Xain, satqın azərbaycanlı general - "DQR-in KQB-si "
Xəbər verildiyi kimi, Azərbaycan ordusunun azad etdiyi kəndlərdən biri də Xocavənd rayonunun strateji cəhətdən çox yüksək əhəmiyyətə malik Edilli kəndidir.
Moderator.az xatırladır ki, hazırda Xankəndindəki qondarma separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik xidməti”nin rəisi olan üzdəniraq general-leytenant Karen Ağacanyan həmin Edilli kəndində doğulub. Atası azərbaycanlı, anası erməni olan bu xəyanətkar separatçı rejimlə yanaşı, işğalçı Ermənistanda da yüksək vəzifələrdə olub. Əyanilik üçün onun haqqında ətraflıməlumatı təkrar nəzərinizə çatdırırıq: "Xatırladaq ki, hələ 2018-ci ilin ilin iyununda, N.Paşinyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra rejimin “polis rəisi” vəzifəsindən istefa vermiş K.Ağacanyanı o vaxtkı separatçı lider Bako Saakyan özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etmişdi. Həmin vaxt Moderator.az Kamo Ağacanyanın azərbaycanlı qanı daşıması haqda araşdırma təqdim edib. Bu haqda məlumatı Qarabağ qazisi, keçmiş Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiq bəndənizin Dağlıq Qarabağda yaşayan 6 azərbaycanlının kimliyi barədəki yazısını oxuduqdan sonra vermişdi. Aktuallığını nəzərə alıb Qarabağ qazisinin açıqlamasını və Azərbaycan Respublikası torpaqlarının 20 faizinin təhlükəsizliyinə nəzarət edəcək dönük azərbaycanlı haqqında digər məlumatları təkrar dəyərli oxucularımızın nəzərinə çatdırırıq: “Hazırda qondarma “DQR”-in “daxili işlər naziri” statusunda olan Ağacanyan Kamo Akbaroviçi uşaqlıqdan tanıyırıq. O, Xocavənd rayonunun Edilli kəndindindəndir.

Bu məntəqə keçmisdə Hadrut rayonuna aid idi. Edilli ilə bizim Axullu kəndi bitişik idi, Axulluda azərbaycanlılar yaşayırdı. Amma Axulluda məktəb yox idi deyə, biz də Edilli orta məktəbində erməni uşaqlarla bir oxuyurduq. Həmin dövrdə bir yerdə oxuyanlar Kamonu yaxşı tanıyırlar. Kamo Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atası Kərimov Əkbər təmiz Azərbaycan türküdür. Amma Əkbər kişinin arvadı, yəni, Kamonun anası erməni idi. Beləliklə, 1988-ci ildə o, ata adını və soyadını dəyişib. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra o, Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb və erməni quldurlarına qoşulub. Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib…” Araşdırmamız nəticəsində bəlli oldu ki, həqiqətən 2013-cü il martın 25-dən “prezident ” Bako Saakyanın əmri ilə Kamo Ağacanyan DQR” rejiminin “polis rəisi” vəzifəsinə təyin olunub. Bu təyinata qədər isə K.Ağacanyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandiri olub.

Elə həmin il oktyabrın 23-də İrəvanda Ermənistan və “DQR” polislərinin birgə kollegiya yığıncağında “DQR” “polis rəisi” K.Ağacanyan Ermənistan Respublikası polis rəisi Vladimir Qasparyanın əmri ilə “Asayişin möhkəmlənməsinə görə” medalı ilə təltif edilib. Amma istər rus, istərsə də erməni mənbələrində “DQR” “polis rəisi”nin atası barədə ətraflı məlumat yoxdur. O, sadəcə, “Ağacanyan Kamo Abqaroviç” kimi göstərilir. 1971-ci ildə doğulduğu kənd isə Edilli yox, “Uxtadzor” kimi qeyd edilir (Öyrəndik ki, ermənilər işğaldan sonra Edilli kəndinin adını “Uxtadzor” qoyublar). Və həmin kənd məktəbini 1989-cu ildə bitirərək 1991-ci ildən “erməni özünümüdafiə dəstələrinə” qoşulduğu, Qarabağdakı döyüçlərdə fəal iştirak etdiyi və 2004-cü ildə polkovnik rütbəsi aldığı bildirilir. Erməni dilini mükəmməl bilən araşdırmaçı-jurnalist Şahin Qocayevin vasitəsilə ermənicə mənbələri də araşdırdıq. Həmin mənbələrdə də yalnız Kamo Ağacanyanın “Hadrut” rayonunda doğulması qeyd edilir, atasının adı çəkilmir. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, 2013-cü il martın 21-də Ermənistan prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən (?) azad edib. Bunun səbəbini erməni “KİV-ləri də araşdıra bilməyib…” P.S. Tezliklə Xankəndi də azad ediləcək və separatçı-terrorçu rejimin digər rəhbərləri kimi, xain Kamo Ağacanyan da yaxalanaraq layiqli cəzasına çatacaq...
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
