki, bu münaqişə həll olunmasa bölgəyə sülh gəlməyəcək, çevriliş zamanı hakimiyyətə gəlmiş, böyük vədlər vermiş bir insan kimi o vədləri tuta bilməyəcək, yerinə yetirə bilməyəcək”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibəsində "Hazırda qarşınızda mənim yerimə Ermənistanın baş naziri Paşinyan olsaydı, ona nə söyləyərdiniz” sualına cavabında deyib.
"Çünki əgər Azərbaycan ilə Ermənistanın əlaqələri normallaşmasa, Ermənistanın iqtisadi inkişafından danışmağa dəyməz. Ümid edirdim ki, o, bunu anlayır və Ermənistandan gələn ilk mesajlar çox müsbət idi. Biz də təmkin göstərdik, onların xahişini nəzərə alaraq atəşkəs rejimini möhkəmləndirdik və demək olar ki, son iki il ərzində atəşkəs rejimi möhkəm saxlanılan rejim idi. Bunu Minsk qrupunun həmsədrləri də öz açıqlamalarında qeyd etmişlər. Ancaq sonra nəyi gördük? Onu gördük ki, o, bizi aldatdı. Amma hesab edirəm ki, siyasətdə bu, çox yanlış bir yoldur. Aldatmaq olmaz. Bizim sözümüz imzamız qədər keçərlidir. Ancaq bizə verilən sözlər yalan çıxdı və onun tərəfindən "Qarabağ Ermənistandır və nöqtə” deməsi müzakirələrə faktiki olaraq son qoydu”, - deyə dövlət başçısı qeyd edib.
İlham Əliyevin sözlərinə görə, ondan sonra digər təxribatçı açıqlamalar, o cümlədən Azərbaycan Dağlıq Qarabağla, yəni qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır kimi bəyanatlar verildi: "Bu da danışıqlar formatına vurulan zərbə idi. Təkcə biz yox, Minsk qrupu da bunun əleyhinə çıxmışdır. Sonra iyul ayında Tovuzda hərbi təxribat törətdilər, avqustda təxribat qrupunu göndərdilər və keçən ay artıq genişmiqyaslı hücum həyata keçirdilər. Ona görə mən ona bütün sözlərimi demişdim. Mənim sözüm erməni xalqınadır ki, onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər, onlardan atəşin dayandırılmasını, işğala son qoyulmasını tələb etsinlər, öz övladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər, Azərbaycana göndərməsinlər. Çünki bu gün qondarma "Dağlıq Qarabağ respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları təşkil edir. Yəni, "Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçün Ermənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizə qarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bu gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq”
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
Xəbər lenti
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
Video & Fotoqalereya
Video
Fotoqalereya
