Tanınmış konfliktoloq : "Yalvarıram, atəşkəsə getməyin"
Müsahibə10 oktyabr 2020 17:09

Ermənilərin məqsədi vəziyyəti dəyişdirməkdir, torpaqlardan çıxmaq deyil...
Etiraf edək ki, bu saatlarda hamı Moskva görüşünün nəticələrini həyəcanla gözləyir.
Moderator.az vəziyyətin gərginlik həddinin yüksəldiyi bu dəqiqələrdə konfliktoloq Elxan Mehdiyevdən müsahibə alıb. Müsahibəni diqqətinizə çatdırırıq.
- Elxan bəy, Prezidentin müraciətini izlədinizmi?
- İzlədim. Prezident İlham Əliyev xalqa müraciətində hər birimizin ürəyindən keçən ifadələri işlətdi. O bu illər ərzində ürəkləri yanıb yaxılan xalqımızın sözlərini söyləyirdi. Bu illər ərzində ermənilərlə bütün bu beynəlxalq görüşlərdə alçalan, alçaldılan,gücsüz qalan,biganəliyi və tərəfkeşliyi öz gözləri ilə görən,əli heç bir yerə çatmayan və ancaq hər zaman ordusuna güvənən bizlərin ürək sözlərini deyirdi. Bu tarixdir və çoxlarının ağlına gətirmədiyi və inana bilmədiyi hadisələrin baş verdiyi və Azərbaycan ordusunun yazdığı bir tarixdir. Artıq bizim millət qürurlu, kimlikli bir millət kimi tarixdə öz şərəfli yerini tutacaq və hər kəs də bizi dövlət kimi tanıyacaq və hörmət edəcək.
- Siz bir hərbi tədqiqatçı kimi ordumuzun əməliyyatlarını necə müqayisə edərdiniz?
- Qəhrəman Azərbaycan ordusu şərəfli tarix yazır. Azərbaycan ordusu hər kəsin həsəd aparacağı yüksək texnologiya əsasında müasir müharibə aparır. Yalnız hərbi hədəflərə yönəlmiş yeni müharibə aparma üslubu ortaya qoymuşdur. İndi dünyanın hərbi ekspertləri və hərb elmi ilə məşğul olan alimləri Azərbaycan ordusunun təcrübəsini öyrənəcək və onun doktrinaları ilə bağlı yazılar yazacaq və başqa ölkələr də bizim təcrübəmizi öyrənməyə çalışacaq.
Azərbaycan ordusunun erməniləri torpaqlarımızdan çıxarma əməliyyatları gözlərimdə Amerikan ordusunun Səddam Hüseyni Küveytdən çıxarmasını canlandırır. Müasir texnologiya ilə silahlanmış Amerikan qüvvələri Səddamın texnika və canlı qüvvəsini maneəsiz olaraq havadan məhv edirdi. İndi Azərbaycan ordusu bunları heç də təyyarələrlə yox, onlardan daha irəli gedərək insansız hava aracları ilə həyata keçirir. Bu inanılmaz başarıdı. Eşq olsun Azərbaycan ordusuna!
- Sizcə atəşkəs olacaq, yoxsa döyüşlər davam edəcək?
- Mən Prezidentin çıxışında ermənilərə son şans vermək və ya sülh yolu ilə torpaqlardan çıxmaları üçün danışıqlara getmək çalarlarını da hiss etdim. Kaş mən səhv edim. Bəlkə də bu hisslər daha çox Moskvada gedən danışıqlara görə artmış. Amma biz ordumuzun indiki zəfər yürüşü zamanı atəşı dayandırsaq və yenidən sülh danışıqlarına getsək vəziyyət dəyişəcəkdir. Atalar sözü var: hər günün bir hökmü var. Sabah vəziyyət dəyişə bilər. Ermənilərə bu gün fasilə lazımdır. Onlar toparlanmaq istəyir. Həm hərbi və həm də siyasi müstəvidə yeni şərait yaratmaq istəyirlər. Onlar öz xoşuna torpaqlardan çıxmayacaq. Bunu hər birimiz bilirik. Prezident bunu öz görüşlərindən dolayı hamıdan yaxşı bilir. Əgər sülh yolu ilə də çıxmaq istəsə, o zaman yenə vaxtı uzadacaq və beynəlxalq və ya Rusiya qüvvələrinin gəlməsini istəyəcək. Bu isə uzun prosesdir. Həm də bizim taleyimizi yenə də beynəlxalq qüvvələr idarə edəcək. Bu iş daha da beynəlmiləlləşəcək. Onlar gəldiyi zaman hərbi əməliyyatlar aparmaq daha da çətin olacaq. Ermənilərin məqsədi vəziyyəti dəyişdirməkdir, torpaqlardan çıxmaq deyil. Ona görə də mən şəxsən yalvarıram, atəşkəsə getməyin. Mən çox həyəcanlıyam. Onlar 1993 – cü ildə bütün dünyanın gözü qarşısında, BMT TŞ – nın dalbadal qətnamələri çıxa-çıxa heç kimə baxmayaraq 7 rayonu işğal etdilər. O zamankı tarixi şansdan istifadə etdilər. Bizim tarixi şansımız indidir. Bunu əldən versək, sonra vəziyyət dəyişəcək. İndi həm beynəlxalq vəziyyət və həm də regional ölkələrin münasibəti bizim xeyrimizədir. Biz bütün torpaqları azad edib, ondan sonra öz şərtlərimizlə danışığa getməliyik. Yoxsa bu yarımçıq iş olacaq. Ən azı ermənilər o zaman Laçından çıxmayacaq və DQ-a müstəqil status verilməsinə çalışacaq və bu məsələ uzanacaq. Gördüyümüz kimi onların necə havadarları vardır.
İkincisi, fasilə yaransa Ermənistanda daxili vəziyyət dəyişəcək və çox güman ki, Paşinyan ya öldürüləcək ya da devriləcək. O zaman yeni vəziyyət yaranacaq. Bəlkə elə Koçaryan gəldi və onun da Kreml ilə münasibətləri hamıya məlumdur. Ona görə də bu tarixi şansı itirməli deyilik və xalqın ölüm-dirim savaşına çıxdığı bu dönəmdə torpaqlarını tam azad edib və sonra istənilən danışığa da gedə bilərik. O zaman bu məsələ tamamilə bizim daxili işimiz olacaq. Atəşkəsə getməyin.....
Oxşar xəbərlər
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 2021 20:41
- Yardımlıda qazi intihar etdi
24 fevral 2021 11:30
- General Rüstəm Muradov çeçenlərə qarşı vuruşub - Maraqlı
22 fevral 2021 23:26
- Həyat yoldaşı yanaraq öldü, 20 yaşında adını dəyişdi...
21 fevral 2021 22:02
- “42 il Azərbaycanın qurtuluşu uğrunda çalışdı”
21 fevral 2021 12:32
- Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?
18 fevral 2021 13:10
- Əli Həsənovun ABŞ-a köçən oğlu 3 ildir Dubaydan daşınmaz əmlak alır?
15 fevral 2021 15:01
- Vaxt tükənir - Rüstəm İbrahimbəyov yazır
12 fevral 2021 17:59
- Sevil Əliyeva Bakıya gəlir
9 fevral 2021 22:00
- Ramiz Mehdiyevdən cavab...
9 fevral 2021 11:40
Xəbər lenti
- Bir Qacar ailəsinin Şuşa hekayəsi (FOTOLAR)
25 fevral 20:49
- Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev - MÜSAHİBƏ
25 fevral 20:39
- Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar
25 fevral 20:00
- Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - Video
25 fevral 19:51
- Prezident Şağanda Reabilitasiya Pansionatının açılışında
25 fevral 14:13
- “Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
25 fevral 13:43
- Liseyinin direktoru həbs edildi
25 fevral 13:07
- Sumqayıt Kommunal Təsərrüfat Birliyi yolları təmizləyir
25 fevral 10:30
- İlham Əliyev Ərdoğanı təbrik etdi
25 fevral 10:09
- “Ziya Kazımovun ilk sualı bu oldu”
25 fevral 10:03
- Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA0
24 fevral 21:57
- Frankonun son heykəli də götürüldü - Foto
24 fevral 21:42
- Əməkdar artist: "Ərim pul üstündə məni HEYVAN kimi döyürdü ki..."
24 fevral 20:17
- Hadruta ilk daxil olan mayor Kazımov EV DUSTAQlığna buraxıldı
24 fevral 14:07
- Yutubda təhqiramiz video yayanları kim maliyyələşdirib? - Zülfüqarov
24 fevral 13:28
- İranda xalq yoxsulluğa görə üsyana başladı-atışma VİDEO
24 fevral 13:09
- Qırğızıstanın narkobaron qrupu haqda məlumat ver, ABŞ-dan 1 milyon al
24 fevral 12:59
- Bakıda qarlı yollarda vəziyyət belədir - Fotolar
24 fevral 12:36
- Ukrayna MDB-dən çəkildi
24 fevral 11:39
- Yardımlıda qazi intihar etdi
24 fevral 11:30
- ABŞ Ərdoğanı devirib “Dişi qurd”u gətirmək istəyir
24 fevral 00:09
- Paşinyan Rusiyanı biabır etdi: ““İsgəndər” raketləri partlamadı”
23 fevral 23:35
- Komitə sədrinə yeni 4-cü MÜAVİN təyin olundu (FOTO)
23 fevral 19:23
- Bakıda 4 tələbə dəm qazından boğulub öldü
23 fevral 17:39
- Bakıda bir evdə 5 nəfərin meyiti tapıldı
23 fevral 15:53
- Xalq artisti Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn olunmadı ?
23 fevral 15:36
- Sağlamlığı artıran super qidanın adı açıqılandı:
23 fevral 14:11
- Azərbaycanda nazir müavini vəfat edib
23 fevral 12:48
- “Məkan” MTK qazilərin məvacibini vermir...
23 fevral 11:50
- Ramiz Mehdiyev 500-dən çox alimin bağ sahəsini əlindən aldı
23 fevral 10:56
Video & Fotoqalereya
Video
Fotoqalereya